Məhkəmə qərarları › İş №3(051)-145/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-145/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-145/2023 10.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X4, tələbkar Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1996-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(051)-50/2022 №li icra sənədi üzrə uşaqlarla görüşə mane olduğuna görə Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(051)-50/2022 №li icra sənədinə əsasən Zərərçəkmiş şəxs uşaqları 07 fevral 2016-cı il təvəllüdlü X1 və 18 fevral 2018-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri saat 14:00-dan 17:00-dək, bayram və ad günlərində saat 14:00-dan 17:00-dək görüşə mane olması ona qadağan edilmişdir. O, tələbkarın uşaqlarla görüşməsinə etiraz etməmişdir və etiraz etmir. O, icra sənədinin icrasına da mane olmamışdır. Uşaqları qeyd edilən vaxtlarda icra şöbəsinə aparır, özü də kənarda dayanır. Röya adlı uşaq atası ilə sərbəst olaraq ünsiyyətdə olur, ancaq Nasimə atası ilə ünsiyyətdə olmaq istəmir, ağlayır. O, uşaqların heç birinə təsir göstərməmişdir. İş üzrə icraata xitam verilməsini xahiş edir. Tələbkar Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(051)-50/2022 №li icra sənədinə əsasən onun, uşaqları 07 fevral 2016-cı il təvəllüdlü X1 və 18 fevral 2018-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri saat 14:00-dan 17:00-dək, bayram və ad günlərində saat 14:00-dan 17:00-dək görüşə mane olması Şəxs qadağan edilmişdir. Uşaqlar görüşə gətirilir. Lakin Nasimə adlı uşaq onunla ünsiyyət yaratmaqdan imtina edir. Hesab edir ki, Şəxs uşağa psixoloji təsir edir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında bildirdi ki, Mingəçevir şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 16(051)-50/2022 №li icra sənədinə əsasən Zərərçəkmiş şəxs uşaqları 07 fevral 2016-cı il təvəllüdlü X1 və 18 fevral 2018-ci il təvəllüdlü X2 ilə hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri saat 14:00-dan 17:00-dək, bayram və ad günlərində saat 14:00-dan 17:00-dək görüşə mane olması Şəxs qadağan edilmişdir. Uşaqlarla ünsiyyətlə bağlı tərəflər arasında narazılıq yarandığına görə Şəxs barəsində inzibati protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində uşaqlarla görüşə mane olması ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128-130-cu maddələrini rəhbər tutaraq Qəraraaldım: Şəxs əməlində uşaqlarla görüşə mane olması ilə bağlı inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar