Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-15/2022 24.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi, Ağayeva Aynurə Nizami qızının katibliyi, Barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxs - Şəxs, iştirakı ilə xx.xx.1978-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 442-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokollara açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 26.12.2021-ci il tarixdə saat 14:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Kolxoz bazarının qarşısında qırmızı rəngdə “Changan” markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən protexniki vasitələrin alqı-satqısı ilə məşğul olarkən aşkar edilmişdir. Ona görə də onun barəsində 26.12.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Şəxs 30.12.2021-ci il tarixdə satılması qadağan olan protexniki vasitələri Mingəçevir şəhər mərkəzi bazarı yaxınlığında satmışdır. Ona görə də onun barəsində 30.12.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, 26.12.2021-ci il tarixdə saat 14:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Kolxoz bazarının qarşısında qırmızı rəngdə “Changan” markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən protexniki vasitələrin alqı-satqısı ilə məşğul olmuş və 30.12.2021-ci il tarixdə satılması qadağan olan protexniki vasitələri Mingəçevir şəhər mərkəzi bazarı yaxınlığında satmışdır. Etdiyi əməldən peşmandır. Odur ki, məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Azərbaycan Respublikası İXM-in 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. İnzibati Xətalar Məcəlləsinin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. İşə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin (şəkilsiz) surətindən görünür ki, Şəxs himayəsində 24.10.2013-cü il təvəllüdlü X1 adlı az yaşlı uşağı vardır. Məhkəmə Şəxs himayəsində az yaşlı uşağının olmasını İXM-in 32.1.3-cü maddəsinə əsasən, əməlindən səmimi peşmançılığını İXM-in 32.1.1-ci maddəsinə əsasən məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Buna görə də məhkəmə hesab edir ki, Şəxs 26.12.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və 30.12.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə ayrılıqda inzibati tənbehə tabe tutulmalıdır. Məhkəmə xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədinə uyğundur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 442-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, Mingəçevir şəhər Polis Şöbəsində saxlanılan inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə 26.12.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol və 30.12.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol üzrə ayrıayrılıqda 350 (üç yüz əlli) manat olmaqla, ümumilikdə 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-15/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-15/2022
24.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver