Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-159/2022 18.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1 və 206-cı maddələri ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim : Mingəçevir şəhər PŞ tərəfindən tərtib edilmiş MN ******* №li 17.03.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17.03.2022-ci ildə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Mingo” parkın yaxınlığında narkotik vasitə olan marixuana qəbul etmiş və polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Ona görə də barəsində İXM-nin 535.1 və 206-cı maddələri ilə inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Şəxs izahatında bildirdi ki, Mingəçevir şəhərində yaşayır. O, narkotik vasitədən istifadə etmişdi. 17.03.2022-ci il tarixdə Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən “Mingo” parkın yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq Mingəçevir şəhər polis şöbəsinə dəvət etdilər. Lakin o, polis şöbəsinə getməkdən imtina etmişdir. Sonra polis əməkdaşları o, Mingəçevir şəhər polis şöbəsinə gətirildi və tibbi müayinə zamanı onun narkotik vasitə qəbul etdiyi məlum oldu. Əməlindən peşimandır. Şəxs təqsirli olması özünün etirafı və iş üzrə toplanmış sənədlərlə sübut olunmuşdur. İnzibati materiala əlavə olunmuş 164 №li, 17.03.2022-ci il tarixli tibbi müayinə protokolunda görünür ki, Şəxs müayinə zamanı narkotik vasitə olan marixuana qəbul etməsi aşkar olunmuşdur. İnzibati materiala əlavə olunmuş Gəncə şəhəri Narkoloji Dispanserin 348 №li 18.03.2022-ci il tarixli rəyindən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Azərbaycan Respublikasının İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Toplanmış sübutları məcmu halda araşdırıb, qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1 və 206-cı maddələrinin tərkibi vardır və həmin maddə ilə təqsirli bilinərək ona inzibati tənbeh tətbiq olunmalıdır. İnzibati xəta törədən Şəxs əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən haldır. Məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Şəxs şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edirəm ki, onun barəsində inzibati həbs tətbiq edilməsi İXM-nin 21-ci maddəsində göstərilən inzibati tənbehin məqsədlərini təmin edə bilər. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub, Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və o 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin Həbsə almanın əvvəli tutulduğu vaxtdan, 17.03.2022–ci il tarixdən saat 19:30-dan hesablansın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Şəxs inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Qərarın sürəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-159/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-159/2022
18.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver