Məhkəmə qərarları › İş №3(051)-152/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-152/2021

14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-152/2021 14.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi Musayeva Günel Şövkət qızı, Brəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5, zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1966-cı il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanda yaşayan X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər polis şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı protokoldan görünür ki, X5 xx.xx.2020-ci il tarixdə yaşadıqları ünvan 1 ünvanda aralarında yaranmış mübahisə zamanı X2 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 məhkəmə iclasında izahatında bildirdi ki, Sevinc İsmayılova onun bacısı oğlunun arvadıdır. Onlar bir evdə yaşayırlar. Aralarında evlə bağlı mübahisə vardır. xx.xx.2020-ci il tarixdə yenə aralarında mübahisə yaranmışdır. Ancaq o, S.İsmayılovanı vurmamışdır. Zərərçəkmiş şəxs X4 məhkəmə iclasnda verdiyi izahatında bildrdi ki, Fərman Mehnətov onun ərinin dayısıdır. Onlar bir evdə yaşayırlar. Eşitdiyinə görə əri ilə ərinin dayısı Fərman Mehnətov arasında uzun müddətir yaşadıqları evlə bağlı aralarında mübahisə olmuşdur. O da həmin mübahisəli evə gəlin gəlmişdir. O, evə köçəndən sonra da mütəmadi olaraq mübahisələr, söz-söhbət olur. xx.xx.2020-ci il tarixdə əri Qalibin həyətdə olan toyuq hininin sökməsi ilə bağlı yenə Fərmanla aralarında mübahisə yarandı. Əri ilə Fərman arasında yaranmış mübahisənin qarşısını almaq məqsədilə aralarına girdikdə Fərman əli ilə onun sol qaşının üstündən vurdu. Zərbədən xəsarət aldığına görə təcili yardıma və 102 xidmətinə zəng vurdular. Az sonra təcili tibbi yardım və polis əməkdaşları onların evinə gəldilər. O, polis şöbəsinə şikayət ərizəsi verdi. Fərman Mehnətova qanuni daxilində cəza verilməsini xahiş edir. İşə əlavə olunumş tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 641№ li rəyində göstərilir ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət- sol qaşında yara küt əşyanın (alətin) təsirindən əmələ gəlmişdir, yetirlimə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edirəm ki, X3 əməlində İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Lakin inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh xətanın törədildiyi gündən ən geci 3 ay keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. İnzibati xəta haqqında protokola əlavə olunmuş “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həmin qərar xx.xx.2020—ci il tarixdə qəbul edilmişdir. İnzibati xəta haqqında protokol isə baxılmaq üçün məhkəməyə xx.xx.2021-ci il tarixdə , yəni qanunla müəyyən edilmiş müddət keçdikdən sonra göndərilmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.6-cı maddəsində göstərilir ki, bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, X3 barəsində Azərbaycan Respublika İXM-nin 157-ci maddəsi ilə olan inizbati xəta haqqında işin icraatına inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyinə görə xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 38.1, 38.5, 53.0.6, 104.8, 114.2.1, 129.1.1ci-ci maddələrini rəhbər tutub, Qərara aldım: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar