Məhkəmə qərarları › İş №3(051)-134/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-134/2022

18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-134/2022 18.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 vəkili Vəkil iştirakı ilə, X2 Mingəçevir şəhər Polis Şöbəsinin MN ******* №li 19.07.2021-ci il tarixli qərarından şikayətə baxaraq Müəyyən etdim: X1 şəhər Polis Şöbəsinin XÜ rəis müavini X4 MN ******* №li 19.07.2021-ci il tarixli qərarından şikayət vermişdir. Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X2 vəkili Vəkil məhkəmə iclasında şikayəti müdafiə edərək izahatında bildirdi ki, Mingəçevir şəhər PŞ-nin Xidmət üzə rəis müavini Azər Hüseynovun 19.07.2021-ci il tarixli qərarı ilə X6 Azərbaycan Respublikası İXMnin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 4000 manat, cərimə olunmuşdur. Lakin Y.Məmmədov həmin qərarından narazıdır. Belə ki, 2022-ci ilin mart ayının əvvəlində sürücülük vəsiqəsi almaq istəyən zaman ona məlum olmuşdu ki, onun haqqında qərar qəbul olunmuşdur. Bundan sonra o, Mingəçevir şəhər polis şöbəsinə gedərək həmin qərarı almışdı. Həmin qərarla tanış olan zaman ona məlum olmuşdur ki, 19.07.2021-ci il tarixdə saat 00:20 radələrində Mingəçevir şəhəri X.Şuşinski küçəsində yerləşən və icarə əsasında işlətdiyi “Aişə” kafesində müştərilərlə xidmət edərək karantin qaydalarını pozduğu qeyd olunmuşdur. O, “Aişə” kafesini icarə işlətməmişdir. Kafenin sahibi ilə onun arasında icra müqaviləsi mövcud deyildir. Həmçinin, 19.07.2021-ci il tarixdə saat 00:20 radələrində müştərilərə kafedə xidmət göstərməmişdir. Eyni zamanda Y.Məmmədov sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. O, vəzifəli şəxs deyildir. Belə ki, 11 saylı Ərazi Vergilər Baş İdarəsinin 25.02.2022-ci il tarixli uçota dair arayışdan görünür ki, onun uçotu 10.06.2016cı il tarixdən ləğv edilmişdir. Buna baxmayaraq polis şöbəsinin əməkdaşları tərəfindən Y.Məmmədov barəsində Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə inzibati protokol tərtib olunmuş və vəzifəli şəxs kimi 19.07.2021-ci il tarixli qərarla 4000 manat cərimə edilmişdi. Hesab edir ki, qərar qanunsuzdur. Ona görə də Mingəçevir şəhər Polis Şöbəsinin MN ******* №li 19.07.2021-ci il tarixli qərarının ləğv olunmasını xahiş edir. İşə əlavə olunmuş Mingəçevir şəhər PS-nin MÜ rəis müavini Azər Hüseynovun MN ******* №li 19.07.2021-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarından görünür ki, “Aişə” kafesində “Covid” pasportu olmayan şəxslərə xidmət edərək karantin rejimi qaydaların pozduğuna görə X6 Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinə əsasən 4000 (dörd min) manat cərimə olunumuşdur. İşə əlavə edilmiş 11 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 25.02.2022-ci il tarixli uçota dair arayışdan görünür ki, görə X2 vergi uçotu 10.06.2016-cı il tarixdə ləğv edilmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirəm ki, qərar ləğv edilib, səlahiyyətli orqana geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Lakin məhkəməyə təqdim edilmiş sənədlərlə barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X5 vəzifəli şəxs olması təsdiq olunmur. Təqdim olunmuş sənədlərlə işin hallarının hərtərəfli, tam, obyektiv araşdırılması, qanuni qərar qəbul edilməsi mümkün olmamışdır. İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.4-cü maddəsində göstərilir ki, bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddəsi ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İXM-nin 135.1.6-cı maddəsində göstərilir ki, bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarını hərtərəfli, tam və obyektiv araşdırılmasıına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilənlərə əsasən hesab edirəm ki, şikayət təmin edilməli, Mingəçevir şəhər Polis Şöbəsinin XÜ rəis müavinin Azər Hüseynovun MN ******* №li 19.07.2021-ci il tarixli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün Mingəçevir şəhər Polis Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-135ci maddələrini rəhbər tutub Qərara aldım: Şikayət təmin olunsun. Mingəçevir şəhər Polis Şöbəsinin XÜ rəis müavinin Azər Hüseynovun MN ******* №li 19.07.2021-ci il tarixli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Mingəçevir şəhər polis şöbəsinə göndərilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar