Məhkəmə qərarları › İş №3(051)-137/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-137/2022

14.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-137/2022 14.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1987-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair X1 işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 22.02.2022-ci il tarixdə TP4866290 saylı qərarla inzibati tənbehə məruz qalmasına baxmayaraq, 14 mart 2022-ci il tarixdə FORD Transit yük sərnişin markalı ** EF *** nömrəli avtomaşını Mingəçevir şəhər Nərimanov prospekti ərazisindəki yolda il ərzində təkrarən sərxoş vəziyyətdə idarə etmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında tam təqsirli bilərək əməlindən peşman olmasını göstərdi və məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. İşə əlavə edilmiş 22.02.2022-ci il tarixli TP4866290 saylı İnzibati Tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs 20.02.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddəsi əsasında 400 manat məbləğində inzibati cərimə edilmişdir. İşə əlavə edilmiş 14.03.2022-ci il tarixli İXP4507043 saylı X1 Protokoldan görünür ki, Şəxs 14.03.2022-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 329.3-cü və 333.1-ci maddəsi ilə təkrarən inzibati xəta törətmişdir. İşə əlavə edilmiş 14.03.2022-ci il tarixli alkoqol qəbul edilməsi faktının və sərxoşluq vəziyyətinin təyini üçün aparılan “sərxoşluq vəziyyətinin tibbi müayinə aktı”ndan görünür ki, Şəxs yüngül dərəcədə sərxoşluq vəziyyətində olmuşdur. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəjəsini nəzərə alaraq hesab edir ki, Şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla, 400 manat məbləğində cərimə edilməsi daha məqsədə uyğundur. İXP-in 333.2-ci maddəsinə əsasən, bu məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə, inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla, dörd yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək inzibati həbs tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 333.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 2 (iki) il müddətində məhdudlaşdırılmaqla, 400 manat məbləğində cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar