Məhkəmə qərarları › İş №3(051)-157/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-157/2025

20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-157/2025 20.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X4, borclu Şəxs, zərərçəkmiş şəxs X2 iştirakı ilə xx.xx.1987-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, Mingçevir şəhəri, Koroğlu küçəsi, ev 32, mənzil 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola əsasən inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə borclu Şəxs Şəki Apellyasiya Məhkəməsinin 2(107)-967/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə borcunun ödənilməsi üçün xəbərdarlıq edilməsinə baxmayaraq Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamışdır və icra sənədini icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Proses iştirakçılarının izahatları: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X7 məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-967/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə Şəxs borcunu tam ödəməmiş, nəticədə 8000 manat məbləğində borcu yaranmışdır. Ona görə onun barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, ondan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-967/2023 saylı xx.xx.2023-cü il tarixli icra vərəqəsi üzrə zərərçəkmiş şəxs X3 8000 manat borucunun olmasını bildirərək, maddi imkanı olmadığına görə borcu tam ödəyə bilmədiyini qeyd etdi. Məhkəmə iclası zamını borcundan 6000 manatı tam şəkildə ödəyib, qalan hissəsini hər üç aydan bir 500 manat şəklində ödəyəcəyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən X5 izahatında bildirdi ki, borclu Şəxs borcundan 6000 manat ödəyib, qalanını 3 ay müddətinə 500 manat məbləğində ödəməsinə razıdır və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan sübutlar: Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-ci il tarixdə borclu İsmayılov X1 şəhər İcra və Probasiya Şöbəsinə dəvət edilmiş və izahatı alınmışdır. Şəxs xx.xx.2024-cü il tarixdə “tələbin könüllü icrası haqqında” bildiriş göndərilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsi tərəfindən borclu Şəxs xx.xx.2024-cü il tarixli № e125562/2024-3-14-002 saylı xəbərdarlıq məktubu göndərilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-444/2024 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-698/2024 saylı qərarından görünür ki, Şəxs AR İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 16 gün müddətə inzibati qaydada həbs edilmişdir. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş şəxs X5 məhkəmədə 8000 manat borcdan 6000 manatını borcludan qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. 114.1. İnzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.4. inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında.(...) 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır:114.2.1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda;(...) 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyətə cəlb olunur. 528.1-ci maddənin Qeyd hissəsinə əsasən Bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Məhkəmənin mövqeyi: Tələbkarın və borclunun izahatı, işdə olan sənədlər və digər iş materiallarına əsasən inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilsə də, məhkəmə iclası zamanı borcunu ödəmiş və zərərçəkmiş şəxs bu barədə qəbz vermiş, hazırda məhkəmə tərəfindən müəyyən edilmiş sənədlərə görə işin icraatını rədd edən hallar mövcuddur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 112, 114, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına borclu tərəfindən müvafiq icra sənədi icra edildiyindən xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Şəki Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar