Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-168/2020 03.06.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş X1 iştirakı ilə xx xxxx 1985-ci ildə Mingəçevir şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8 və 327-ci maddəsi ilə Mingəçevir şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2020-ci il tarixdə saat 11 radələrində **-BG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 208” markalı mikroavtobusla Mingəçevir şəhəri “Qələbə” dairəsində yerləşən asfalt yolda hərəkətdə olan zaman X2 idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı Hyundai “Elantra” markalı avtomobil ilə toqquşmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Şəxs İdarə etdiyi **-BG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 208” markalı mikroavtobusun sərnişini X4 burun sümüyünün yerdəyişən sınığı xəsarətinin əmələ gəlməsi ilə nəticələnən yüngül dərəcəli bədən xəsarəti almışdır. Şəxs məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə saat 11 radələrində **-BG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 208” markalı mikroavtobusla Mingəçevir şəhəri “Qələbə” dairəsində yerləşən asfalt yolda hərəkətdə olan zaman X2 idarə etdiyi **-BD-*** dövlət qeydiyyat nişanlı Hyundai “Elantra” markalı avtomobil ilə toqquşmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Nəticədə Şəxs İdarə etdiyi **- BG-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 208” markalı mikroavtobusun sərnişini X4 burun sümüyünün yerdəyişən sınığı xəsarətinin əmələ gəlməsi ilə nəticələnən yüngül dərəcəli bədən xəsarəti almışdır. Əməlindən peşmandır. X3 Ağalar məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, Şəxs tərəfindən ona dəymiş ziyan ödənmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib məcmu halda qiymət verərək hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır və həmin maddə ilə təqsirli bilinib ona inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs inzibati xəta törətməsindən səmimi peşman olması məsuliyyətini yüngülləşdirən haldır. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Şəxs törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə işin hallarına görə pozuntunu törədənin şəxsiyyətini nəzərə alaraq hesab edirəm ki, ona inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsi tənbehin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №3(051)-168/2020
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-168/2020
03.06.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver