Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-17/2022 05.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxxxx 1988-cı il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İXM–in 510 və 535.1-ci maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs 01 yanvar 2022-ci il tarixdə saat 17:05 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində “Firəngiz” şadlıq sarayının qarşısında ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozmuş və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi şahid ifadələri və işdə olan sənədlərlə təsdiq olunmuşdur. İnzibati xətanı törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı göstərdi ki, 01 yanvar 2022-ci il tarixdə saat 17:05 radələrində Mingəçevir şəhəri, N.Nərimanov küçəsində yerləşən “Firəngiz” şadlıq sarayında təşkil olunmuş toy şənliyində iştirak edən şəxslərin “COVİD19” pandemiyası əleyhinə vakansiya olunub-olunmaması və bu barədə sertifikatının olub-olmamasını soruşduqda, o, əsəbi olduğuna görə polisə qarşı nalayiq ifadələr işlədərək polisin ünvanına təhqiredici sözlər işlədib. Ona görə də polis əməkdaşları onu nizam intizama dəvət etsə də, o polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Səhvini başa düşmüş və hazırda əməlindən peşmandır. Ona görə də polis əməkdaşlarından üzr istəmişdir. Odur ki, məhkəmədən barəsində həbslə əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Mingəçevir Şəhər Polis Şöbəsinin İTB-nin polis nəfəri vəzifəsində işləyir. 01 yanvar 2022-ci il tarixdə saat 17:05 radələrində xidmət etdiyi ərazidə olduqları zaman Mingəçevir şəhəri, N.Nərimanov küçəsində “Firəngiz” şadlıq sarayında təşkil edilmiş toy şənliyində iştirak edən şəxslərin “COVİD19” pandemiyası əleyhinə vakansiya olunub-olunmaması və bu barədə sertifikatının olub-olmamasını soruşduqda həmin şadlıq sarayına özünü müğənni kimi təqdim edən adının sonradan Sevda olduğunu bildiyi şəxs onu nalayiq sözlərlə alçaltmışdır. Dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, Şəxs nə onun, nə də polis kapitanı Vasif Quliyevin əmrlərinə tabe olmadı. Həmin şəxsə yaxınlaşıb, onu intizama dəvət etsə də, o öz hüquqazidd hərəkətlərini davam etdirmişdir. Bununla bağlı onun barəsində inzibat xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin baş inspektoru X1 da şahid X2 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etdi. İşə əlavə edilmiş 01 yanvar 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında protokoldan görünür ki, Şəxs 01 yanvar 2022-ci il tarixdə saat sərxoş vəziyyətdə olmamışdır. İşə əlavə edilmiş video diskə keçirilmiş baxış zamanı müəyyən edildi ki, Şəxs görünür ki, 01 yanvar 2022-ci il tarixdə saat 17:05 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində “Firəngiz” şadlıq sarayının qarşısında polis əməkdaşlarının ünvanına ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozmuş və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə, inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda baxaraq, mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, iş üzrə icraat materiallarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Şəxs 01 yanvar 2022-ci il tarixdə saat 17:05 radələrində Mingəçevir şəhəri N.Nərimanov küçəsində “Firəngiz” şadlıq sarayının qarşısında ucadan nalayiq söyüşlər söyüb ictimai qaydanı pozmuş və polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmamaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və onun əməlində inzibati xəta tərkibinin bütün əlamətləri mövcuddur. Onun qeyd olunan inzibati xətanı törətməkdə təqsirli olması özünün etirafı, şahid ifadələri, habelə işdə olan materiallarla, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin xətanın az əhəmiyyətli olmasına görə inzibati xəta törətmiş şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar və onun əməlində inzibati məsuliyyəti istisna edən hallar yoxdur. İnzibati xəta haqqında iş üzrə icraatda tədqiq edilmiş həmin sübutlar qanunda nəzərdə tutulmuş qaydada əldə edilməklə bərabər, inzibati xəta törətmiş şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən peşiman olması onun məsuliyyətini yüngülləşdirən haldır. Məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi, qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğundur. Eləcə də, Azərbaycan Respublikası İXM-in 34.1-ci maddəsinə şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Həmin Məcəllnin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM–in 34.1, 34.3, 40, 43, 48- 51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, həmin Məcəllənin 535.1-ci maddəsi ilə 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-17/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-17/2022
05.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver