Məhkəmə qərarları › İş №3(051)-157/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-157/2023

24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-157/2023 24.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Mingəçevir şəhər icra və probasiya şöbəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə baxaraq, M ü ə y y ə n e t d i m: Mingəçevir ŞPŞ-nin xx.xx.2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarına əsasən 300 (üç yüz) manat cəriməni ödəmədiyinə görə Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, o, Babaşova Şəlalə Rəsul qızını döyməmişdir. İnzibati protokola əlavə edilmiş MN ******* №-li 01 avqust 2022-ci il tarixli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən də görünür ki, Şəxs döydüyünə görə Babaşova Şəlalə Rəsul qızı İXM-nin 157-ci maddəsinə əsasən 300 manat cərimə olunmuşdur. Lakin İXM-nin 529.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol Şəxs barəsində tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən inzibati protokol düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol geri qaytarılır. Hesab edirəm ki, qeyd edilənlərə əsasən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub, Q ə r a r a a l d ı m: Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar