Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-144/2025 19.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Qurbanova Xanım Bəxtiyar qızının katibliyi Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru: X1 Tələbkar: Zərərçəkmiş şəxs İcra sənədi üzrə borclu: Şəxs və "xxxx" ASC-nin nümayəndəsi X4 iştirakı ilə xx.xx.1962-ci il tarixdə Oğuz rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM–in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ,ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" ASCdən X3 hüquqi varisi Zərərçəkmiş şəxs xeyrinə X3 bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə ona təyin edilən ödəncin məbləği aylıq 276 manat müəyyən edilməklə, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi hesablanmış 4968 (dörd min doqquz altmış səkkiz) manat, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manat, mediasiya xərci 50 (əlli) manat tutulmasını nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktının tələblərinə məhəl qoymayaraq icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" ASCdən X3 hüquqi varisi Zərərçəkmiş şəxs xeyrinə X3 bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə ona təyin edilən ödəncin məbləği aylıq 276 manat müəyyən edilməklə, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi hesablanmış 4968 (dörd min doqquz altmış səkkiz) manat, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manat, mediasiya xərci 50 (əlli) manat tutulması qərara alınmışdır. Lakin borculuya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini icra etməkdən imtina edir. Borclu bir neçə dəfə icra şöbəsinə dəvət edilərək məhkəmənin qətnaməsini icra etməsi tələb olunmuş, lakin hazırki vaxtadək o, icra sənədini icra etməmişdir. Onun bu davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, həqiqətən Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" ASCdən X3 hüquqi varisi Zərərçəkmiş şəxs xeyrinə X3 bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə ona təyin edilən ödəncin məbləği aylıq 276 manat müəyyən edilməklə, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi hesablanmış 4968 (dörd min doqquz altmış səkkiz) manat, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manat, mediasiya xərci 50 (əlli) manat tutulması qərara alınmışdır. Qeyd edir ki, Mingəçevir Tikinti-62 ASC- sədri olmuşdur, İntiqam Tağıyev yaşadığı dövlərdə pensiya alıb, halhazırda İntiqam ölübdür. Müəsissisə fəaliyyətini 15 ildir ki dayandırmışdır. O, müəsissə fəaliyyətdə olduğu müddətdə qanuni təmsilçi olmuşdur. Qanuni təmsilçi olduğu müddətdə yəni müəsissə fəaliyyətini davam etdirdiyi tarixədək, yəni xx.xx.2021 -ci ilə qədər xəsarət almaya görə ödənclər tam şəkildə edilmişdir. Bildirir ki, hazırda müəsissə var amma fəaliyyət yoxdur, o, müəllim olaraq çalışır. Hesab edir ki, fiziki şəxs olaraq o, həmin pulu ödəməli deyildir. Fiziki şəxs olaraq adında hər hansı daşınar və daşınmaz əmlak yoxdur. Müəsissə 50%-dən çox hissəsi dövlətin mülkiyyətindədir. Hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Odur ki, məhkəmədən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını xahiş edir. "xxxx" ASC-nin nümayəndəsi X6 məhkəmə iclasında borclu Şəxs izahatına uyğun izahat verərək, protokolun rədd edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı tələbkar izahat verərək borclunun barəsində qanunda nəzərdə tutulmuş inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsi ilə "xxxx" ASC-dən X3 hüquqi varisi Zərərçəkmiş şəxs xeyrinə X3 bədbəxt hadisə nəticəsində səhhətinə vurulmuş ziyana görə ona təyin edilən ödəncin məbləği aylıq 276 manat müəyyən edilməklə, xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə kimi hesablanmış 4968 (dörd min doqquz altmış səkkiz) manat, vəkilə hüquqi xidmət üçün ödənilən 300 (üç yüz) manat, mediasiya xərci 50 (əlli) manat tutulması qərara alınmışdır. İşdə olan tələbin könüllü icrası haqqında bildirişin surətindən görünür ki, ondan icra sənədi üzrə tələbi dərhal icra etməyi tələb edilmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, Şəxs "xxxx" ASC -nin qanuni təmsilçisidir. Beləliklə, icra orqanının nümayəndəsinin, borclunun və tələbkarın izahatları, eləcə də icra işinin materialları ilə müəyyən edilir ki, Mingəçevir şəhər MİNGƏÇEVİR MAŞİN TƏMİR" ASC-nin sədri Heydərov X2 Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında verilmiş icra sənədinin icrasından qəsdən boyun qaçırmış, bu zaman icra sənədində göstərilən tələbin yerinə yetirilməsini tələb edən Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs ilk dəfə inzibati xəta törətməsini məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Onun məsuliyyəti ağırlaşdıran hallar müəyyən olunmadı. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsinin tərkibi vardır və o, həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında vəzifəli şəxsə münasibətdə nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halların mövcudluğunu nəzərə alaraq, vəzifəli şəxs Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, 1200 (bir min iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi : Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №3(051)-144/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-144/2025
19.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver