Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-161/2025 18.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Mingəçevir Şəhər Prokurorluğunun nümayəndəsi: Mingəçevir Şəhər Prokurorunun köməçisi X1 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx.xx.1975-ci il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə barəsində Mingəçevir şəhər prokuroru tərəfindən inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərara inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs "BCC Group” QSC-də SƏTƏM üzrə məsləhətçi vəzifəsində işləyərkən, xx.xx.2024-cü il tarixdə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi tikintidə təhlükəsizlik texnikası qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan "xxxx" QSC-də boru quraşdırıcısı vəzifəsini icra edən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmuşdur. Bununla da o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərar qəbul etmiş Mingəçevir Şəhər Prokurorluğunun nümayəndəsi iştirak etdiyi məhkəmə iclası zamanı göstərmişdir ki, Şəxs "xxxx" QSC-də Sətəm üzrə məsləhətçi vəzifəsində işləyərkən xx.xx.2024-cü il tarixdə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi tikintidə təhlükəsizlik texnikası qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan "xxxx" QSC-də boru quraşdırıcı vəzifəsini icra edən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurulmuş, bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə müəyyən edilmiş inzibati xətanı törətmişdir. Mingəçevir şəhər prokurorluğunda araşdırma aparılmış və Şəxs əməlində Azərbaycan Respuğlikası CM-nin 162-ci maddəsinində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətləri mövcud olmadığından cinayət işinin başlanması xx.xx.2025-ci il tarixdə rədd edilmişdir. Mingəçevir şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarı ilə onun barəsində İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Odur ki, göstərilənləri nəzərə alaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı izahatında göstərdi ki, 2023-cü ilin mart ayından etibarən "xxxx" QSC-də Sətəm üzrə məsləhətçi vəzifəsində işləmişdir. 14 noyabr 2024-cü il tarixdə işə başlamazdan əvvəl digər işçilər kimi Zərərçəkmiş şəxs da tərcüməçinin vasitəsilə boru quraşdırıcısı kimi görüləcək işlərlə bağlı iş öncəsi qısa təlimat keçirilmiş və sonuncu digər işçilərlə birlikdə qısa təlimatın qeydiyyatı vərəqəsində imzası ilə təsdiq edilmişdir. Qeyd olunan tarixdə Zərərçəkmiş şəxs xəsarət almasının faktiki şahidi olmasa da, bildiyinə görə sonuncu tikintisi aparılan qazan 3-də boru quraşdırıcısı kimi boruları qaynaq edərkən həmin boruları yüksəkliyə qaldırmaq üçün zəncirli talla borunu bağlayaraq talı tavandan asmış, daha sonra zəncirlə borunu yuxarıya qaldırmaq istədikdə həmin zəncirli talı düzgün şəkildə asmadığına görə tal qırılaraq sağ əlinə düşmüşdür. Hazırda əməlindən peşimandır. Odur ki, məhkəmədən izahatında göstərdiyi halları nəzərə alaraq qərar çıxarılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş Mingəçevir şəhər prokurorluğunun xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərarından görünür ki, Şəxs barəsində İXM-in 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış 174/C-24 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 198.3-cü maddəsi ilə inzibati icraat başlanması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Mingəçevir şəhər prokuroru qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 617 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər: sağ əlin 3-4-cü barmaqlarının dırqan falanqalarının əzilmiş yaraları, 3-cü barmağın distal falanqa sümüyünün açıq sınığı, bərk küt əşyanın (alətlərin) təsirindən, qərarda göstərilən şəraitdə, yəni barmaqlar üzərinə dəmir predmetin düşməsi nəticəsində əmələ gələ bilərdilər, yetirilmə müddətləri qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğundurlar. Ağırlıq dərəcələrinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan sağlamlığa az ağır zərərvurmaya aiddirlər. Məhkəmə-mühəndis texniki ekspertizasının xx.xx.2025-ci il tarixli, 10/9309 nömrəli rəyində göstərilmişdir ki, baş vermiş hadisə ilə əlaqədar, "Əl qaldırıcıları və yükün asma yol ilə hərəkət etdirilməsi üçün mexanizm” “Ümumi texniki şərtləri” DÜST 28408-89 “Dövlətlərarası standart”ın 6.4-cü bəndinin və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.19-cu bəndinin “j” abzasının tələbi pozulmuşdur. İşə başlamazdan əvvəl əl qaldırıcısı olan zəncirli talın nominal yük qabiliyyətindən 25 % çəkidə yükün 200-300 mm hündürlüyə qaldırılmaqla talın sınağını keçirtmədən yük qaldırma işini apardığına, həmçinin yük qaldırma işini icra edərkən asılmış talın alt hissəsində dayandığna görə “Əl qaldırıcıları və yükün asma yol ilə hərəkət etdirilməsi üçün mexanizm “Ümumi texniki şərtləri" DÜST 28408-89 “Dövlətlərarası standard”ın 6.4-cü bəndinin və “Yükqaldırıcı kranların quruluşu və təhlükəsizlik istismarı qaydaları”nın 9.5.19cü bəndinin “j” abzasının tələbi həmin işləri icra etmiş işçi Zərərçəkmiş şəxs özü tərəfindən pozulmuşdur. İşçi Zərərçəkmiş şəxs zəncirli taldan istifadə etməklə yük qaldırma işini icra edərkən onun asılmış talın alt hissəsində dayanaraq işləməsinə yol verildiyinə görə, “Yükqaldırıcı kranların quruluşu və təhlükəsiz istismarı qaydaları”nın 9.5.19-cu bəndinin ”j” abzasının tələbi sexdə həmin işlərin təhlükəsiz aparılmasına cavabdeh olan şəxs(-lər) tərəfindən pozulmuşdur. Müəyyən edilmiş pozuntularla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmaması hüquqi xarakterli məsələ olmaqla ekspert səlahiyyətindən kənardır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən "xxxx" QSC ilə işçi Şəxs arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsinin əsası: 70.b, işçilərin sayı və ya ştatları ixtisar edildikdə Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə qərara inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin izahatlarını, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs "BCC Group” QSC-də SƏTƏM üzrə məsləhətçi vəzifəsində işləyərkən xx.xx.2024-cü il tarixdə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi tikintidə təhlükəsizlik texnikası qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan "xxxx" QSC-də boru quraşdırıcısı vəzifəsini icra edən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması, işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələblərinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, Şəxs əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Onun əməlində məsuliyyəti ağırlaşdıran hal müəyyən edilmədi. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların mövcudluğunu, ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 1500 (min beş yüz) manat miqdarında inzibati cərimə edilsin. Qərarın icrası Bakı Şəhəri Səbail Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-161/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-161/2025
18.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver