Məhkəmə qərarları › İş №3(051)-151/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-151/2023

08.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-151/2023 08.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Həsənli Cavid Qurban oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Zərərçəkmiş şəxs X2 və onun müdafiəçisi X7 iştirakı ilə xx.xx.1993–cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Mingəçevir ŞPŞ-nin İTB-nin polis sahə rəisi X3 məhkəmə iclası zamanı öz izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixə saat 17 radələrində Mingəçevir şəhəri Xətai küçəsi ərazisində arvadı X4 qarşı nalayiq sözlər işlətmişdir. Bundan sonra o çağırılmış, ona məlumatlar verilmiş, ancaq protokol tərtib edilərkən Şəxs zərərçəkmişlə razılaşmadı və protokolu imzalamaqdan imtina etdi. Şəxs barəsində AR İXM 510-ci maddəsi ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclası zamanı izahatında X4 qarşı nalayiq sözlər işlətmədiyini, həmin vaxt ümumiyyətlə zərərçəkmişlə dalaşmadığını, sadəcə olaraq zərərçəkmişin çağırışı əsasında həkimə, daha sonra aptekə getdiklərini bildirmişdir. Bununla bağlı “vatsapp” yazışmalarıda var. Sonradan zərərçəkmişin onu təhqir etdiyini bildirmişdir. Odur ki, barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs X5 məhkəmə iclası zamanı bildirdi ki, Şəxs ona təzyiq göstərir. Dərmanı aldıqdan sonra mübahisə yaranıb. Mübahisə zamanı Şəxs onu və onun bacısını təhqir etmişdir. Bundan sonra qardaşını çağırmağa məcbur olub. Qardaşı gəldikdən sonra isə Şəxs çıxıb getmişdir. Zərərçəkmiş şəxs X2 müdafiəçisi X10 məhkəmə iclası zamanı bildirdi ki, zərərçəkmişin izahatına uyğun izahat verdi və inzibati xəta haqqında protokolun təmin olunmasını xahiş etdi. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X8 bildirdir ki, o, zərərçəkmiş şəxsin qardaşıdır. xx.xx.2022-ci il tarixə saat 17 radələrində bacısı ona zəng vuraraq Şəxs onu narahat etdiyini bildirmişdir. Ora yaxınlaşanda Şəxs bacısının qolundan tutub hərarətli söhbət etdiyini görmüşdür. Ancaq onun hansısa nalayiq ifadə işlətdiyini eşitməmişdir. O, gəldikdən sonra isə Şəxs ordan uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada görə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tərtib olunmuş protokola aidiyyəti üzrə baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2022-ci il tarixə saat 17 radələrində Mingəçevir şəhəri Xətai küçəsi ərazisində arvadı X4 qarşı nalayiq sözlər işlətmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli X5 tərəfindən Mingəçevir şəhər Polis Şöbəsinə verdiyi yazılı izahatdan görünür ki, Şəxs ilə boşanma ərəfəsindədirlər. Şəxs ondan ayrılmaq istəmir. Buna görə də daim onu narahat edir və təhqir edir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixə saat 17 radələrində Mingəçevir şəhəri Xətai küçəsi ərazisində ona qızına qarşı nalayiq sözlər işlətmişdir. İşdə olan Şəxs tərəfindən Mingəçevir şəhər Polis Şöbəsinə verdiyi yazılı izahatdan görünür ki, o, Qubaxanım Ələsgərovanın onun barəsində dediyi şikayətlə razı deyildir. X2 hadisənin baş verdiyini iddia etdiyi vaxtda ümumiyyətlə zərərçəkmişlə dalaşmadığını, sadəcə olaraq zərərçəkmiş çağırışı əsasında aptekə gəldiyini və sonadan zərərçəkmişin onu təhqir etdiyini bildirmişdir. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxsin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs əməlində inzibati məsuliyyətə cəlb etməyə əsas verən inzibati xəta tərkibi yoxdur. Məhkəmə protokolda tərtib edilmiş hallara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, protokolda qeyd edilən və “xx.xx.2022-ci il tarixə saat 17 radələrində Mingəçevir şəhəri Xətai küçəsi ərazisində arvadı X4 qarşı nalayiq sözlər işlətməsi” faktını təsdiq edən əsaslı sübutlar şikayətçi tərəfindən təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin:

3. Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsini qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Göründüyü kimi, həmin inzibati xəta tərkibinin olmasını təsdiq edən sübutlar inzibati xəta haqqında protokolda öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 105.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işin icraata xitam verilməsi haqqında qərarın surəti barəsində belə qərar qəbul edilmiş şəxslərə və zərərçəkmiş şəxsə göndərilir. 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında protokolu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmişin və müdafiəçisinin, şahidin izahatını və inzibati işin materialında da olan sənədləri nəzərdən keçirib, iş üzrə sübutları qiymətləndirib məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi olmadığından iş üzrə icraat xitam verilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Şəxs ictimai qaydasını pozmasına aid əsaslı sübutlar təqdim olunmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

HAKİM: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar