Məhkəmə qərarları › İş №3(051)-155/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-155/2023

13.06.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-155/2023 13.06.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 iştirakı ilə, Barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş X1 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* №-li 16 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayətinə baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış X3 Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati məsuliyyətdən azad edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, o, bir fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur və sahibkar kimi ona vergi xidməti tərəfindən şəhadətnamə verilmişdir (VÖEN № **********). Fəaliyyət göstərdiyi ünvan 1 ünvanda yerləşən obyekt gözəllik salonu kimi işləyir. Başqa fəaliyyətlə məşğul deyil. 2022-ci ilin noyabr ayında Mingəçevir şəhər Polis Şöbəsinin əməkdaşı işlədiyi obyektə gəlib yoxlama aparmışdır. Heç bir qanunsuzluq aşkar edilmədi. Bu yaxınlarda eşitdi ki, Səhiyyə Nazirliyində onun barəsində inzibati xəta haqqında işə baxılıb cərimə olunmağı haqqında qərar qəbul edilmişdir. Bu barədə məlumatsız olduğundan Səhiyyə Nazirliyinə ərizə ilə müraciət edib inzibati xəta haqqında protokolun, qərarın və digər sənədlərin surətlərinin göndərilməsini xahiş etmişdir. Lakin indiyə kimi ərizəsinə cavab verilməmişdir. xx.xx.2023- cü il tarixdə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin dəvəti ilə gedərkən ona məlum oldu ki, o, guya lisenziya olmadan özəl tibb fəaliyyəti göstərdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinə əsasən 2000 manat məbləğində cərimə olunmuşdur. İnzibati tənbeh vermə haqqında MN ******* №-li 16 noyabr 2022-ci il tarixli qərarın surətini həmin gün İcra və Probasiya şöbəsindən almışdır. Cərimə edilməyi barədə qərarı əsassız və qanunsuz hesab edir. Belə ki, inzibati xəta haqqında tərtib olunmuş protokolun surəti ona verilməmiş, barəsində olan inzibati xəta haqqında işə baxılması barədə ona heç bir məlumat verilməmiş, işə baxılarkən iştirakı təmin olunmamış, izahatı alınmamışdır. O, heç bir tibbi fəaliyyətlə məşğul olmur və olmamışdır. Yalnız fərdi sahibkar kimi gözəllik salonu işlədir. Ona rəsmi qaydada heç bir qərar, protokol, bildiriş gəlməmişdir. Hesab edir ki, o, qanunsuz özəl tibbi fəaliyyət göstərmədiyindən inzibati xəta hadisəsi olmamışdır. Odur ki, məhkəmədən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında ******* №-li xx.xx.2022ci il tarixli protokolun və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2000 manat cərimə olunmağı barədə MN ******* №-li 16 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi, inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaq, məhkəmə prosesində iştirakı təmin edilməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə işə, qərarı barəsində şikayət verilmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş üzrə Mingəçevir şəhər məhkəməsinin 3(051)-155/2023 xx.xx.2023-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MN ******* №-li 16 noyabr 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilmiş və material yenidən baxılması üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə göndərilməsi qərara alınmışdır. Bundan sonra qərardan narazı olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər məhkəməsinin 3(051)-155/2023 xx.xx.2023-cü il tarixli qərarından apelyasiya şikayəti vermişdir. Şikayət verildikdən sonra inzibati iş materiallar ilə birlikdə baxılması üçün Şəki Apelyasiya məhkəməsinin cinayət kollegiyasına göndərilmişdir. Şəki Apelyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 3(107)-118/2023 saylı qərarı ilə inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş orqan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 3(051)-155/2023 saylı qərarı ləğv edilmişdir. Məhkəmə, şikayət ərizəsini, inzibati xəta haqqında protokolu, şikayətçinin nümayəndəsinin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, işdə olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 barəsində Mingəçevir ŞPŞ tərəfindən keçirilmiş nəzarət zamanı lizenziya olmadan özəl tibbi fəaliyyətlə məşğul olduğu üçün barəsində Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı haqqında protokol tərtib edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 Azərbaycan Respublikası İXM-in 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan X7 Uçotu haqqında Şəhadətnamədən görünür ki, X3 vergi ödəyicisi kimi qeydiyyatdadır. İşdə olan 09 sentyabr 2022-ci il tarixli tərəflər arasında bağlanan icarə müqaviləsindən görünür ki, X4 onun mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən obyektdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün X2 icarəyə vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsili olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, 16 noyabr 2022-ci il tarixli MN ******* saylı qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, İXM-in 210.1-ci maddəsinə əsasən lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olma inzibati xəta tərkibi yaradır. İş materiallarından və izahatdan da göründüyü kimi X3 icarə müqaviləsi əsasında Gözəllik salonu işlədir. Orada həm bərbərlik, həm də lazer epillyasiya fəaliyyəti ilə məşğuldur. İşdə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli qərarı ilə təsdiq edilmiş 1 nömrəli “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin” siyahısından görünür ki, Özəl tibb fəaliyyəti göstərilən xidmətlər və Özəl tibb fəaliyyəti göstərilən xidmətlərə uyğun görülən işlərin siyahısında lazer epillyasiya fəaliyyəti ilə məşğul olmaq üçün lisenziyanın alınmasına dair hər hansı bənd yoxdur və ya hər hansı qeyd göstərilməmişdir. Həmin Qərarın 2.13.2-ci bəndində kosmetoloji fəaliyyətlə məşğul olmaq üçün müvafiq lisenziyanın tələb olunduğu göstərilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin göstərdiyi Lazer Epillyasiya xidmətinin həmin fəaliyyət növünə aid olduğu əsaslandırılmamışdır. Həmçinin, təhlil olunan işdən bəlli olur ki, X3 2021-ci ildən vergi ödəyicisi olmasına baxmayaraq, sonuncu fiziki şəxs kimi cərimə edilmişdir. (X7 Uçotu haqqında Şəhadətnamədən görünür ki, X3 vergi ödəyicisi kimi qeydiyyatdadır) Halbuki, İXM-in 17-ci maddəsinin qeyd hissəsinə görə Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. Yuxarda qeyd edilənlərə əsasən AR SN tərəfindən şəxs vəzifəli şəxs kimi deyil, məhz fiziki şəxs kimi məsuliyyətə cəlb edilmişdir. Bundan əlavə İXM-in 100.4-cü maddəsinə görə protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. 100.1.7-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Ancaq, təhlil olunan işdən aydın olur ki, protokol tərtib edilərkən, eyni zamanda şəxs barəsində inzibati xəta haqında qərar çıxarılarkən qanunvericiliyin yuxarıda sadalanan normasının tələbləri pozulmuş, bununla da həm protokol tərtib edilərkən, həm də şəxs barəsində inzibati xəta haqında qərar çıxarılarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatları protokola əlavə edilməmiş, qrafalarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin adı qeyd edilsə də, imzasıöz əksini tapmamışdır. Həmiçinin, məhkəmə onu da xatırlatmağı zəruri sayır ki, verilmiş apellyasiya şikayətinə əlavə edilmiş sübut kimi müvafiq video yazının olduğuna istinad edilsə də, iş materiallarında bu viedoyazının mövcudluğu görsənmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, X1 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş 16 noyabr 2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar