Məhkəmə qərarları › İş №3(051)-147/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-147/2023

14.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-147/2023 14.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Barəsində qərar çıxarılmış: X7 Zərərçəkmiş şəxs X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından, barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir ŞPŞ-nin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X3 ŞPŞ-nin xx.xx.2023-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Mingəçevir ŞPŞ-nin xx.xx.2023-ci il tarixli MN ******* saylı qərarına əsasən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Şikayətçinin Zərərçəkmiş şəxs ilə rəsmi nikahı olmuş, nikahlarından üç övladı dünyaya gəlmişdir. Ailə daxili problemlər olduğu üçün nikah məhkəmə qaydasında pozulub, hər üç uşağın anasının yanında qalması qət edilib. Sonradan uşaqlar öz istəkləri ilə atasının yanına gəliblər. Bundan sonra o, məhkəməyə müraciət etməyə məcbur olub. Mingəçevir Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(051)1476/2022 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü Arif, xx.xx.2011-ci il təvəllüdlü Aylin və xx.xx.2014-cü il təvəllüdlü Əsma adlı uşaqlar Zərərçəkmiş şəxs alınıb X8 verilməsi qət edilmişdir. Bundan sonra, hər üç övladı atasının yaşadığı evə gəlib. xx.xx.2022-ci il tarixdə kimsə şikayətçinin yaşadığı evin qapısını sındırmağa çalışır. Zərərçəkmiş şəxs evin qapısını təpikləyib şikayətçini söyüb uşaqları ondan almağa cəhd edib. Elşad Mirzəli mübahisə olacağını düşünüb dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək bildirib ki, Zərərçəkmiş şəxs zorla içəri evə girmək istəyir, uşaqlar da qışqırıb ağlayırlar. Bundan sonra Mingəçevir Şəhər Polis Şöbəsindən əməkdaşlar gələndən sonra Zərərçəkmiş şəxs da onlarla gedib. Yəqin ki, Zərərçəkmiş şəxs polis şöbəsindən ondan şikayət yazıb və bir neçə gündən sonra sahə rəisi onu çağırıb deyib ki, o 102 xidmətinə müraciət etdiyi üçün hadisə necə olub ona bildirsin. Sonradan bilib ki, qarşı tərəf məsuliyyətə cəlb olunmalı olduğu halda o cərimə edilmişdir. Hesab edir ki, əməlində inzibati xəta tərkibi yoxdur. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Mingəçevir ŞPŞ-nin vəzifəli şəxsinin xx.xx.2023-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış X9 şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, Zərərçəkmiş şəxs yüngül formada itələmişdir, bu halda o xəsarət ala bilməz. Mingəçevir ŞPŞ-nin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs məhkəmə iclası zamanı ifadə verdi və bildirdi ki, xx.xx.2022-ci il tarixdə axşam Elşad Mirzəlinin evinə gedib və qapını döyüb. Qapını açmadığı üçün məcbur olub qapını təpiklə vurub. Həmin vaxt atası məhlədə olub. Uşaqlar aralarında mübahisə olduğunu görəndə ağlamağa başlayıb. Elşad Mirzəli onu itələyəndən sonra beli üstə yıxılıb. Bundan sonra uşaqlar da atalarından ayrılıb onunla gəlib. Sonradan ŞPŞ-ə gedərək şikayət verib. İş üzrə şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, o, X7 atasıdır. Hadisə zamanı başqa otaqda olub və qapının döyüldüyünü eşidib. Otaqdan çıxanda görüb ki, oğlu ilə Zərərçəkmiş şəxs mübahisə edib. Bundan sonra qonşular da səs-küyə gəlib. Oğlunun Ayişəni vurduğunu və itələdiyini görməyib, aralarında sadəcə mübahisə olub. Məhkəmə iclasının vaxtı və yeri barədə Mingəçevir ŞPŞ-yə lazımı qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak ertməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə barəsində qərar çıxarılmış şəxsin, zərərçəkmiş şəxsin və qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını, şahid ifadələrini, həmçinin iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, işdə olan xx.xx.2023-cü il tarixli MN ******* saylı İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 Azərbaycan Respublikası İXM-in 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 300(üç yüz) manat cərimə olunmuşdur. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə X7 əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün cinayət işinin başlanması rədd edilmşdir. X2 əməlində İXM-nin 157-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində həmin maddə ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti icra edilməsi üçün X5 verilmişdir. AR SN Məhkəmə-tibbi ekspertiza və Patoloji Anatomiya elmi təcrübi və tədris birliyinin 702 saylıekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs Nüsrət qızının sağ kürək nahiyəsində qançır fonunda sıyrıq, küt əşyanın təsirindən əmələ gələ bilərdilər, yetirilmə müddəti xx.xx.2022-ci il tarixə uyğundur, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. X4 hazırkı şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini və həmin protokola əsasən qəbul edilmiş qərarın əsassız olduğunu bildirsə də, məhkəmə araşdırması zamanı sözügedən qərarın əsassız olması sübuta yetirilməmişdir, həmçinin işdə olan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan da görünür ki, X9 hadisə baş verdiyi zaman Zərərçəkmiş şəxs itələdiyi faktını təsdiq etmişdir. Odur ki, X7 barəsində inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Mingəçevir ŞPŞ-nin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar