Məhkəmə qərarları › İş №3(051)-133/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-133/2022

10.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-133/2022 10.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X4, İcra və Probasiya şöbəsinin icra məmuru X3 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və zərərçəkmiş (tələbkar) X1 iştiraki ilə xx.xx.1962-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsili, evli, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2041/2021 saylı 29.11.2021-ci il tarixli icra sənədini icra etmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2041/2021 saylı 29.11.2021-ci il tarixli qətnaməsinə əsasən 750 əyarlı, 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sep qızıl zinət əşyası və ya onların dəyəri olan 3500 manat ondan alınıb X2 verilməlidir. Qeyd edilən əşyalar mövcud deyil. Həmin əşyaların dəyərini isə tam şəkildə bir dəfədə ödəməyə maddi imkanı yoxdur. Elə bir əmlakı da yoxdur ki, satıb tələb olunan əşyaların dəyərini ödəsin. Mingəçevir Dövlət Universitetində işləyir, borcu əmək haqqına yönəlmişdir. Borcun əmək haqqına yönəldilməsinə etiraz etmir. Əmək haqqından başqa digər gəlir yeri yoxdur. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamışdır. Zərərçəkmiş şəxs (tələbkar) X5 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2041/2021 saylı 29.11.2021-ci il tarixli qətnaməsinə əsasən 750 əyarlı, 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sep, qızıl zinət əşyası və ya onların dəyəri olan 3500 manat Şəxs alınıb ona verilməlidir. Lakin Şəxs ya qızıl-zinət əşyalarını qaytarmır, ya da onların dəyərini ödəmir. O, tələb etdiyi qızıl-zinət əşyalarının dəyəri olan 3500 manat pulu tam şəkildə bir dəfədə ödənilməsini tələb edir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında izahatında bildirdi ki, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-2041/2021 saylı 29.11.2021-ci il tarixli qətnaməsinə əsasən 750 əyarlı, 87 qram çəkidə 1 dəst üzük, sırğa, qolbağı və qiymətli daş-qaşlı sep qızıl zinət əşyaları və ya onların dəyəri 3500 manat Şəxs alınıb X2 verilməlidir. İcra sənədinin icra olunmamasının nəticələri Şəxs izah olunmuş, ona xəbərdarlıq edilmişdir. Araşdırma zamanı Şəxs mülkiyyətində hər hansı bir əmlakı, bank hesabı olması müəyyən edilməmişdir. Şəxs ali təhsillidir, Mingəçevir şəhər Dövlət Universitetində işləyir, əmək haqqı alır. Borcun ödənilməsi onun əmək haqqına yönəldilmişdir. Ancaq tələbkar ödənişi tam şəkildə ödənilməsini tələb edir. İş materiallarını araşdırıb hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 528-1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında müəyyən edildi ki, Şəxs icra sənədini üzrsüz səbəbdən deyil, maddi imkanı olmadığına görə icra edə bilməmişdir. Belə ki, onun mülkiyyətində icra sənədinin məcburi icrası üçün tələbin yönəldilə biləcək hər hansı bir əmlakı yoxdur. İşlədiyinə görə əmək haqqı alır. Tələb əmək haqqına yönəldilmişdir. İcra sənədi üzrə tələbin əmək haqqına yönəldilməsinə etiraz etmir. Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar