Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-163/2021 14.01.2021 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Məhkəmə iclas katibi Musayeva Günel Şövkət qızı, Brəsində inizbati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X1 və onun qanuni nümayəndəsi X2 iştirakı ilə, xx.xx.1994-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 82/24,mənzil 11A yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Mingəçevir şəhər polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən etdim: Mingəçevir şəhər polis şöbəsi tərəfindən tərtib olunmuş MN № ******* saylı protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 82/24 №li binanın qarşısında yaranmış mübahisə zamanı X3 döymüşdür. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2020-ci il tarixdə saat 16:00 radələrində yaşadıqları Mingəçevir şəhəri H.Əliyev prospekti 82/24 №li binanın qarşısında mübahisə yaranmışdır. Mübahisə zamanı qonşusu Hüseyn Sadıqovu əli ilə vurmuşdur. Əməlindən peşimandır. Zərərçəkmiş şəxs X4 ilə barışdıqları üçün iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X1 qanuni nümayəndəsi X5 məhkəmə iclasnda izahatında bildrdi ki, xx.xx.2020-ci il tarixdə təxminən saat 16:00 radələrində Mingəçevir şəhəri H.Əliyev prospekti 82/24 №li binanın qarşısında qonşusu Şəxs ilə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs onun oğlu Hüseyn Sadıqovu vurmuşdur. Şəxs ilə barışmışlar, ondan heç bir şikayəti və tələbləri yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş edir. İşə əlavə olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2020-ci il tarixli 688 № li rəyində göstərilir ki, X1 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər-sol dirçsək oynağında, sol budunda sıyrıqlar və sağ budunda qançır küt əşyanın (alətin) təsirindən əmələ gələ bilərdilər, yetirlimə müddəti qərarda göstərilən xx.xx.2020-ci il tarixə uyğundurlar, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin olunmur. Zərərçəkmiş şəxsin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin ərizələrini, Şəxs əməlindən peşiman olmasını nəzərə alaraq hesab edirəm ki, onlar barışdıqları üçün iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 53.0.9-cu maddəsində göstərilir ki, bu Məcəllənin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutub Qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-163/2021
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-163/2021
14.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver