Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-139/2022 15.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1962-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı 15.03.2022ci il tarixli protokoldan görünür ki, Şəxs 09.02.2022-ci il tarixdə 09:00 radələrində Mingəçevir şəhəri M.Füzuli küçəsində yaşadıqları binanın qarşısında aralarında yaranmış mübahisə zamanı qonşusu X3 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, 09.02.2022-ci il tarixdə saat 09:00 radələrində Mingəçevir şəhəri M.Füzuli küçəsində yaşadıqları binada qonşusu X4 ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı S.Abbasovanı vurmuşdur. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs X4 ilə barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X4 izahatında bildirdi ki, yaşadıqları Mingəçevir şəhəri M.Füzuli küçəsində qonşusu Şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs onu vurmuşdur. Hazırda Şəxs ilə barışdığı üçün işin icraatına xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının 87 №li rəyində göstərilir ki, X2 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər- sol said nahiyyəsində sıyrıq, sol alın nahiyyəsində qançır və üst dodağında yara bərk küt əşyanın (alətin-lərin) təsirindən əmələ gəlmişlər, yetirlimə müddəti qərarda göstərilən 09.02.2022-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Azərbaycan Respublikasi İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini, Şəxs əməlindən peşiman olmasını nəzərə alaraq hesab edirəm ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 39-cu maddəsində göstərilir ki, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanılır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsində göstərilmişdir ki, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutub Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-139/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-139/2022
15.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver