Məhkəmə qərarları › İş №3(051)-165/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-165/2020

19.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-165/2020 19.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Mirzəliyev Hüseyn Seyfulla oğlu, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi və Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ATSC-nin X5 Məmulatları filialının direktoru X4 və Əmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsinin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Şəxs ATSC-nin X5 Məmulatları filialı barəsində Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 469.2-ci maddəsi iləƏmək və X3 Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Mingəçevir regional ərazi şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən etdim: Şəxs ATSC-nin X5 Məmulatları filialının barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Mingəçevir şəhər məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, X2 xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqatı aparılarkən Şəxs ATSC-nin Mingəçevir Dəmir-Beton Məmulatları filialı tərəfindən işçinin istehsalatda bədbəxt hadisə və peşə xəstəliyi nəticəsində peşə əmək qabiliyyətini itirilməsi hallarından icbari sığorta olunmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxs Şəxs ATSC-nin X5 Məmulatları filialının direktoru X4 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci ildə beton hazırlanma qurğusunda hazırlıq isləri aparan zaman operator Əsədov İmran və Murzəyev Sahib yol verdikləri səhlənkarlıq nəticəsində Mirzəyev Sahib ayağından sınıq xəsarəti almışdır. Dərhal zavodrəhbərliyi tərəfindən bütün lazımi tədbirlər görülmüş, xəstəxanaya aparılmış və həmin saat hadisəni tədqiqat etmək üçün Şəhər Prokurorluğuna və Dövlət Əmək Müfəttişliyi Xidmətinə məlumat verimişdir. Bu xidmət sahələrinin birgə apardıqları tədqiqat nəticəsində zavodda işçilərin təhlükəsiz iş şəraitinin yaradılması və bütün lazımi sənədləşmə işlərinin qanuni şəkildə aparıldığı üçün bütün işçilərin əlavə olaraq bir daha növbədənkənar yenidən texniki şərtlərlə tanış edilməsi tövsiyyə olundu və bu işə xitam verildi. Əlavə olaraq zavodda 300 nələr qaçqın və köçkün yaşayır ki, işçilərin də əksəriyyətini onlar təşkil edir. Lakin 2 ildir kirespublikada yaranmış vəziyyət zavodun istehsal etdiyi məhsula sifarişin respublikada yaranmış vəziyyət zavodun istehsal etdiyi məhsula sifarişin azalması nəzərə alaraq bütün işçilər 4 saatlıq iş rejiminə keçib və respublikada nəzərdə tutulmuş 250 manat minimal maaşla təmin olunmadığı üçün və az miqdarda da olsa, əmək haqqlarını vaxtında verə bilmədiklərinə görə Azərbaycan Respublikasının Prezidentinə və İqtisadiyyat Nazirliyinə müraciət olunub və respublika rəhbərliyinin göstərişi ilə İqtisadiyyat Nazirliyindən zavoda gəlmiş yoxlama onlaın haqlı olduğunu təsdiq etdilər. 2 aydır ki, əməkhaqqının ödənilməsinə köməklik göstərilib. Eyni zamanda möhtərəm Prezidentin hər gün təkrarən tələb etdiyi kimi bir nəfər işçidə işdən təxris olunmamışdır. Hər şeydən əvvəl zavoda məskunlaşan məcburi köçkünlərin həyat şəraitini normal saxlamaq ancaq onlardan asılıdır. Qeyd edilələnləri nəzərə alaraq bildirir ki, onun əməlində inzibati xətanın tərkibi yoxdur. Buna görə də barəsində qanuni qərarın qəbul olunmasını xahiş edir. Aşağıdakılara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Çünki, daxil olmuş inzibati xəta haqqında material araşdırılarkən müəyyən olunmuşdur ki, inzibati xəta haqqında protokol natamam tərtib olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsinin tələbinə görə, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşəəmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görəfiziki şəxslər beş yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər beş min manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Şəxs ATSC barəsində tərtib edilmiş xx xxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda sadalanan xüsusatlarla bağlı təqdim olunmuş protokol natamam olduğuna görə həmin material onu tərtib etmiş vəzifəli şəxsə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs ATSC-nin X5 Məmulatları Filialı barəsində Azərbaycan Respublikası İXM-nin 469.2-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol onu tərtib etmiş vəzifəli şəxsə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən sonra 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya məhkəməsinə şikayət vermək olar. HAKİM Hüseyn Mirzəliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar