Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-149/2021 13.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Zərər çəkmiş şəxs X1 iştirakı ilə, xx xxxxxx 1965-ci ildə Tərtər rayonu Xoruzlu kəndində doğulmuş, evli işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Mingəçevir şəhərinin Naxçıvan küçəsi 36 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs xx xxxxxxx 2020-ci ildə, X3 ilə şəxsi münasibətlər zəminində mübahisə edib əli ilə onu vuraraq onu döymüşdür. Məhkəmə iclasında Şəxs izahatında göstərmişdir ki, Fərqanə onun gəlinidir. Oğlu ilə Fərqanə 2017-ci ilin fevral ayında ailə həyatı qurmuşlar. Bu nikahdan onların iki övladı olmuşdur. Mütamadi olaraq aralarında mübahisələr yaranmışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində bazardan qayıdan zaman gəlininə hansı səbəbə yemək hazırlamadığını soruşduqda gəlini onu təhqir etdi. Ondan sonra gəlinini itələdi o, isə onun saçını yoldu. Sonra aralarında mübahisə olmuş, mübahisə zamanı əsəbi olduğu üçün əli ilə onu vuraraq döymüşdür. Əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Zərər çəkmiş X3 məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, əri Bəkir ilə 2017-ci ilin fevral ayının 5-də ailə həyatı qurmuşlar. Birgə nikahdan iki övladı olmuşdur. xx xxxxxxx 2020-ci il tarixdə saat 13 radələrində qaynanası işdən evə geri qayıdan zaman hansı səbəbə yemək bişirədiyini sorunçmuş o, isə cavabında uşaqları saxladığını bildirmişdir. Qaynanası ona kobud ifadələr söyləmişdir. Bu zaman onların arasında mübahisə yaranmışdır. Mübahisə zamanı zamanı qaynanası əli ilə onun gözündən yumuruqla vuraraq ona xəsarətlər yetirmişdir. Hazırda Şəxs ilə ilə barışmamış və onun barəsində qanuni tədbirlərin görülməsini xahiş edir. İnzibati xəta haqqında işdə olan sənədlərdən görünür ki, X3 xx xxxxxxx 2020ci il tarixdə Mingəçevir şəhər Polis Şöbəsinə müraciət edərək, həmin tarixdə Şəxs ona döydüyünü bildirmişdir. Fərqanə Abbasovanın üzərində xəsarətlərin olub olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertiza təyin edilərək rəy alınmışdır. Təhqiqat zamanı müəyyən edilmişdir ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, saat 15 radələrində şəxsi münasibətlər zəminində X2 əli ilə vuraraq zərər vurmadığına görə dərəcəsi təyin olunmayan xəsarətlər yetirməklə döymüşdür. Təhqiqatçının xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmədə inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərər çəkmişin izahatları dinlənilib, təqdim olunmuş sənədlər araşdırılıb məcmu halda qiymət verilməklə müəyyən olunmuşdur ki, Şəxs xx xxxxxxx 2020-ci ildə, saat 15 radələrində X3 ilə şəxsi münasibətlər zəminində mübahisə edib əli ilə onu vuraraq onu döymüşdür. Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Lakin aşağıdakılara əsasən hesab edirəm ki, Şəxs barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 38-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinin tələbinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İş materiallarından görünür ki, Şəxs istinad edilən inzibati xəta xx xxxxxxx 2020-ci il tarixdə törədilmişdir. Buradan da aydın olur ki, inzibati xəta haqqında protokol tərtib edən polis sahə rəisi protokolu qanunla müəyyən edilmiş müddətdə tərtib etməmiş, protokolun tərtib olunması üçün buraxılmış müddəti formal və hüquqi qüvvəsi olmayan qərarda əsaslandırmağa çalışmışdır. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsinə görə inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 114.2.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21, 38, 40 , 43, 48-51, 53, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Məsuliyyətə cəlb etmə müddəti başa çatdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayət verilə bilər. Hakim: Hüseyn Mirzəliyev
Məhkəmə qərarları › İş №3(051)-149/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-149/2021
13.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver