Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-143/2025 12.03.2026 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Qurbanova Xanım Bəxtiyar qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İXM-in 528.1–ci maddəsi ilə barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1–ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə toplanmış materialları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola görə, Sadıxov X1 Şəhər Məhkəməsinin 2(051)-897/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 5940 manat aliment ödənilmədiyindən icra sənədini, icra məmurunun qanuni tələblərini icra etməmiş və icra məmurunun qanuni tələblərinə tabe olmamışdır. İşdə olan 2(051)-897/2020 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin yenidən icraya yönəldilməsi haqqında qərarın surətindən görünür ki, Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-897/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin yenidən icraya yönəldilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-897/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, iddia tələbi qismən təmin edilmiş, X4 ilə Şəxs arasında Mingəçevir şəhər Qeydiyyat şöbəsində 29 aprel 2008-ci ildə 146 nömrə ilə qeydə alınmış nikah qeydinin pozulması, nikah pozulduqdan sonra xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşaqların iddiaçı X2 yanında qalması və Şəxs xx.xx.2009-cu il təvəllüdlü X5 və xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment tutulub X3 verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, borcludan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-897/2020 saylı, xx.xx.2020ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi tələb olunmuşdur. İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərarın surətindən görünür ki, icra sənədi üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli borclunun yaşayış yerini dəyişməsi haqqında aktın surətindən görünür ki, borclu Şəxs ünvan 1 ünvanında yaşamadığı müəyyən olunmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-143/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixdə daxil olmuş inzibati protokola baxılma müddətinin uzadılması və məhkəmə iclasının xx.xx.2025-ci il tarixə, saat 12:00-a təyin edilməsi qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-143/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixdə daxil olmuş inzibati protokola baxılma müddətinin uzadılması və məhkəmə iclasının xx.xx.2025-ci il tarixə, saat 10:45-ə təxirə salınması qərara alınmışdır. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-143/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs Mingəçevir Şəhər Məhkəməsinə məcburi qaydada gətirilməsi və iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İşdə olan izahatdan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan xx.xx.2026-cı il tarixli 9 saylı MİS tərəfindən verilmiş arayışdan görünür ki, Şəxs ünvan 1 ünvanında yaşamadığı müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xətanın törədildiyi gündən bir il keçdiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. xx.xx.2026-cı il tarixli Mingəçevir Şəhər Polis Şöbəsinin məktubuna əsasən Şəxs Mingəçevir Şəhər Məhkəməsinə gətirilməsi mümkün olmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 109, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə Şəxs barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işin icraatına müddətin keçməsinə görə xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Mingəçevir Şəhər Məhkəməsinin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-143/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-143/2025
12.03.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver