Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-17/2025 06.01.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Şikayət verən şəxs X1 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP 688345 saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP 688345 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. X2 Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP 688345 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmə iclasında X2 ərizə verərək şikayətin baxılmadan qaytarılmasını xahiş etdi. Şikayət verən X1 ərizəsi nəzərə alınmalı, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-133-cü maddələrini rəhbər tutub Qərara aldı: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası DİN-in Baş X4 İdarəsinin xx.xx.2024-cü il tarixli, TP 688345 saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti baxılmadan geri qaytarılsın. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-17/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-17/2025
06.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver