Məhkəmə qərarları › İş №3(051)-162/2021

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-162/2021

14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-162/2021 14.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi Musayeva Günel Şövkət qızı, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X2, zərərçəkmiş şəxslər X6 və onun qanuni nümayəndəsi X5 iştirakı ilə, xx.xx.1971-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli, ünvan 1 mənzil 58 ünvanda yaşayan X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər polis şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı protokoldan görünür ki, X7 xx.xx.2020-ci il tarixdə saat 16:00 radalərində Mingəçevir şəhəri H.Əliyev prospekti 82/24 №li binanın qarşısında aralarında yaranmış mübahisə zamanı X8 və onun azyaşlı qızı X4 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə yaşadıqları Mingəçevir şəhəri H.Əliyev prospekti 82/24 №li binanın qarşısında qonşusu X9 ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Ə.Sadıqovanı və onun azyaşlı qızı Mənsuməni əli ilə vurmuşdur. Əməlindən peşimandır. Zərərçəkmiş şəxslər X6 və X9 ilə barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs, eləcə də digər zərərçəkmiş şəxs X3 qanuni nümayəndəsi X9 izahatında bildirdi ki, Mingəçevir şəhəri H.Əliyev prospekti 82/24 evdə yaşayır. Qonşusu Şəxs ilə aralarında mübahisə yaranmış, mübahisə zamanı Şəxs onu və qızı Mənsuməni vurmuşdur. X1 ilə barışdıqları üçün işin icraatına xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 697 №li rəyində göstərilir ki, X5 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-sağ baldırında qançır və sol baldırında sıyrıq küt əşyanın (alətin-lərin) təsirindən əmələ bilərdi, yetirlimə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 698 №li rəyində göstərilir ki, X3 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-sol budunda qançırlar, küt əşyanın (alətin-lərin) təsirindən əmələ bilərdi, yetirlimə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Zərərçəkmişin şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini, X2 əməlindən peşiman olmasını nəzərə alaraq hesab edirəm ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 39-cu maddəsində göstərilir ki, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda iş üzrə icraata xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130cu maddələrini rəhbər tutub, Qərara aldım: X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar