Məhkəmə qərarları › İş №3(051)-146/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-146/2024

23.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-146/2024 23.02.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Əliyeva Əminə Malik qızının katibliyi ilə Mingəçevir şəhər polis şöbəsinin polis sahə rəisi X6 Zərərçəkmiş Zərərçəkmiş şəxs Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-da Mingəçevir şəhəri X3 şöbəsinin qarşısında qeydiyyat şöbəsini yaxınlığında ucadan səsküy salması, nalayiq ifadələr işlətməsi göstərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı özünü ona qarşı irəli sürülmüş inzibati xəta ittihamında təqsirli bilməyərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər mərkəzi xəstəxanasına onun üçün müəyyən edilmiş dərmanları almaq üçün getmişdir. O, 3-cü qrup əlildir. Dövlət tərəfindən onun üçün müəyyən edilmiş imtiyazlara malikdir. Lakin həmin günü ora gedəndə onun müəyyən edilmiş dərmanları ona verməkdən imtina etmişlər. O, isə buna etiraz edərək öz münasibətini bildirmişdir. O heç kimi nalayiq ifadələrlə təhqir etməmiş və ictimai asayişi pozan hərəkətlər etməmişdir. Onun heç bir təqsiri yoxdur. Odur ki, məhkəmədən barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş edir. Mingəçevir şəhər polis şöbəsinin polis sahə rəisi X9 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-da Mingəçevir şəhəri X3 şöbəsinin qarşısında qeydiyyat postunun yaxınlığında ucadan səs-küy salaraq, nalayiq ifadələr işlətmişdir. Zərərçəkənin şikayəti əsasında Şəxs barəsində protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, o, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında qeydiyyat şöbəsinin müdiridir. Şəxs onun barəsində nalayiq ifadələr işlətdiyi zaman orada olmamışdır. QeydiyyatçıX1 və X8 bu barədə ona məlumat vermişlər. Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasına gələrək Dializ şöbəsinin qarşısında qeydiyyat postunda ucadan səs-küy salmış və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Hazırda Şəxsla barışmışdır ondan şikayəti yoxdur. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında qeydiyyat şöbəsində qeydiyyatçı olaraq işləyir. Şəxs xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasına gələrək qeydiyyat şöbəsinin qarşısında yalnız Zərərçəkmiş şəxs barəsində nalayiq ifadə işlətmiş, ucadan səs-küy salmamışdır. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X1 da digər şahid X4 ifadəsinə göstərilən xüsustları təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, Şəxs onun qardaşıdır. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasına müayinə üçün müraciət etmişdir. Həmin gün orada idi. Zakir oraya onun üçün təyin edilmiş dərmanları almaq üçün getmişdir. Zakir orada heç bir səs-küy salmamışdır. Sadəcə olaraq dərmanlar üçün müraciət etmiş, o zaman aralarında mübahisə yaranmışdır. İşə əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 15:00-da Mingəçevir şəhəri X3 şöbəsinin qarşısında qeydiyyat şöbəsinin qarşısında ucadan səs-küy salmış, nalayiq ifadələr işlətmişdir. Məhkəmə, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri nəzərdən keçirib, belə nəticəyə gəlir ki, Şəxs Mingəçevir şəhəri X3 şöbəsinin qarşısında qeydiyyat Şöbəsinin qarşısında ucadan səs-küy salması, nalayiq ifadələr işlətməsi müəyyən olunmur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və iş materialları ilə müəyyən edilir ki, Şəxs Mingəçevir şəhəri Mərkəzi Xəstəxanasının qeydiyyat Şöbəsinin qarşısında ucadan səs-küy salması, zərərçəkmiş şəxsə nalayiq ifadələr işlətməmişdir. Belə ki, hadisə yerinin görüntüsünü əks etdirən video diskə baxış keçirilərkən görüntülərdə səs yazısının olmaması səbəbindən əməldə qeyd olunan inzibati xəta hadisəsinin olması müəyyən olunmamışdır. Həmçinin şahid ifadələri ilə də müəyyən olundu ki, şəxs orada ucadan səs-küy salmamışdır. Hazırki vəziyyətdə Şəxs əməlində həmin inzibati xəta hadisəsinin olması iş materialları ilə təkzib olunur. Belə olan halda onun əməlində inzibati məsuliyyəti istisna edən hallar mövcuddur. Belə ki, inzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş sübutlar inzibati xəta törətmiş şəxsin təqsirli olmasına şübhə yaradır və onun təqsirinin sübuta yetirilməsi üçün kifayət etməmişdir. Azərbaycan Respublikası İXM–nin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.1-ci maddəsində göstərilmişdir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığına görə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar