Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-161/2021 18.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Musayeva Günel Şövkət qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Yevlax rayonu Mironabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, ünvan 1 mənzil 73 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim : Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş Şəxs barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə ərzaq mağazasına getmək məqsədilə icazə almaq üçün özünə məxsus mobil telefonla sms göndərdi. Telefona gələn sms-də 3 saat müddətinə yaşayış yerini tərk edəcəyini bildirildi. Mağazaya gedəndə polis əməkdaşları onu saxlayaraq icazə sənədi olmadan küçəyə çıxmaqla karantin rejim qaydalarını pozduğunu bildirmişlər. Sonra məlum oldu ki, sms icazə alanda texniki səhvə yol vermişdir. Belə ki, şəxsiyyət vəsiqəsinin nömrəsi 04618737 əvəzinə 0******* yazılmışdır, yəni şəxsiyyət vəsiqəsinin nömrəsinin 3-cü rəqəmi olan 7 əvəzinə 6 yazmışdır. Dərhal yenidən sms göndərib, icazə almışdır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatını dinləyib, təqdim edilmiş sübutları araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs xx.xx.2021-ci ildə müəyyən edilmiş qaydada 3 saat müddətində yaşayış yerini tərk etməyə sms-lə icazə almışdır. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım : Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-161/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-161/2021
18.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver