Məhkəmə qərarları › İş №3(051)-16/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-16/2022

14.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-16/2022 14.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1978-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi işlə məşğul olan, ailəli, ünvan 1 ünvanda yaşayan Şəxs Məhkəmə Azərbaycan Respublikası İXM-in 442-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 26.12.2021-ci il tarixdə saat 14:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospektində yerləşən Kolxoz bazarının qarşısında qırmızı rəngdə “Changan” markalı ** HL *** dövlət qeydiyyat nişanlı avtomobilin yük hissəsindən protexniki vasitələrin alqı-satqısı ilə məşğul olarkən aşkar edilmişdir. Ona görə də onun barəsində 26.12.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Eləcə də, Şəxs 30.12.2021-ci il tarixdə satılması qadağan olan protexniki vasitələri Mingəçevir şəhər mərkəzi bazarı yaxınlığında satmışdır. Ona görə də onun barəsində 30.12.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən törədilmiş inzibati xətaya dair işlərə eyni vaxtda baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair 02.09.2020-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə görə, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin orqan Məcəllənin 34.2-ci maddəsinə müvafiq olaraq bu xətalara dair işlərə eyni vaxtda baxmalıdır. Odur ki, icraatda olan 3(051)-15/2022 və 3(051)-16/2022 saylı inzibati işlər birləşdirilməli, işə 3(051)-15/2022 nömrə ilə vahid nömrə verilməli və həmin işlərə eyni vaxtda baxılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 34.2-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində tərtib edilmiş 26.12.2021-ci il tarixli MN ******* saylı və 30.12.2021-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokollar üzrə 3(051)-15/2022 və 3(051)-16/2022 saylı inzibati işlər 3(051)-15/2022 nömrə ilə qeydiyyata alınsın və həmin işlərə eyni vaxtda baxılsın. HAKİM: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar