Məhkəmə qərarları › İş №3(051)-165/2023

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-165/2023

15.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-165/2023 15.02.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İcra və probasiya şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Yevlax rayon, Balçılı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında materiala baxaraq M ü ə y y ə n e t d i m: Yevlax rayon Məhkəməsinin 2(039)-1112/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə yaranmış 2658 manat aliment borcunu ödəmədiyinə, qərarın icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməməsinə görə Şəxs barəsində Mingəçevir şəhər İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Yevlax rayon Məhkəməsinin 2(039)-1112/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən ondan 02 iyun 2016-cı il təvəllüdlü X3 və 17 noyabr 2017-ci il təvəllüdlü X1 üçün müvəqqəti, yəni 03 may 2021-ci il tarixdən başlayaraq və iş üzrə yekun məhkəmə qətnaməsi qəbul edilənədək, hər ay hər bir uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq X5 ödənilməlidir. Qeyd edilən qətnamədən apelyasiya şikayəti vermiş, alimentin miqdarı hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat müəyyən edilmişdir. Barəsində tərtib edilmiş MN ******* №-li xx.xx.2022-ci il tarixli protokolda isə aliment borcu artıq ləğv edilmiş Yevlax Rayon Məhkəməsinin qətnaməsinə əsasən hesablanmışdır. Belə ki, aliment borcu hər ay hər uşağa görə 100 manat deyil, 120 manat məbləğində hesablanmışdır. Mingəçevir şəhər icra və probasiya şöbəsinin icra məmuru X4 məhkəmə iclasında həqiqətən də MN ******* №-li xx.xx.2022-ci il tarixli protokolda göstərilmiş 2658 manat aliment borcunun Yevlax rayon Məhkəməsinin 2(039)-1112/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən hesablandığını bildirdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında Yevlax rayon Məhkəməsinin 2(039)-1112/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verməsinə, alimentin miqdarının hər ay hər uşağa görə 100 manat, cəmi 200 manat müəyyən edilməsinə baxmayaraq barəsində tərtib edilmiş MN ******* №-li xx.xx.2022-ci il tarixli protokolda aliment borcunun artıq ləğv edilmiş Yevlax Rayon Məhkəməsinin 2(039)-1112/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, hər ay hər uşağa görə 100 manat deyil, 120 manat məbləğində hesablandığını bildirsə də bunlarla əlaqədar hər hansı bir sənəd materiala əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda inzibati xəta haqqında protokolun geri qaytarılması haqında qərar qəbul edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub Qəraraaldım: Mingəçevir şəhər İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol geri qaytarılsın. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar