Məhkəmə qərarları › İş №3(051)-135/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-135/2022

18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-135/2022 18.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər Məhkəməsinin hakimi Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1 Mingəçevir şəhər prokurorunun köməkçisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirak ilə, xx.xx.1987-ci ildə Ağdam rayonu, Seyidli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Hacıqabul rayon polis şöbəsində Növbətçi Hissəsinin məsul növbətçi vəzifəsində işləyir, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə Mingəçevir şəhər prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Şəxs 02.01.2022-ci il ildə “Mercedess Benz” E 220 markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə Mingəçevir şəhər prokurorunun 09.03.2022-ci il tarixli qərarı ilə barəsində İXM-nin 331.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Mingəçevir şəhər prokurorunun köməkçisi X2 izahatında bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 02.01.2022-ci ildə Mingəçevir şəhər ərazisində nəqliyyat vasitəsini idarə edən zaman yol-nəqliyyat hadisəsi törətmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs avtomaşını sərxoş vəziyyətsə idarə edirmiş. Ona görə Şəxs barəsində İXM-nin 333.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış, baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, ailəsi ilə birlikdə Bakı şəhərində yaşayır. 02.01.2022-ci il tarixdə qohumunun toy mərasimində iştirak etmək üçün Mingəçevir şəhərinə gəlmişdir. O, özünə məxsus “Mercedes” markalı **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edirdi. Toy məclisində olarkən az miqdarda spirtli içki qəbul etmişdir. O, toy məclisi bitəndən sonra Mingəçevir şəhərində yaşayan qohumlarını idarə etdiyi avtomaşınla evlərinə aparırdı. Mingəçevir şəhəri M.Maqomayev prospektində dairəni görmədiyi üçün idarəetməni itirdi və nəticədə yol-nəqliyyat hadisəsi törətmişdir. Əməlindən peşimandır. Toplanmış sübutları məcmuu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs əməlindən peşiman olması məsuliyyəti yüngülləşdirən haldır. İnzibati xətanı sərxoş vəziyyətdə törətmə məsuliyyəti ağırlaşdıran haldır. Şəxs əməlindən peşiman olmasını, ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq hesab edirəm ki, onun barəsində məhkəməyə verildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 400 (dörd yüz) manat cərimə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar