Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-134/2024 09.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Barəsində qərar çıxarılmış X6 Mingəçevir şəhər YNH inspektoru, polis kapitanı X7 iştirakı ilə, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə X13 haqqında 05 fevral 2024-cü il tarixli TP ******* saylı X13 haqqında qərarından barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər YNH inspektorunun 05 fevral 2024-cü il tarixli X13 haqqında qərarı ilə X10 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 (səksən) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X10 DİN DYPB-nin 05 fevral 2024-cü il tarixli TP ******* saylı X13 haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında işə xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, X10 28 noyabr 1998-ci ildə Mingəçevir şəhərində andan olmuş, uzun müddətdir ki, Mingəçevir şəhərində yaşayır və işləyir. **-BJ-*** dövlət qeydiyyat nişanlı “VAZ 21099” minik markalı avtomobili idarə edir. xx.xx.2024-cü il tarixində saat təxminən 19-20 arasında Mingəçevir şəhəri, Təbriz küçəsi ilə Gəncə şosesinin kəsişməsi istiqamətində idarəetmədə olarkən işıqforun tələblərini pozduğuna görə yol patrul xidməti tərəfindən inzibati məsuliyyətə cəlb edilmişdir. Hadisə yerinə gələn Mingəçevir ŞPŞ X16 Bölməsinin polis kapitanı Mirzəyev Anar İXP ******* saylı protokol tərtib etmiş və qeyd etmişdir ki, guya o svetoforun və ya nizamlayacının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməklə yol hərəkəti qaydalarını pozmuşdur. Elə həmin tarixdə adıçəkilən Protokol əsasında Mirzəyev Anar tərəfindən TP ******* saylı X13 haqqında Qərar da qəbul olundu. Həmin Qərara əsasən Ona AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulan 80 manat cərimə tətbiq edilmişdir və Qərarda göstərilmişdir ki, guya o “svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməklə yol hərəkəti qaydalarını pozmuşdur”. O, bütün bu sənədlərlə, protokol və inzibati qərarla razı deyildir. Etirazını da Mingəçevir ŞPŞ X16 Bölməsinin polis kapitanı Mirzəyev Anara bildirmişdir, lakin nəticə əldə edə bilmədi. Qeyd edir ki, o, qeyd edilən ərazidə heç bir qayda pozuntusu etməmiş, yol hərəkəti qaydalarına əməl etməklə nəqliyyat vasitəsini idarə etmişdir. Hətta polis əməkdaşı onu saxlayanda da bildirmişdi ki, “O, heç bir qayda pozmamışdır”. Lakin ona tərtib olunan inzibati protokol qanunsuz və əsassızdır. Eyni zamanda, həmin məkanda və həmin zamanda onun inzibati xəta törətməyinin konkret müəyyən edilməsinə dair heç bir görüntü də olmamışdır. Qeyd etdikləri ilə bağlı qanunvericilikdə də kifayət qədər hüquqi normalar var. Odur ki, məhkəmədən AR DİN Mingəçevir ŞPŞ X16 Bölməsinin X13 haqqında 05 fevral 2024-cü il tarixli, TP ******* saylı Qərarı saylı qərarını ləğv edərək inzibati haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində qərar çıxarılmış X10 məhkəmə iclası zamanı şikayətinin dəlilləini müdafiə etdi və məhkəmədən şikayətin təmin olunmasını xahiş etmişdir. Mingəçevir şəhər YNH inspektoru X11 məhkəmə iclası zamanı protokolun dəlilərini müdafiə etdi və bildirdi ki, video görüntüdə də görünür ki, X10 yol nəqliyyat qaydasını pozmuşdur. Belə ki, o, Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirirərək yol hərəkəti qaydalarını pozmuşdur. İXM-in 327.2-ci maddəsinə əsasən həmin xətaya görə tənbeh nəzərdə tutulur. 80 manat cərimə edilmişdir. Hətta verilmiş ekspert rəyindən görünür ki, şikayətçi həmin inzibati xətanı törətmişdir. Həmin görüntüdən şikayətçinin inzibati xətanı törətdiyi tam sübuta yetrilir. Məhkəmədən onun tərəfindən çıxarılmış X13 haqqında qərarın dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə, 05 fevral 2024-cü il tarixli TP ******* saylı X13 haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, işdə olan İnzibati xəta haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, “VAZ 21099 minik” markalı, 45BJ193 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “VAZ 21099 minik” markalı, 45BJ193 dövlət qeydiyyat nişanlı avtomobil X8 məxsusdur. İşdə olan 05 fevral 2024-cü il tarixli, TP ******* saylı X13 haqqında qərardan görünür ki, X10 Azərbaycan Respublikası İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir və barəsində 80 manat inzibati tənbeh növündə cərimə edilmişdir. İşdə olan CD disklərdə olan video görüntülərə məhkəmə baxışı zamanı müəyyən edildi ki, “VAZ 21099 minik” markalı, 45BJ193 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirirərək yol hərəkəti qaydaları pozulmuşdur. İşdə olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 5 avqust 2024-cü il tarixli, 8/971-4/498 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş məlumatlara əsasən VAZ- 21099 markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X6 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 60-cı maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 124.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ rayon (şəhər) məhkəmələrinə aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə, bu Məcəllə ilə müəyyən olunmuş qaydada inzibati xəta haqqında protokol tərtib edilir və baxılmaq üçün məhkəməyə göndərilir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərar qəbul etdiyi vaxtdan 3 gün müddətində onu mərkəzi informasiya sisteminə yerləşdirilməsi üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Müvafiq icra hakimiyyəti orqanı həmin qərarı daxil olduğu vaxtdan 3 gün müddətində mərkəzi informasiya sisteminə yerləşdirir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar çıxarılmış şəxs həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumatlandırılır; 124.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır; 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir; 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X6 05 fevral 2024-cü il tarixində, saat 19:00-da “VAZ 21099 minik” markalı, 45BJ193 dövlət qeydiyyat nişanlı avtomobil ilə Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirməsi əsası gətirilərək Azərbaycan Respublikası İXM-nin 327.2 maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi göstərilmiş və barəsində 80 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. X4 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, əksinə ekspert rəyindən və məhkəmə iclası zamanı CD- disklərdəki video görüntülərə baxış zamanı müəyyən edildi ki, şikayətçi X3 və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirirərək yol hərəkəti qaydalarını pozmuşdur. X2 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Mingəçevir şəhər YNH inspektoru, polis kapitanı X11 tərəfindən qəbul edilmiş 05 fevral 2024-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-134/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-134/2024
09.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver