Məhkəmə qərarları › İş №3(051)-174/2022

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-174/2022

30.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-174/2022 30.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, vəkili X4, zərərçəkmiş şəxs X1 iştirakı ilə xx.xx.1991-ci ildə Mingəçvir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə icasında baxaraq Müəyyən etdim : Mingəçevir şəhər Polis şöbəsindən məhkəməyə göndərilmiş MN1364564 №li 30.03.2022ci il tarixli inzibati xəta haqqında protokola görə Şəxs 16.03.2022-ci il tarixdə saat 23:00 radələrində ünvan 3 ünvanının qarşısında dayanmış vəziyyətdə olan Nicat Rəhimova məxsus “Nissan Sunny” markalı avtomobilin üzərindəki **-AP-*** dövlət nömrə nişanlarını oğurlamışdır. X2 Məcəlləsinin 227-ci maddəsi ilə inzibati material tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, 16.03.2022-ci il tarixdə saat 22:00 radələrində ona məxsus “Asudə” kafesində olan zaman həkim tərəfindən ona təyin olunmuş dərman qəbul edib üstündən də dörd bakal pivə içmişdir. Evə qayıdan zaman binanın qarşısında Nicat Rəhimovun idarə etdiyi “Nissan Sunny” markalı avtomobilin üzərində olan **-AP-*** dövlət nömrə nişanlarını oğurlamışdır. Spirtli içki qəbul etdiyinə görə olan hadisələr yadında qalmamışdır. Əməlindən peşimandır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs vəkili X4 məhkəmə iclasında Şəxs vurduğu zərəri ödənilməsini, əməlindən peşman olmasını nəzərə alaraq qanun daxilində qərar çıxarılmasını xahiş etdi. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahatında bildirdi ki, Yevlax rayon PŞ-nin CABnin əməliyyat müvəkkili vəzifəsində işləyir. 17.03.2022-ci il tarixdə o, işə getmək üçün yaşadığı evdən çıxıb idarə etdiyi avtomobilə yaxınlaşan zaman avtomobilin üzərində olan dövlət nömrə maşınlarını yerində olmadığını gördü. Sonra o, PŞ-nə məlumat verdi. Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsini tənbehin məqsədlərini təmin edə bilər. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Qərarın icrasına nəzarət Mingəçevir şəhər icra və probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128- 130-cu -ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 180 (bir yüz səksən) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs yaşadığı ərazinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi ictimai yerlərdə ictimai işlərə cəlb edilsin. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə tapşırılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar