Məhkəmə qərarları › İş №3(051)-171/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-171/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-171/2024 05.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi, Nəzirov Elzamin Çingiz oğlunun katibliyi, Barəsində qərar çıxarılmış: "xxxx" MMC-nin nümayəndəsi X6, Qərarı barəsində şikayət verilmiş vəzifəli şəxsin nümayəndəsi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X20 ərazi şöbəsinin baş məsləhətçisi X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X20 şöbəsinin vəzifəli şəxsinin «Azərbaycan İES” MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından, barəsində qərar çıxarılmış vəzifəli şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X20 şöbəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* inzibati xəta haqqında iş üzrə qərarı ilə «Azərbaycan İES” MMC-nin direktoru X11 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində qərar çıxarılmış «Azərbaycan İES” MMC-nin direktoru X11 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X20 şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir şəhər Məhkəməsinin 3(051)-749/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə «Azərbaycan İES” MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X20 şöbəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilmiş və inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Bundan sonra Mingəçevir Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 3(051)- 749/2023 nömrəli qərarından narazı qalan protokol tərtib edən orqan DƏMX-nin X20 şöbəsinin baş məsləhətçisi Seymur Məmmədov apellyasiya şikayəti ilə müraciət etmişdir. Şəki Apellyasiya Məhkəməsinin 3(107)-27/2024 saylı 05 fevral 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X20 Şöbəsi tərəfindən verilmiş şikayət qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli 3(051)-749/2023 nömrəli qərarı ləğv edilmiş, İnzibati xəta haqqında iş yenidən baxılması üçün Mingəçevir şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclası zamanı barəsində qərar çıxarılmış «Azərbaycan İES” MMC-nin nümayəndəsi X12 şikayətin dəlillərini müdafiə edərək bildirdi ki, Azərbaycan İES”MMC-nin sabiq işçisi X9 əmək hüquqlarının pozulması barədə ərizəsi X15 Xidməti X20 şöbəsində yoxlanılarkən sorğularına əsasən "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli 13-9/100/01-07- 160 nömrəli, xx.xx.2023-cü il tarixli 13-9/100/01-07- 167 nömrəli və xx.xx.2023-cü il tarixli 13-9/100/01- 07-170 nömrəli müşayət edici məktublarla göndərdiyi sənədlərdə - xüsusən xx.xx.2017-ci ildə bağlanan əmək müqaviləsində göstərilən məlumatları X20 şöbəsinin əməkdaşı səlahiyyətlərindən sui-istifadə edərək öz formal mülahizələrinə əsaslanaraq, qanunun tələblərini səhv izah etməklə İşəgötürənin şikayətçi S.K.Şəfiyevaya münasibətdə normal əmək və istirahət rejiminə əməl etməməklə, o cümlədən iş vaxtından artıq işə cəlb etməklə, iş vaxtından artıq işlənmiş iş saatlarının dəqiq, dürüst uçotunu aparmamaqla, iş vaxtından artıq vaxta görə görülən işə görə əmək haqqının ödənilməməsi ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin “b” bəndinin 92-ci maddənin 1-ci hissəsinin, 95-ci maddənin 2-ci hissəsinin,102-ci maddənin 1-ci hissəsinin,165-ci maddənin 1-ci hissəsinin tələblərini pozmağım barədə əsassız və qanunsuz qərar qəbul etməklə Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5 maddələrində nəzərdə tutulan inzibati xətalar törətməyimə dair xx.xx.2023-cü il tarixli MN ******* nömrəli protokol tərtib edilmişdir ki, həmin protokola əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarla Azərbaycan Respublikası İXM-in 192.4-cü maddəsinə əsasən 1000 manat cərimə edilmişəm.7 sentyabr 2023-cü il tarixdə işə baxılarkən qəbul edilmiş qərarın işin faktiki halları ilə təsdiq olunmadığı üçün qanunsuz və əsassız hesab edərək ləğv edilməsini xahiş etmişdir. Lakin X15 Xidməti X20 şöbəsinin əməkdaşı səlahiyyətlərindən sui istifadə edərək Əmək Məcəlləsinin əmək şəraiti zərərli olan işlərdə çalışan işçilər üçün qısaldılmış iş vaxtı müddətinin müəyyən edilməsi qaydalarını tənzimləyən 92-ci maddəsinin 1-ci hissəsinin tələbini səhv izah etməklə ancaq, xx.xx.2017-ci il tarixdə bağlanmış əmək müqaviləsinin 4-cü bəndində əmək funksiyasının zərərli əmək şəraitli iş yerində icra etdiyinə görə əmək haqqına 12% məbləğində əlavənin müəyyən edildiyi və 4.11- ci bəndində isə zərərli amillərdən sağlamlığın mühafizəsi üçün xüsusi qida məhsulu (süd ilə) təmin edildiyi qeyd edildiyi halda, işçilərin iş vaxtının uçotlu tabelində onun gündəlik iş vaxtının müddəti 8 saat olmaqla 5 günlük iş həftəsi ilə işlədiyi, yəni həftəlik iş vaxtı müddətinin 40 saat təşkil etməsini əsas götürərək öz formal mülahizələrinə əsasən səhvən X10 qısaldılmış iş müddətinin, yəni həftədə 36 saat iş rejimi müəyyən edilməli olduğu qənaətinə gəlmişdir. Odur ki, DXM-nin X20 şöbəsinin əməkdaşı öz formal mülahizələrinə əsaslanaraq hesab etmişdir ki, Şəfiyevanın gündəlik iş saatı 7 saat 12 dəqiqə müəyyən edilərsə, həftəlik iş rejimi 36 saat olmalıdır. Ona görə də Şəfiyevaya həftəlik iş saatı 36 saat müəyyən edildiyi halda həftəlik normadan artıq işlənmiş iş saatlarının yəni normadan artıq işlənmiş 4 saat ərzində görülmüş işə görə əmək haqqı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 165- ci maddənin 1-ci hissəsinə uyğun ödənilməlidir. Buna görə də İşəgötürənin qeyd edilən artıq iş saatlarının uçotunu dəqiq dürüst aparmamaması kimi qiymətləndirərək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 102-ci maddəsinin 1-ci hissəsinin və 95-ci maddəsinin 2-ci hissəsinin tələblərinin pozması kimi hüquqi qiymət vermişdir. Qeyd edirəm ki, DXMnin X20 şöbəsinin əməkdaşının gəldiyi nəticə qanunun tələblərinə zidd olmaqla işin faktiki halları ilə təsdiq olunmur, çünki əsassız və qanunsuzdur. Əmək şəraiti fiziki, kimyəvi, bioloji habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda mövcud peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş günü hüququ Azərbaycan Respublikası Əmək Məcəlləsinin 92-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə hər iki şərt eyni zamanda mövcud olduğu halda yaranır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İşçilərə həftə ərzində 36 saatdan çox olmayaraq qısaldılmış iş vaxtı müəyyən edilən əmək şəraiti fiziki, kimyəvi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın təsdiq etməsi barədə 6 noyabr 2004-cü il tarixdə 175 nömrəli qərar qəbul etmişdir ki, həmin siyahının 4-cü bölməsində elektrik energetikası sənayesi üzrə və 35-ci bölməsində “İqtisadiyyatın bütün sahələrində ümumi peşələr və vəzifələr siyahı”sı təsbit olunmuşdur ki, həmin siyahıda elektrik enerjisi istehsalında, yəni "xxxx"MMC-də mövcud olan ştatlardan ancaq “qazan təmizləyici” ştatı göstərilmişdir ki, o da stansiyada “qazan təmizləyici” ştatında işləyən işçilərə tətbiq edilmişdir. Şikayətçi S.K.Şəfiyevanın işlədiyi X19 və Avtomatikası sexində avtomatlaşdırılmış idarəetmə sistemləri sahəsi “kompüter operatoru” və elektrik sexi “mütəxəssis” ştatları həmin siyahıda qeyd edilməmişdir. Ona görə də X15 Xidmətinin X20 şöbəsinin əməkdaşı sabiq işçi X13 qısadılmış iş vaxtının təyin edilməsi barədə iddiası qanunsuz və əsassızdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 102-ci maddənin 1-ci hissəsinin tələbinə görə İşəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtını və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Həmin maddənin yuxarıda göstərilən izahı ilə əlaqədar bildirirəm ki, həmin maddənin ikinci hissəsinə əsasən iş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir ki, işəgötürən tərəfindən iş vaxtının uçotu xüsusi müəyyən edilmiş forma və qaydada həmin sexin texniki vəzifəsində işləyən işçisi tərəfindən aparılır və hər bir sexdə işçinin işə davamiyyəti və işin həcmi barədə qeydiyyat aparılır. S.K.Şəfiyevanın zərərli əmək şəraitində yəni, kompüterdə işlədiyi faktiki iş saatlarının sayı onun vəzifə təlimatına əsasən tabe olduğu X19 və Avtomatik sexi və Elektrik sexinin rəisləri tərəfindən gündəlik, iş rejimi üzrə aylıq iş saatının uçotu tabelində qeyd edilir və ayın sonunda müvafiq şəxslər tərəfindən imzalanır və müəyyən edilmiş formada rəsmiləşdirilir. Yəni sex rəisi tərəfindən işçinin zərərli əmək şəraitində çalışdığı faktiki iş saatlarının aylıq saatını göstərən cədvəllər tərtib edirlər. Tərtib edilmiş cədvəl həmin sexin “texnik” vəzifəsində işləyən işçisi, həmin sexin rəisi, baş mühəndisin müavini və əmək şəraitinin zərərli faizlərinə görə isə İqtisadiyyat və Əməyin Təşkili şöbəsinin rəisi tərəfindən yoxlanılır və baş mühəndis tərəfindən təsdiq edilir. Göründüyü kimi işəgötürən tərəfindən işçinin iş vaxtının uçotu qanun tələbinə uyğun olaraq dəqiq və dürüst aparılmışdır, ona görə də zərərli işə görə əmək haqqının kəsilməsi barədə iddia əsassızdır. Eyni zamanda bildirirəm ki, iş vaxtının uçotunun aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 15-4 nömrəli xx.xx.2002-ci il tarixli qərarının 8-ci bəndinə əsasən “İş yerlərinin əmək şəraitinin ağır və zərərliyi işçinin tarif (vəzifə) maaşının artım əmsalı konkret iş yeri üzrə təyin olunur və işçinin bu iş yerində yalnız faktiki iş vaxtı növbəsi olduğu müddət” üçün tətbiq edilir. S.K. Şəfiyevanın faktiki olaraq kompüterlə yəni zərərli əmək şəraitində işlədiyi iş saatlarının sayı sex rəisi tərəfindən qeyd edilmiş və nəticədə işçi tərəfindən işlənmiş aylıq ümumi iş vaxtının sayı ilə zərərli iş saatlarının sayı faktiki vəziyyətdən asılı olaraq bəzi aylarda eyni bəzi aylarda isə fərqli olmuşdur. S.K.Şəfiyevaya zərərli əmək şəraitinə görə əlavə əmək haqqı təsdiqlənmiş iş vaxtının uçotu tabellərində yoxlanmış rəqəmlərə uyğun olaraq hesablanmış və ödənilmişdir. Ona zərərli əmək şəraitinə görə verilməli əlavə əmək haqqının kəsilməməsi müəyyən edilmişdir. "xxxx"MMC-nin şikayətçi S.K.Şəfiyeva ilə bağladığı 36№-li xx.xx.2017- ci il tarixli əmək müqaviləsinə əsasən işə götürən tərəfindən işçinin əmək şəraitinin şərtləri barədə götürdüyü bütün öhdəlikləri yerinə yetirmiş, hər həftənin şənbə və bazar günləri işçinin istirahət günləri kimi müəyyən edilmişdir. Ona görə də işə götürən tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsində nəzərdə tutulan “Normal iş və istirahət rejiminə riayət edilməməsi barədə inzibati xəta törətməsi barədə qənaəti əsassız və qanunsuzdur. Bundan əlavə işəgötürən tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 13-9/100/01 - 03- 183 nömrəli arayışa əsasən müəyyən olunur ki, "xxxx"MMC-nin sabiq işçisi S.K.Şəfiyeva 01,07.2014-cü ildən xx.xx.2020-ci ilədək müddəti əhatə edən dövrdə iş vaxtından artıq işə çıxarılması barədə əmr qediyyata alınmamışdır. Ona görə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 165-ci maddəsinin 1-ci hissəsinin tələblərinin pozulması iddiası əsassız və qanunsuzdur. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 99-cu maddəsinin 1-ci hissəsinə əsasən iş vaxtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Belə bir əmr mövcud olmadığı halda hansı əsasla işçinin iş vaxtından artıq işlədilməsi qənaətinə gəlinməsi aydın deyildir. Beləliklə qeyd olunanlara əsasən müəyən edilir ki, işə götürən tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin 2-ci hissəsinin, 92-ci maddəsinin 1-ci hissəsinin, 95-ci maddəsinin 2-ci maddəsinin, 102-ci maddəsinin 1-ci hissəsinin və 165-ci maddənin 1-ci hissəsinin tələbləri pozulmamışdır. Ona görə də qeyd olunan halları nəzərə alaraq 25 avqust 2023-cü il tarixli MN1496840 nömrəli inzibati xəta haqqında protokolda qeyd edilən maddələrdə göstərilən inzibati xəta tərkibləri olmadığından həmin protokola əsasən 07 sentyabr 2023-cü il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzabati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir. Ona görə də inzibati tənbeh vermə barədə qərar əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Ona görə də məhkəmədən onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Aran regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi haqda qərar çıxarılmasını xahiş etmişdir.Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi ilə təmsil etdiyi şəxsin inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Xidməti Mingəçevir regional şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarının ləğv edilməsi və işin icraatına xitam verilməsi haqda qərar çıxarılmasını məhkəmədən xahiş edir. Qərarı barəsində şikayət verilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Xidməti Mingəçevir regional ərazi şöbəsinin baş məsləhətçisi X3 məhkəmə iclası zamanı bildirdi ki, "Azərbaycan istilik Elektrik Stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X7 şikayətini əsassız hesab edir. Bildiririk ki, vətəndaş X9 “Azərbaycan İstilik Elektrik Stansiyası" MMC tərəfindən əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikasının Prezidentinə ünvanladığı müraciətlər baxılmışdır. "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixli 13- 9/100/01-07-160 nömrəli, xx.xx.2023-cü il tarixli 13-9/100/01-07-167 nömrəli və xx.xx.2023-cü il tarixli 13- 9/100/0104/1-170 nömrəli məktublarla təqdim edilən sənədlərdən məlum oldu ki, S.Şəfiyevə xx.xx.2017-ci il tarixli yazılı ərizəsinə əsasən xx.xx.2017-ci il tarixli 223/Ş nömrəli əmrlə tutduğu "Kompüter qrupu"nun kompüter operatoru vəzifəsindən azad edilərək həmin tarixdən Elektrik sexinə müiəxəssis vəzifəsinə keçirilmişdir və əvvəl ışlədiy kompüter operatoru vəzifəsi üzrə onun əsas məzuniyyətinin müddəti 21təqvim günü, yem keçirildiyi mütəxəssis vəzifəsi üzrə isə əsas məzuniyyətinin müddəti 30 təqvim günü təşkil edırdi(Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli 3H27KF6000102 nömrəli əmək müqaviləsi bildirişi). Bununla bağlı S Şəfiyevə ilə xx.xx.2017-ci il tarixdə bağlanmış (dəyişdirilmiş) əmək müqaviləsinin 4.4-cü bəndində əmək funksiyasını zərərli əmək şəraitli iş yerində icra etdiyinə görə əmək haqqına 12% məbləğində əlavənin müəyyən edildiyi və 4.11 -ci bəndində isə zərərli amillərdən sağlamlığının mühafizəsi üçün onun xüsusi qida məhsulu (süd) ilə təmin edildiyi qeyd edildiyi halda, işçilərin iş vaxtının uşotu tabellərində gündəlik iş vaxtının müddəti 8 saat olmaqla beşgünlük iş həftəsi ilə işlədiyi yəni, həftəlik iş vaxtının müddətinin 40 saat təşkil etdiyi qeyd edilmişdir. Araşdırma zamanı məlum olundu ki, "xxxx" ASC-nin nəzdində fəaliyyət göstərən “AETLAE institutu" MMC-nin xüzusi lisenziyası olan “X4"’ şöbəsi tərəfindən hər 5 ildə bir dəfə ' Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də zərərli iş şəraitinə görə iş yerlərinin attestasiyası aparılır və attestasiya xərtələri tərtib edilməklə rəsmiləşdirilir. Bu xəritələr vasitəsi ilə hər bir iş yeri üzrə müəyyən edilmiş insan orqanizminə təsir edən zərərli faktorların şiddətinə uyğun olaraq əmək haqqına əlavə təyin olunur. "xxxx" MMC-nın əmək şəraiti üzrə iş yerinin attestasiyası xəritələrində istehsalat mühiti amillərinin müəyyən olunmuş cəmi faktiki balına görə S.Şəfiyevaya işlədiyi vəzifə üzrə tarif (vəzifə) maaşının 2009-2014-cü illər və 2014-2019-cu illər üçün 12%, 2019- 2023-cü illər üçün isə 8% məbləğində zərərli iş saatlarına görə əmək haqqına əlavə ödənilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 6 mart tarixli 38 nömrəli qərarı ilə təsdiq edilmiş “İş yerlərinin attestasiyasının keçirilməsi qaydalarf'nın 1.4. bəndində təsbit edilmişdir ki, bu qaydalara uyğun keçirilən əmək şəraiti üzrə iş yerlərinin attestasiyasının nəticələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada əmək şəraiti təhlükəli və zərərli olan işlərdə və ağır işlərdə məşğul olan işçilərə güzəştlərin və konpensasiyaların verilməsinin əsaslandırılması məqsədi ilə istifadə olunur. Eyni zamanda, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 92-ci maddəsinin 1-ci hissəsində təbit edilmişdir ki, əmək şəraiti fiziki, kimyavi, bioloji və habelə insanın sağlamlığı üçün zərərli olan digər ağır istehsalat amilləri mövcud olan əmək şəraitli istehsalatlarda, peşə və vəzifələrdə çalışan işçilərə həftədə 36 saatdan çox olmayan qısaldılmış iş vaxtı müəyyən edilir. Bununla belə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 95-ci maddəsinin 2- ci hissəsinin tələblərinə görə iş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidirlər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. Bu Məcəllənin 102-ci maddəsinin 1-ci hissəsinin tələblərinə görə işəgötürən faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiqi, dürüst uçotunu aparmağa borcludur. Lakin, "xxxx" MMC-də aparılmış iş yerlərinin atestasiyasının nəticələri tətbiq edilməmiş və S.Şəfiyevaya işlədiyi təhlükəli və zərərli əmək şəraitinə görə güzəştlər verilməmişdir. Belə ki, onun həftəlik iş vaxtının müddəti 40 saat təşkil edirdi. Beləliklə, "xxxx" MMC-nin direktoru X11 tərəfindən normal əmək və istirahət rejiminə əməl edilməməklə o cümlədən, S.Şəfiyevəm iş vaxtından artıq vaxt ərzində işə cəlb etməklə, iş vaxtından artıq işlənmiş saatların dəqiq, dürüst uçotu aparılmamaqla və iş vaxtından artıq vaxtda görülən işə görə əmək haqqının ödənilməməsi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 12-ci maddəsinin “b" bəndinin. 92-ci maddəsinin 1-ci hissəsinin, 95-ci maddəsinin 2-ci hissəsinin, 102-ci maddəsinin 1-ci hissəsinin və 165-ci maddəsinin 1- ci hissəsinin tələbləri pozularaq inzibati xəta törədilmişdir. Odur ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4. (işçilərin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol veriiən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) və 198.1.5. (normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə) maddələrinə əsasən vəzifəli şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə “Azərbaycan istilik Elektrik Stansiyası" MMC-nin direktoru X11 barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq inzibati xəta haqqında iş üzrə icraata başlanmışdır. Bu səbəbdən İnzibati xəta haqqında Protokolun tərtib olunmasında iştirak etməsi, təqdim edilmiş sənədlərdə inzibati xəta əlaməti olması ilə bağlı barəsində baçlanmış inzibati xəta haqqında işə dair icraatı rədd edən halların olması barədə sübutların və təsdiqedici sənədlərin xx.xx.2023-cü il tarixdə saat 11:00-da təqdim edilməsi məqsədi ilə "xxxx" MMC-nin direktoru X7 ünvanına xx.xx.2023-cü il tarixli 3-17-5/231622/2023 nömrəli bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixdə saat 11 :-da "xxxx" MMC-nin iqtisadiyyat şöbəsinin rəisi və mühasibi X15 Xidmətinin Mərkəzi Ara regipnal şöbəsinin Mingəçevir şəhəri M.Füzuli küçəsi 1 ünvanında oldular. Lakin, onların “Azərbaycan istilik Elektrik Stansiyası" MMC-nin direktoru X1 nümayəndəsi olmasını təsdiq edən sənəd təqdim edilməmişdir. Dəvət zamanı işçi S.Şəfiyevanın müraciətinin baxılması ilə bağlı müəssisə tərəfindən təqdim edilmiş sənədlər müzakirə edilmiş və inzibati xəta əlaməti olması ilə bağlı başlanmış inzibati xəta haqqında işə dair icraatı rədd edən halların olması barədə əlavə sübut və təsdiqedici sənəd təqdim edilməmişdir. Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 99.2-ci maddəsinə əsasən məlumatlarda inzibati xətanın olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. Ona görə də, Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 101-ci maddəsində nəzərdə tutulmuş müddətdə "xxxx" MMC- nin direktoru X7 inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə barəsində bu Məcəllənin 192.4. və 198.1.5. maddələrinə əsasən vəzifəli şəxs qismində xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında Protokol tərtib edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X20 şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati xəta haqqında Protokolu üzrə inzibati xəta haqqında işin baxilmağa hazırlanması zamanı işin baxılmasında itirak etmək üçün barəsində protokol tərtib edilmiş şəxsin ( bu halda X7) çağrlması barədə xx.xx.2023-cü iltarixli { iş № 3-17-5/3-1-10925/2023) Qərardad qəbul olunmuşdur. Odur ki, tərtib edilmiş Protokola əsasən inzibatı xəta haqqında işə baxılması və iş üzrə olan bütün sübutları təqdim edilməsi məqsədi ilə Elektrik Stansiyası" MMC-nin direktoru X11 və ya onun səlahiyyətli nümayəndəsi xx.xx.2023-cü il tarixli 3-17-5/231922/2023 nömrəli Bildirişlə xx.xx.2023-cü il tarixdə saat 11:00-da ünvan 1 ünvanına dəvət edilmişdir. "xxxx" MMCnin iqtisadiyyat şöbəsinin rəisi və cəmiyyətin hüquqşünası ünvan 1 ünvanına oldular, inzibati xəta əlamətləri müzakirə olundu və nəticə olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X20 şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibatı tənbeh vermə haqqında Qərarı ilə "xxxx" MMC-nin direktoru X11 Azərbaycan Respublikasının inzibati Xətalar Məcəlləsinin 192.4. maddəsinə əsasən 1000 (bir min ) manat məbləğində inzibati cərimə edilmişdir. Ona görə də, inzibati xəta törədən şəxsin qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X20 şöbəsinin Qərarının qüvvədə saxlanılmasını daha məqsədəmüvafiq hesab edirik. Həmin Məcəllənin 139.1. maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin iş üzrə Qərarın icrası bütün dövlət,..fiziki şəxslər (bu halda X11) tərəfindən icrası məcburidir. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin X20 şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli İnzibati tənbeh vermə haqqında Qərarı ilə "xxxx" MMC-nin direktoru X7 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4. maddəsinə əsasən 1000 (bir min ) manat məbləğində inzibati cərimə olunması qanunauyğundur. Odur ki, məhkəmədən barəsində qərar çıxarılmış «Azərbaycan İES” MMC-nin direktoru X7 şikayəti əsassız olduğu üçün rədd edilməsi haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyib, şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarında olan və əlavə təqdim edilmiş sübutları tədqiq edib hesab edir ki, aşağıda şərh olunan əsaslara görə «Azərbaycan İES” MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X20 şöbəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Belə ki, işdə olan 25 avqust 2023-cü il tarixli MN seriyalı ******* nömrəli protokoldan görünür ki, Azərbaycan İstilik Elektrik Stansiyası MMC-də işə götürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12, 92, 95 və 165-ci maddəsinin tələbləri pozularaq işçi Sevil Şəfiyeva iş vaxtından artıq vaxt ərzində işə cəlb edilmiş artıq vaxt görülən işə görə ona əmək haqqı ödənilmədiyinə görə X11 barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 07 sentyabr 2023-cü il tarixli MN ******* saylı İnzibati Tənbeh vermə haqqında qərardan görünür ki, işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntusuna yol verdiyinə görə X8 Azərbaycan Respublijkası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə görə 1000 inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İşdə olan Azərbaycan İstilik Eletrik Stansiyasının 06 sentyabr 2023-cü il tarixli sorğuya cavabdan görünür ki, Azərbaycan İES MMC-nin sabiq işçisi X14 işlədiyi xx.xx.2014-cü ildən xx.xx.2020-ci ilədək müddəti əhatə edən dövrdə artıq iş saatına çıxarılması barədə əmr qeydiyyata alınamamışdır. İşdə olan Azərbaycan İstilik Elektrik Stansiyasının 19 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan İES MMC-nin sabiq işçisi X14 ilə xx.xx.2017-ci il tarixində bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun əmək haqqı və zərərli işə görə əmək haqqında əlavələr qanuna uyğun formada hesablanıb tam ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, İXM-in 100.1.4-cü maddəsinə görə inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti inzibati xəta haqqında protokolda göstərilməlidir. Ancaq, təhlil olunan işdən aydın olur ki, protokol tərtib edilərkən, eyni zamanda şəxs barəsində inzibati xəta haqında qərar çıxarılarkən qanunvericiliyin yuxarıda sadalanan normasının tələbləri pozulmuş, belə ki, törədilən inzibati xətanın hansı dövrləri əhatə etməsi, yəni inzibati xətanın konkret olaraq hansı tarixlər aralığında törədilməsi öz əksini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan İES” MMC-nin direktoru X7 şikayəti qismən təmin edilməli, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: «Azərbaycan İES” MMC-nin direktoru X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000 (min) manat məbləğində inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti X20 şöbəsinin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilsin və inzibati xəta haqqında iş baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar