Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-167/2024 18.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi ilə Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər Məhkəməsinə Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokola görə, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəməyə göndərdiyi ərizəsini belə əsaslandırmışdır ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol tam olaraq qanuna əsassız və ədalətsizdir. Belə ki, barəsində xx.xx.2023-cü il tarixdə EQ 17758754 saylı inzibati qərar tərtib olunmuşdur. Qanunvericiliyə əsasən o, həmin qərardan Mingəçevir Şəhər Məhkəməsinə şikayət etmiş və həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 3(051)- 28/2024 saylı qərarı ilə əməlində inzibati xəta tərkibi olmadığına görə həmin qərar ləğv edilərək inzibati xəta haqqında icraata xitam verilmiş və icra edilməsi üçün xx.xx.2024-cü il tarixdə Mingəçevir Şəhər Polis Şöbəsinə göndərilmişdir. Lakin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(051)-28/2024 saylı qərarı icra olunmamış, hələ bu azmış kimi barəsində xx.xx.2023-cü il tarixdə EQ 17758754 saylı inzibati qərarı guya icra etmədiyinə görə AR İXM-nin 529.3-cü maddəsi ilə sürücülük hüququnun məhdudlaşdırılması üçün protokol tərtib olunmuşdur. Qanuni qüvvəsini almış məhkəmə qərarının icrası bütün fiziki və hüquqi şəxslər, dövlət orqanları və yerli özünü idarə etmə orqanları üçün məcburidir. Bundan əlavə xitam olunmuş qərara görə yenidən inzibati məsuliyyətə cəlb olunmaq açıq aşkar qanun pozuntusundan, vətəndaşın konstitusion hüquqlarının pozulmasından başqa bir şey deyildir. Odur ki, barəsində heç bir qanuni əsası olmadan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib olunmuş İXP6017626 saylı inzibati xəta haqqında protokola və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Protokolu tərtib etmiş vəzifəli şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, inzibati xəta haqqında iş üzrə qərarın icrasını qeyri-mümkün edən hallar mövcud olduğu üçün Şəxs inzibati məsuliyyətdən azad edilməlidir. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli DİN-in DYP WEB Portalından çıxarışdan görünür ki, Şəxs Azərbaycan Respublikası İXM-in 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün xx.xx.2023-cü il tarixdə 50 manat məbləğində inzibati cərimə edilmiş, həmin cəriməyə 25.5 manat dəbbə pulu əlavə olunmuş və nəticədə onun ödənilməmiş 75.5 manat inzibati cəriməsi yaranmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etmədiyindən barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə protokol tərtib edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-28/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 17758754 nömrəli inzibati tənbeh vermə haqqında qərarı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığına görə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, inzibati xəta törətmiş şəxs Şəxs inzibati cərimə edilməsi barədə qərar qəbul edilsə də, hazırda məhkəməyə təqdim edilmiş sənədlərə görə hal-hazır ki, iş üzrə inzibati xəta haqqında icraatı rədd edən hallar mövcuddur. Belə ki, iş materiallarına əlavə edilmiş Mingəçevir Şəhər Məhkəməsinin 3(051)-28/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati cərimə edilməsinə dair Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ 17758754 nömrəli inzibati tənbeh vermə haqqında qərarı şəxsin əməlində inzibati xəta tərkibinin olmadığına görə ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati protokol tərtib edilməsinə əsas olan xx.xx.2023-cü il tarixli EQ 17758754 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv olunduğu üçün hal-hazır ki, iş üzrə inzibati xəta haqqında icraatı rədd edən hallar mövcuddur və Azərbaycan Respublikası İXM-in 53.1.7-ci maddəsinə əsasən Şəxs barəsində olan inzibati xəta haqqında işə, inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.7-ci maddəsində göstərilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 529.3-cü maddəsi ilə xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli inzibati protokol üzrə inzibati icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Məhkəmənin hakimi Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-167/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-167/2024
18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver