Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-135/2024 01.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 iştirakı ilə xx.xx.1986–cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-435/2023 saylı 25 may 2023-cü il tarixli icra vərəqəsi üzrə yaranmış 1420 manat aliment borcunun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərdi ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-435/2023 saylı 25 may 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 02 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il tarixdə doğulmuş Yusif adlı uşağın saxlanması üçün borclu Şəxs hər ay 160 manat sabit pul məbləğində alimentin alınıb tələbkar Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu aliment məbləğini ödəməkdən yayınmışdır. O səbəbdən də borclu hazırki vaxtadək aliment borcunu ödəməmişdir. Borclunun hazırki vaxta olan aliment borcu 1420 manat təşkil edir və onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bununla belə işə məhkəmədə baxılan zaman borclu tərəfindən mövcud aliment borcundan 600 manat ödəniş edilmişdir. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Borclu Şəxs iştirak etdiyi məhkəmə iclası zamanı izahatında göstərmişdir ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-435/2023 saylı 25 may 2023-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə 02 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il tarixdə doğulmuş Yusif adlı uşağın saxlanması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin ondan alınaraq tələbkara verilməsi qət edilmişdir. Lakin maddi imkanı olmadığından borcunu bir dəfəyə ödəyə bilmir. Hazırki vaxta olan aliment borcunun 1420 manat təşkil etdiyini bilir. Maddi cəhətdən çətinlik çəkir, ona görə də borcunu ödəmək imkanına malik deyildir. Bununla belə borcunu ödəmək üçün vaxt verilməsini məhkəmədən xahiş etmişdir. Borcluya və tələbkara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verilməmişlər. Məhkəmə borclunun və tələbkarın iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Ağdaş Rayon Məhkəməsinin 2(014)-435/2023 saylı 25 may 2023-cü il tarixli icra vərəqəsindən görünür ki, 02 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2013-cü il tarixdə doğulmuş Yusif adlı uşağın saxlanması üçün cavabdeh Şəxs hər ay 160 manat sabit pul məbləğində alimentin alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli MN ******* saylı protokoldan görünür ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)-435/2023 saylı 25 may 2023-cü il tarixli icra vərəqəsi üzrə yaranmış 1420 manat məbləğində aliment borcu Şəxs tərəfindən ödənilmədiyindən, onun barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan borclunun axtarışı haqqında xx.xx.2023-cü il tarixli və xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində axtarış elan edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, icra məmuru tərəfindən Zərərçəkmiş şəxs təqdim edilməsi üçün 600 manat məbləğində pul Şəxs alınmışdır. Beləliklə, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. İş materialları ilə müəyyən edilir ki, borclu aliment borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu aliment borcunu maddi imkanı olmadığından ödəyə bilməmiş, hazırda isə mövcud aliment borcundan 600 manat ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-135/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-135/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver