Məhkəmə qərarları › İş №3(051)-143/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-143/2024

19.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-143/2024 19.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə X2 Mingəçevir şəhəri Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Mingəçevir şəhəri Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X4 Azərbaycan Respublikası İXM-in 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 80 manat miqdarda inzibati cərimə edilmişdir. X4 həmin qərardan şikayət verərək, qərara xitam verilməsini xahiş etmişdir. X4 şikayət ərizəsinə uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, o, X4 xx.xx.1991-ci ildə anadan olmuşdur. Barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsi ilə EXP1387000 elektron protokol və əsasında qərar tərtib edilmişdir. Sözügedən protokol və onun əsasında tərtib edilmiş olan qərar tam qanunsuz və əsassızdır. Belə ki, nə protokol nə də qərar İXM-in tələblərinə riayət etməklə tərtib edilməmişdir. Bu cür protokollar və qərarlar onun və digər vətəndaşların konstitusion hüquqlarının kobud surətdə tapdalanmasından başqa bir şey deyil. Müzəffər Ali Baş X3 Əliyevin Kiçik və orta biznesin inkişafı və sahibkarlara olan dəstəyini dəfələrlə istər kütləvi inaformasiya vasitələri ilə çıxışlarında istərsə də məmurlara tapşırıqlarında qeyd etmişdir. Ancaq bir çox məmurlar verilən tapşırıqlara məhəl qoymayaraq öz qanunsuz əməllərindən əl çəkmirlər. Dəfələrlə Mingəçevir ŞPŞ-nin İTB-nin şəhər ərazisində keçirdiyi monitorinqlər zamanı polis əməkdaşlarının obyektlərə yaxınlaşaraq reklam məqsədi ilə obyektin qarşı hissəsinə qoyduqları manikenləri götürmələrini tələb ediblər. Səbəbini soruşduqda isə Küçə ticarəti ilə məşğul olduqlarını bildirdilər. Dəfələrlə bu qərarın yalnış və əsassız olduğunu başa salmağa çalışsa da və onlara vergi ödəyicisi olduğu halda bunun küçə ticarəti olmadığını izah etsə də, onlar öz qanunsuz əməllərindən qalmayaraq qanunsuz protokol tərtib etdilər. Müzəffər Ali Baş Komandan dəfələrlə öz çıxışlarında Şəhid ailələrinə, qazilərə, veteranlara diqqət və qayğının mühüm olduğunu və məmurların bu məsələni diqqət mərkəzində saxlamalı olduqlarını bildirmişdir. X7 Baş Komandanın göstərdiyi qayğı və diqqətin bir qismini belə yerli məmurlar yerinə yetirməmişdir. O bir şəhid övladı olaraq məhkəmədən artıq dərəcədə xahiş edir ki, onun barəsində qanunsuz tərtib olunmuş bu protokola xitam verilməsi dair qərar çıxarılsın. O, dövlətin qanunlarının və Məhkəmə hakimiyyətinin bu qanunlara dayanaraq da dürüst qərar çıxardaraq protokola xitam verəcəyinə güvənir. Ona görə də məhkəmədən DİN Mingəçevir ŞPŞ-nin İTB-nin onun, yəni X2 barəsində 28 noyabr 2023-cü il tarixli, EXP1387000 saylı protokol əsasında tərtib edilmiş, həmin tarixli inzibati xəta haqqında qərarına xitam edilməsi barədə qərar çıxarılmasını xahiş edir. Mingəçevir şəhəri Polis Şöbəsinin İTB-yə mhəkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Şikayət vermiş şəxsin izahatını dinləyib və təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşə əlavə olunmuş Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli EXP № ******* saylı inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, X4 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Maddə 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşə əlavə olunmuş Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 İXM-in 454-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və 80 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. İşə əlavə olunmuş DƏDRX tərəfindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 59.3 kv.metr ümumi sahəsi olan qeyri-yaşayış sahəsi X1 mülkiyyətindədir. İşə əlavə olunmuş Şəhid ailəsi üzvünün 009530 №li vəsiqəsinin surətindən görünür ki, X4 şəhid ailəsinin üzvüdür. İşə əlavə olunmuş fotoşəkillərdən görünür ki, “King” adlı obyektin qarşısına 2 ədəd maniken qoyulmuşdur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsində yazılmışdır ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İXM-in 134.1.2-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 134.1.3-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 454-cü maddəsinə əsasən Qanunsuz küçə ticarəti, yəni müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməmiş yerlərdə malların satılmasına və ya işlərin (xidmətlərin) görülməsinə görə - səksən manat məbləğində cərimə edilir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, şikayət əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, məhkəmə işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, X2 Qanunsuz küçə ticarəti ilə məşğul olmasına dair sübut kimi məhkəməyə fotoşəkillər təqdim edilmişdir. Məhkəmə həmin fotoşəkillərdə müəyyən etmişdir ki, “King” adlı obyektin qarşısına 2 ədəd maniken qoyulmuşdur. Bunun isə qanunsuz küçə ticarəti adlandırılmasını məhkəmə düzgün hesab etmir. Məhkəmənin qənaətincə bu qanunsuz küçə ticarəti deyildir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 133 və 134cü maddələrini rəhbər tutaraq, q ə r a r v e r d i: X2 Mingəçevir şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli EPQ № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayəti təmin edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar