Məhkəmə qərarları › İş №3(051)-167/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-167/2022

14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-167/2022 14.04.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızı Məhkəmə iclas katibi X1 iştirakı ilə, xx.xx.1986-cı ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi Mingəçevir şəhər DYPB-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq Müəyyən e t d i m: Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh etmə haqqında 12.11.2021-ci il tarixli qərarın qüvvəyə mindiyi gündən 3 ay müddətində icra etmədiyinə görə barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə vəsatət vermiş Şəxs məlumat verilmiş, lakin o, məhkəməyə gəlməmişdir. Şəxs məhkəməyə vəsatət göndərərək bildirmişdir ki, 12.11.2021-ci il tarixdə İXM-nin 327.2-ci maddəsi ilə 60 manat cərimə olunmuşdur. Hazırda cəriməni ödəmişdir. Barəsində tərtib olunmuş protokola xitam verilməsini xahiş edir. İşdə olan sənədləri araşdırıb, sübutlara qiymət verərək hesab edirəm ki, Şəxs tərəfindən inzibati cərimə ödənildiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. İşə əlavə edilmiş Şəxs barəsində olan 12.11.2021-ci il tarixli inzibati xəta haqqında qərarın surətindən görünür ki, o, Azərbaycan Resbublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 60 manat inzibati cərimə olunmuşdur. Şəxs vəsatətinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, o, 60 manat cərimə və 36 manat dəbbə pulunu, cəmi 96 manat pul ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin qeydində göstərilmişdir ki, 529.3-cü maddəsi ilə inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114-cü maddələrini rəhbər tutaraq Qərara aldım: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə məhkəməyə verilmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar