Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-14/2024 21.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə, Barəsində qərar çıxarılmış X4 Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsinin müvəqqəti icra edən X2 iştirakları ilə, X4 Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxslər tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2023cü il tarixli MN1440815 nömrəli və xx.xx.2023-cü il tarixli MN144817 nömrəli inzibati tənbeh vermə haqqında qərarında qərarı ilə X4 və X3 müvafiq olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək hər ikisi müvafiq olaraq 500 manat məbləğində inzibati cərimə edilmişlər. Barəsində qərar çıxarılmış X1 ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli MN1440815 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 17 noyabr 2023-cü il tarixdə post patrul xidmətinin əməkdaşları onlara yaxınlaşıb “Sizi rəis çağırır” deyərək onları polis şöbəsinə aparıblar. Orada ona çalışdığı sexin arxasında istehsalat və məişət tullantılarının qalaqlanmasına görə məsuliyyət daşıdıqları bildirilib. O, tullantıların atıldığı ərazinin onun fəaliyyət göstərdiyi yerə aid olmadığını, həmin yerə görə cavabdehlik daşımadığını polis əməkdaşlarına bildirmiş, tullantıların ona aid olmadığını demişdir. Həmin tullantıları onun deyil, yaxınlıqdakı məhəllə sakinlərinin atdığını bildirmişdir. Belə ki, tullantılar avtotəmir və təkər təmiri sexinin tullantıları olmayıb, məişət tullantıları - ərzaq qalıqları, ailəyə, körpə uşağa aid tullantılar (pampers və s.) olub. Bunu həmin ərazidə quraşdırılmış kamera görüntülərindən də müəyyən etmək mümkündür. O yararsız təkərləri heç yerə atmadığını, əksinə, onları saxlayıb hərbi hissələrə təhvil verdiyini bildirsə də polis əməkdaşları onların dediyinə məhəl qoymadan əraziyə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarını çağırıblar. O idarənin əməkdaşlarına da sexin arxasında qalaqlanmış məişət tullantılarının ona aid olmadığını bildirmişlər. Lakin buna baxmayaraq heç bir əsas olmadan barələrində MN ******* nömrəli 17 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilib. Heç bir əsas olmadan onu İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə (Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) 500 manat məbləğində cərimələnmişlər. Barələrində tərtib edilmiş inzibati xəta haqqında protokola etirazını bildirmiş, heç bir hüquq pozuntusuna yol vermədiyini deyərək protokolu imzalamaqdan imtina etmişdir. İnzibati Xəta haqqında protokolu imzalamadığı üçün polis əməkdaşları ona hədə-qorxu gəlmişlər. Ona görə də protokolu imzalamağa məcbur olmuşdur. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda İXM-nin maddəsinə istinad edilib. Lakin elə həmin Məcəllənin əsas prinsipləri insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq prinsiplərinə əsaslanır. Həm polis əməkdaşları tərəfindən, həm də 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən onun hüquqları pozulub. Hədə- qorxu ilə ondan qanunsuz və əsassız protokollara imza atmağı tələb edilib, nəticədə heç bir əsas olmadan yüksək məbləğdə cərimələnmişdir. Onun gəlir yeri ancaq çalışdığı sexdir, başqa heç bir yerdən gəliri yoxdur. Qazandığı cüzi gəlirlə ailəsini dolandırır. 500 manat onun üçün həddən artıq yüksək məbləğdir, Onlar heç bu qədər gəlir əldə etmirlər. Yüksək məbləğdə əsassız cərimə məbləği ailəsini ağır yüklə yükləmiş olur. Kirayə mənzildə yaşayır. O, məcburi köçkündür, atası İİ dərəcə əlildir, 3 azyaşlı övladı var. Başqa yerdən gəlir və qazancları olmadığı üçün cəriməni ödəməyə imkanı yoxdur. Bundan başqa, yüksək məbləğdə əsassız yazılmış cəriməni ödəməli deyildir. O polis əməkdaşları tərəfindən qorxduğu üçün inzibati xəta haqqında protokolu imzalamalı olmuşdur. Halbuki, bu qanunsuzdur. Ümumiyyətlə, polis əməkdaşları İXM-nin 271-ci maddəsi ilə inzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər deyil. Belə olduğu halda hansı əsasla polis qeyd edilən maddə ilə onu cərimə etmək də maraqlıdır? Görünür, polis əməkdaşları 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birləşib vətəndaşların bu yolla cərimələnməsinə nail olmaq istəyirlər. Onun İXM-nin 271-ci maddəsi ilə inzibati xəta törədilməsinə heç bir aidiyyəti yoxdur. Odur ki, MN ******* nömrəli, 04 dekabr 2023-cü il tarixli inzibati təhbeh vermə haqqında qərar qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi tərəfindən xx.xx.2023-cü il tarixli MN1440815 nömrəli inzibati tənbeh vermə haqqında qərar qərarının ləğv edilməsi və inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir. Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsinin müvəqqəti icra edən X5 məhkəmə iclası zamanı protokolun dəlilərini müdafiə etdi və bildirdi ki, X6 barəsində qəbul edilmiş protokol əsasında tərtib edilmiş xx.xx.2023cü il tarixli MN1440815 nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Hesab edir ki, qərarın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də ərizənin rədd edilməsini, qərarın qüvvəsində saxlanılmasını xahiş edir. Barəsində qərar çıxarılmış X6 məhkəmə iclası zamanı şikayətin dəlillərini müdafiə etdi və ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı və şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı İnzibati xəta haqqında protokoldan görünür ki, X6 Azərbaycan Respublikası İXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan işdə olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-in 271-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə işdə olan və əlavə təqdim edilmiş materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq müəyyən etdi ki, Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən X6 barəsində Azərbaycan Respublikası İXM-in 271-ci maddəsinə əsasən protokol tərtib edilmiş və həmin protokol əsasında Mingəçevir şəhər 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxsi tərəfindən inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmişdir. X4 qeyd olunan obyektin ərazisində olan məişət tullantılarının onların işlədiyi əraziyə aid olmadığını bildirsə də, şikayət verən şəxsin istinad etdiyi dəlillər məhkəmə iclasında öz təsdiqini tapmamış, həmçinin şikayətçi həmin hallara dair əsaslı sübutlar təqdim etməmişdir. Belə ki, ona, polis əməkdaşları tərəfindən təzyiq olunduğu bildirsə də, bununla bağlı müvafiq polis orqanına müraciət etməmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən sənədlər isə onun İXM-nın 271-ci maddəsində qeyd edilmiş inzibati xəta hadisəsini törətməsini təsdiq etmişdir. Ona görə də X4 barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə inzibati xəta haqqında qərar qəbul edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxs X4 təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə, şikayətin dəlilərini araşdırarkən, həmçinin müəyyən etdi ki, vəzifəli şəxsin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmış, həmin nəticələr işin faktiki hallarına uyğundur, iş üçün əhəmiyyəti olan hallar sübuta yetirilmiş və inzibati məsuliyyəti müəyyən edən qanunun norması düzgün tətbiq edilmişdir. Eləcə də, inzibati xəta haqqında protokola baxılarkən İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilmiş və barəsində protokol tərtib edilmiş şəxsin iş üzrə icraat zamanı təsbit edilmiş hüquqlarının həyata keçirilməsinə kifayət qədər imkan yaradılmışdır. Odur ki, məhkəmə verilmiş şikayətə iş üzrə olan materiallar əsasında baxaraq, qəbul edilmiş qərarın qanuniliyini və əsaslılığını yoxlayaraq, işin müəyyən olunmuş hallarına əsasən belə nəticəyə gəlir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi vəzifəli şəxsinin, X4 Azərbaycan Respublikası İXM–nin 271-ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli MN1440815 nömrəli inzibati tənbeh vermə haqqında qərarı əsaslıdır və qanuna uyğun şəkildə qəbul edilmişdir. Bu səbəbdən X4 şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1–ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 120–126 və 133–136–cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsi vəzifəli şəxsinin, X4 Azərbaycan Respublikası İXM–nin 271-ci maddəsi əsasında inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli MN1440815 nömrəli inzibati tənbeh vermə haqqında iş üzrə qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-14/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-14/2024
21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver