Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-164/2022 06.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İcra və probasiya şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştiraki ilə, xx.xx.1990-cı ildə Yevlax rayonu Gülövşə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq Müəyyən e t d i m: Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1474/2017 №li 12.10.2021-ci il tarixli icra sənədi üzrə 500 manat pulu ödəmədiyinə görə Şəxs barəsində Mingəçevir şəhər icra və probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1474/2017 №li 12.10.2021-ci il tarixli icra sənədinə əsasən ondan 500 manat alınıb Zərərçəkmiş şəxs verilməlidir. Lakin maddi imkanı olmadığına görə borcunu bir dəfədə ödəyə bilmir. Heç bir yerdə işləmir, himayəsində 3 azyaşlı övladı var. Elə bir əmlakı da yoxdur ki, satıb borcunu ödəsin. O, icra sənədini icra etməkdən, icra məmurunun qanuni tələblərini yerinə yetirməkdən boyun qaçırmamışdır. İcra sənədi üzrə olan pulu az məbləğdə hissə-hissə ödəyə bilər. Zərərçəkmiş şəxs məhkəmə iclasında izahatında bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 12.10.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 500 manat alınıb ona verilməlidir. Lakin Şəxs icra sənədini icra etməkdən boyun qaçırır. Həmin pulun tam şəkildə Şəxs alınıb ona verilməsini xahiş edir. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X1 məhkəmə iclasında bildirdi ki, Şəki Apellyasiya Məhkəməsinin 2(107)-1474/2017 №li 12.10.2021-ci il tarixli icra sənədinə əsasən Şəxs 500 manat alınıb tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Lakin Şəxs borcundan ödəniş etməmişdir. Ona görə də barəsində inzibati protokol tərtib edilmişdir. Onu da bildirir ki, Şəxs mülkiyyətində icra sənədinin icrasının yönəldilməsi üçün hər hansı əmlakı olması müəyyən edilməmişdir, iş yeri yoxdur. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinin mənasına görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət yaranır. Lakin məhkəmə iclasında Şəxs icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsi müəyyən edilmədi. Müəyyən edildi ki, Şəxs borcunu maddi imkanı olmadığına görə tam ödəyə bilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 109.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. İş üzrə toplanmış sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 128- 130-ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs əməlində inzibati xətanın tərkibi olmadığına görə barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın sürəti rəsmi qaydada verdiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-164/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-164/2022
06.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver