Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-165/2022 29.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru Hacıməmmədov Sənan Mülkağa oğlunun Borclu Şəxs X1 və X5 iştirakı ilə, Şəxs barəsində Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Həmzəyev X2 Şəhər Məhkəməsinin 11.01.2022-ci il tarixli qanuni qüvvəyə minmiş icra sənədinin icrası ilə əlaqədar Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, icra vərəqəsinin tələblərinə məhəl qoymayaraq icra sənədinin icrasından boyun qaçırmışdır. İnzibati xəta haqqında material öyrənilərkən müəyyən olunmuşdur ki, İXM-in 100-cü maddəsində inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə dair zəruri tələblər göstərilmişdir. İcra haqqında Azərbaycan Respublikası qanununun 12.1-ci maddəsinə əsasən bu qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İşdə olan icra orqanı tərəfindən 10.03.2022-ci il tarixində borclu Şəxs göndərilmiş tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya məlumat verildikdən sonra icra orqanı tərəfindən lazımi hərəkətlər tam yerinə yetirilməmişdir. Lakin iş materiallarından da görünür ki, icra məmuru zəruri icra hərəkətlərini həyata keçirtmədən, 8 iş günündən sonra məhkəməyə təqdimatla müraciət etmişdir. Məhkəmə hesab edir ki, icra orqanı tərəfindən qanunla göstərilən müddət ərzində işin lazımi qaydada araşdırılmaması işin səti aparılmasına şübhələr doğurur və onun natamamlığına dəlalət edir. Azərbaycan Respublikası İXM-in 109.1.6-cı maddəsində qeyd edilmişdir ki, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, hakim inzibati xəta haqqında protokolu və ya digər sənədləri onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarır. Məhkəmə hesab edir ki, qeyd olunan nöqsanların mövcudluğu şəraitində işə baxılması mümkün deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, natamam tərtib olunduğuna görə inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu məhkəməyə göndərmiş səlahiyyətli orqana geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48–51, 114, 128–130–cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 29 mart 2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. HAKİM: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-165/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-165/2022
29.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver