Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-157/2022 13.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi X3, Mingəçevir şəhər Prokurorluğunun nümayəndəsi-prokuror köməkçisi Tarverdiyev Zaur Nazim oğlu, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Allahverdi oğlunun iştirakı ilə Mingəçevir şəhər prokuroru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 516-1.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər prokuroru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 516-1.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq, material baxılması üçün məhkəməyə göndərilmişdir. Mingəçevir şəhər prokurorunun köməkçisi Tarverdiyev Zaur Nazim oğlu məhkəmə iclasında bildirdi ki, Məmmədov X1 bələdiyyəsinin 14/8 №-li 24 dekabr 2018-ci il tarixli qərarı ilə 01.01.2019-cu il tarixdən Sağ sahil qəbirstanlığında dəfnin məhdudlaşdırılmasına baxmayaraq Mingəçevir bələdiyyəsinin dəfn mərasiminin xidmətləri sahəsinin rəisi kimi həmin qəbirstanlıqda qəbirlərin arasında cərgə formasında 2020 və 2021-ci illərdə vəfat etmiş şəxslərin dəfinlərinin həyata keçirilməsinə icazə vermişdir. Bununla da Şəxs qəbir yerlərinin rezervasiyasını pozaraq İnzibati Xətalar Məcəlləsinin 516-1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 516-1.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirdi ki, 2001-ci ildən Mingəçevir Bələdiyyəsinin dəfn mərasimi şöbəsinin rəisi vəzifəsində işləyir. Onun vəzifəsi dəfnləri təşkil etmək, dəfnlər haqqında hər ay məlumat hazırlayıb bələdiyyəyə təqdim etmək, qəbirstanlığı qoruyub saxlamaqdan ibarətdir. Mingəçevir Bələdiyyəsinin ümumi yığıncağı Mingəçevir şəhəri Sağ sahil qəbistanlığında dəfnin məhdudlaşdırılması, dəfnlə bağlı müraciət edənlərin Az.İES ərazisində salınmış yeni qəbirstanlığa yönəldilməsi, yalnız əvvəldən dəfn olunmuş şəxslərin yaxın qohumlarının qəbrinin yanında dəfninə icazə verilməsi barədə 24 dekabr 2018-ci il tarixli qərar verilmişdir. Az.İES ərazisində qəbirstanlıq üçün sahə ayrılsa da, dəfnlər üçün şərait yaradılmamışdı, həmn sahəyə getmək üçün yol da yoxdur. Ona görə də qərarın icrası mümkün olmamış, sakinlər ölülərini həmin ərazidə dəfn edə bilməmişlər. Qərarın icra olunmamasını, qəbirstanlıq üçün ayrılmış sahədə dəfnlərin təşkil edilməsinin mümkün olmamasını bələdiyyə sədri, bələdiyyə üzvləri də bilirdi. Mingəçevir şəhərində bir neçə qəbirstanlıq var. Hər qəbirstanlıqda yaxın ərazidə yaşamış, vəfat edən adamlar dəfn olunurlar. Hesab edir ki, onun tərəfindən inzibati xətaya yol verilməmişdir. Onu da bildirir ki, Sağ sahil qəbirstanlığında on mindən çox qəbir, hər birinin yaxınlığında da 2-3 boş yer var ki, ümumilikdə həmin qabirstanlıqda 20-25 min boş yer var. Mingəçevir bələdiyyəsinin etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə iclasıda verdiyi izahatında bildirdi ki, Mingəçevir bələdiyyəsinin 14/8 №-li 24 dekabr 2018-ci il tarixli qərarının verilməsində məqsəd dəfnlərin Az.İES ərazisində salınmış qəbirstanlıqda təşkil edilməsi olmuşdur. Lakin qərarın icrası üçün, dəfnlərin təşkili üçün həmin sahədə şərait yaradılmamışdır. Ayrılmış sahəyə adamların öz ölülərini dəfn etmək üçün aparmağa yol da yoxdur, heç bir şərait təşkil edilməmişdir. Ona görə də qərar icrasız qalmışdır. Qərarın icra olunmamasının qeyri-mümkünlüyü barədə Şəxs tərəfindən bələdiyyəyə məlumat verilmişdir. Yəni dəfnlərin Az.İES qəbirstanlığında təşkil olunmamasını bələdiyyə bilirdi. Ancaq ya Az.İES qəbirstanlığında dəfnlər üçün şərait yaradılmamış, ya da qərar ləğv olunmamışdır. Mingəçevir bələdiyyəsinin 06/9 №-li 05 aprel 2022-ci il tarixli qərarı ilə 14/8 №-li 24 dekabr 2018-ci il tarixli qərarı ləğv olunmuş, Sağ sahil qəbirstanlığının boş qalmış yerlərində dəfnlərə icazə verilmişdir. Hesab edir ki, bələdiyyənin “Dəfn mərasimi xidməti” sahəsinin rəisi Şəxs təqsiri yoxdur. Məhkəmə tərfəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İş materiallarından görünür ki, Mingəçevir bələdiyyəsinin dəfn mərasimi xidmətləri sahəsinin rəisi kimi Şəxs barəsində İXM-nin 516-1.3-cü maddəsi ilə inzibati icraat ona görə başlanmışdır ki, Sağ sahil qəbirstanlığında dəfn mərasimlərinin məhdudlaşdırılması barədə Mingəçevr bələdiyyəsi tərəfindən 24 dekabr 2018-ci il tarixli qərar qəbul edilsə də həmin qəbirstanlıqda 2020 və 2021-ci illərdə vəfat etmiş şəxslərin dəfnlərinə icazə verilmiş, bununla da qəbir yerlərinin rezervasiyası tələbləri pozulmuşdur. İşə əlavə edilmiş Mingəçevir bələdiyyəsinin 14/8 №-li 24 dekabr 2018-ci il tarixli qərarında göstərilir ki, 01.01.2019-cu il tarixdən Sağ sahil qəbirstanlığında dəfn məhdudlaşdırılsın, dəfnlə bağlı müraciət edənlər Az.İES ərazisində bələdiyyə tərəfindən salınmış yeni qəbirstanlığa yönəldilsin, yalnız əvvəldən dəfn olunmuş şəxslərin yaxın qohumlarına qəbrin sağ tərəfində yer olarsa dəfn təşkilinə icazə verilsin. Qeyd edilən qərarın verilməsində məqsəd dəfnlərin şəhərin Az.İES ərazisində qəbirstanlıq üçün ayrılmış ərazidə təşkil edilməsi olmuşdur. Qərarda “Az İES ərazisində bələdiyyə tərəfindən salınmış yeni qəbirstanlıq” qeyd edilsə də, nəhkəmə iclasında müəyyən edildi ki, həmin ərazidə yeni qəbirstanlıq salınmamış, yeni qəbirstanlıq üçün torpaq sahəsi ayrılması barədə qərar yoxdur, qəbirstanlıq üçün nəzərdə tutulmuş ərazidə dəfinlərin təşkili üçün şərait yaradılmamış, gediş-gəliş üçün yol yoxdur. Ona görə də qərarın icrası mümkün olmamışdır. Mingəçevir bələdiyyəsi isə qərarın icrası üçün şərait yaratmamışdır. İşə əlavə edilmiş Mingəçevir bələdiyyəsinin ümumi iclasının 06/9 №-li 05 aprel 2022-ci il tarixli qərarından isə görünür ki, Mingəçevi bələdiyyəsinin “Sağ sahil qəbirstanlığında dəfnin məhdudlaşdırılması haqqında 14/8 №-li 24 dekabr 2018-ci il tarixli qərarı”nın ləğv olunması, Sağ sahil qəbirstanlığının boş qalmış yerlərində və dağətəyi hissəsində dəfnlərin təşkilinə icazə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası XM-nin 516-1.3-cü maddəsində qəbir yerlərinin rezervasiyası tələblərinin pozulması, dəfnə icazə verilməyən ərazilərdə dəfnlərin həyata keçirlməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraat başlanılına bilməz, başlanılmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlində İXM-nin 516-1.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-115-ci maddələrini rəhbər tutub Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 516-1.6-cı maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-157/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-157/2022
13.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver