Məhkəmə qərarları › İş №3(051)-156/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-156/2022

01.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-156/2022 01.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: X1 iştirakı ilə X1 Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə X1 barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, X3 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 məhkəmə iclası zamanı izahatında göstərdi ki, barəsində olan inzibati iş üzrə cərimələri və dəbbə pullaını ödədiyini nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün X3 inzibati məsuliyyətdən azad edilməli və inzibati xəta haqqında qərarın icrasına xitam verilməlidir. Belə ki, işdə olan 27.09.2021-ci il tarixli AP 199389 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, həmin qərar X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi əsasında tərtib edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 31.08.2021-ci il tarixli EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, həmin qərar X1 barəsində Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi əsasında tərtib edilmiş və o, həmin maddədə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 40 manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan 01.04.2022-ci il tarixli DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, X3 40 manat məbləğində inzibati cərimə edilmiş, həmin cəriməyə 24 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 64 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan 01.04.022-ci il tarixli DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, X3 40 manat məbləğində inzibati cərimə edilmiş, həmin cəriməyə 24 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 64 manat inzibati cəriməsi yaranmışdır. Məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs X3 ümumilikdə 80 manat cərimə, 48 manat dəbbə pulu, cəmi 128 manat məbləğində inzibati cərimə edilməsi barədə qərar qəbul edilsə də, hazırda məhkəməyə təqdim edilmiş sənədlərə görə şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yaranmışdır. Belə ki, işdə olan ödəniş qəbzindən görünür ki, X3 AP 199389 və EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarlarda göstərilən müvafiq cərimələri və dəbbə pullarını, yəni 128 manat məbləğində inzibati cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529-cu maddəsinin qeyd hissəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Həmin Məcəllənin 145.1.4-cü maddəsinə əsasən bu Məcəlləyə əsasən şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yarandıqda inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul etmiş hakim qərarın icrasına xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə inzibati məsuliyyətdən azad edilsin. Azərbaycan Respublikası DİN-in DYPB tərəfindən X1 barəsində çıxarılmış 27.09.2021-ci il tarixli AP 199389 və 31.08.2021-ci il tarixli EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarların icrasına xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar