Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-160/2025 21.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Mingəçevir Şəhər Prokurorluğunun nümayəndəsi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında qərar qəbul edilmiş şəxs Şəxs iştirakı ilə xx.xx.1967-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 157–ci maddəsi ilə barəsində Mingəçevir şəhər prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərara inzibati xəta haqqında iş üzrə icraatda, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Mingəçevir şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarına görə İsmayılova X1 Şəhər Məhkəməsində xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sillə vuraraq sonuncuya qəsdən fiziki ağrı yetirmiş, bununla da Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Məhkəmə iclası zamanı inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Mingəçevir şəhər prokurorunun nümayəndəsi X4 öz izahatında göstərdi ki, İsmayılova X1 Şəhər Məhkəməsində xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı iş üzrə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sillə vuraraq sonuncuya qəsdən fiziki ağrı yetirmiş, qeyd olunan əməl xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokol və izahatlarla öz təsdiqini tapmış və Şəxs Azərbaycan Respublikası İXM-in 157-ci maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Mingəçevir şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı ilə onun barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı inzibati xəta törətmiş şəxs Şəxs izahatında göstərdi ki, Zərərçəkmiş şəxs şəhər sakini Məmmədov Rasim adlı şəxs vasitəsilə tanımış, lakin onunla heç bir şəxsi münasibəti olmamışdır. xx.xx.2025-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsində keçirilən məhkəmə baxışı zamanı ifadə verərkən Zərərçəkmiş şəxs həqiqəti əks etdirməyən ifadələr işlətdiyi üçün əsəbiləşmiş və ona qarşı kobud ifadələr işlədərək onu yalnız itələdiyini, sillə vurmadığını bildirmişdir. Etdiyi əməldən səmimi peşman olduğunu bildirərək, məhkəmədən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şəxs dostu Rasim Məmmədov vasitəsilə tanımışdır. Onun və X3 cinayət işi ilə bağlı olaraq xx.xx.2025-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsində keçirilən məhkəmə baxışı zamanı Şəxs ifadə verdiyi zaman hakimdən söz demək üçün icazə istədiyi vaxt ona qarşı dönüb nalayiq ifadələr işlətmiş və sağ əli ilə üz nahiyyəsinə sillə vurmuşdur. Şəxs onu vurmasından şikayətçi olduğunu bildirərək, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını, işə əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki inzibati xəta haqqında işin icraatına əməldə cinayət tərkibinin əlamətləri olması səbəbindən xitam verilərək iş yenidən araşdırılması üçün prokurorluq orqanına geri qaytarılmalıdır. İşdə olan sübutlar: Mingəçevir şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Şəxs barəsində AR İXM-in 157ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. xx.xx.2025-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskə baxış zamanı diskin içərində 1-42-2025 adlı, MKV tipli fayl aşkar edildi. Həmin videogörüntülərə daxil olduqda 01:23:59 müddətlik Zərərçəkmiş şəxs və X3 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi üzrə xx.xx.2025-ci il tarixli məhkəmə baxışının əks olunduğu videogörüntü açıldı. Həmin videogörüntünün 29:07 dəqiqəsində Şəxs çıxışı zamanı arxa tərəfində əyləşən Zərərçəkmiş şəxs tərəf çevrilərək sağ əli ilə sol üz nahiyyəsindən sillə vurması müşahidə olundu. xx.xx.2025-ci il tarixli Zərərçəkmiş şəxs Mingəçevir Şəhər Prokurorluğuna vermiş olduğu izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı Şəxs səs-küy salaraq kobud ifadələr işlədib onun üz nahiyyəsindən sillə ilə vurmuşdur. xx.xx.2025-ci il tarixli Şəxs Mingəçevir Şəhər Prokurorluğuna vermiş olduğu izahatdan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə baxışı zamanı o, Zərərçəkmiş şəxs kobud ifadələr işlədərək, onu itələmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 12.2. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar aşağıdakı hallarda çıxarılır: 114.2.3. inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə; (...)
157. Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 14.1. Bu Məcəllə ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. 289.1. Məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə— beş yüz manatdan min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən 7.0.18. cinayət prosesinin iştirakçıları — təhqiqatçı, müstəntiq, prokuror, habelə zərər çəkmiş şəxs, xüsusi ittihamçı, mülki iddiaçı, onların qanuni nümayəndələri və nümayəndələri, şübhəli və ya təqsirləndirilən şəxs, onların qanuni nümayəndələri, müdafiəçi, barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi, mülki cavabdeh, onun qanuni nümayəndəsi və ya nümayəndəsidir; Məhkəmənin mövqeyi: İşə əlavə edilmiş 01:23:59 müddətlik Zərərçəkmiş şəxs və X3 AR CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair ********* saylı cinayət işi üzrə xx.xx.2025-ci il tarixli məhkəmə baxışının əks olunduğu videogörüntünün 29:07 dəqiqəsində Şəxs çıxışı zamanı arxa tərəfində əyləşən Zərərçəkmiş şəxs tərəf çevrilərək sağ əli ilə sol üz nahiyyəsindən sillə vurması və söyməsi müşahidə olunur. Şəxs məhkəmə iclasında təqsirləndirilən şəxsi söyməklə və vurmaqla məhkəmə iclasında əsəbi gərginliyə səbəb olmuş, məhkəmə araşdırmasının obyektiv araşdırılmasına mane olmuş, sübutların təqdimində və tədqiqində tərəflərin bərabərlik hüququnu pozmuş, məhkəmənin nüfuzuna xələl gətirmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə baxışı zamanı təhqir konkret şəxsə və ya şəxslərə yönəlmiş hərəkətlərdə (söymə, başqalarının gözü qarşısında yamsılama, ələ salma, sağlamlığa zərər yetirmək məqsədi güdmədən vurma və sair) ifadə oluna bilər. Qeyd olunanlara əsasən Şəxs əməlində cinayət əlamətləri aşkar edildiyindən onun barəsində “inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qəbul edilmiş qərar üzrə icraata xitam verilməli və material prokurora geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3, 12, 85, 114.2-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157–ci maddəsi ilə başlanmış icraata əməldə cinayət əlamətləri aşkar edildiyindən xitam verilsin. İş üzrə materiallar yenidən araşdırılması üçün Mingəçevir Şəhər Prokurorluğuna geri qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər.
Sədrlik edən Güləndam Quliyeva