Məhkəmə qərarları › İş №3(051)-174/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-174/2025

04.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-174/2025 04.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Rəşidzadə Hüseyn Tofiq oğlunun katibliyi Mingəçevir ŞPŞ-nin YPX-nin inspektoru polis serjantı X5 Mingəçevir şəhər Prokurorluğunun nümayəndəsi X3 Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X2 Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və qanuni nümayəndəsi X1 iştirakları ilə, xx.xx.2007–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1 və 329.3-cü maddələri ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Şəxs “Hundai Sonata” minik markalı **-SN-*** nömrəli avtomobili xx.xx.2024-cü il tarixdə sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə etmişdir Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1 və 329.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Şəxs həmin inzibati xətanı törətməsi özünün etirafı və işdə olan sənədlərlə tam təsdiq olunmuşdur. Mingəçevir ŞPŞ-nin YPX-nin inspektoru polis serjantı X5 protokola uyğun izahat verdi və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etdi. Mingəçevir şəhər Prokurorluğunun nümayəndəsi X6 məhkəmə iclası zamanı protokolun təmin edilməsini və inzibati tənbeh vermə haqqında qərar qəbul edilməsini xahiş etdi. Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 məhkəmə iclası zamanı verdiyi izahatında Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin yaşının az olmasını nəzərə alaraq daha yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclası zamanı qanuni nümayəndəsinin iştirakı ilə verdiyi izahatında göstərdi ki, xəstə olduğu üçün anası ona içmək üçün spirtli dərman vermişdir. Həmin spirti o, müalicə məqsədi ilə içmişdir. Hazırda əməlindən peşmandır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Məhkəmədən ona daha yüngül inzibati tənbeh təyin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İşdə olan xx.xx.2024-cü il tarixli İXP ******* nömrəli İnzibati xəta Haqqında Protokoldan görünür ki, Şəxs İXM-nin 329.1 və 334.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. İşdə olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirmə barədə aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhər DYP tərəfindən nəqliyyat vasitəsinin saxlanma səbəbi aradan qaldırıldığından xx.xx.2024-cü il tarixdə nəqliyyat vasitəsi duracaqdan buraxılmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli, nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma və sərxoşluq vəziyyətinin müəyyən etmək üçün tibbi müayinəyə göndərilmə barədə protokoldan görünür ki, hadisə törədilən zaman Şəxs spirtli içkidən istifadə nəticəsində yaranmış sərxoşluq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1. İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır.

12. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır.

31. Fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdiriən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.2. inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi; Həmin Məcəllənin 94.2-ci maddəsinə əsasən sürücü tərəfindən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbehin tətbiq edilməsini nəzərdə tutan xətalar törədildikdə, inzibati xəta haqqında iş üzrə qərar çıxarılanadək sürücülük vəsiqəsi götürülür və həmin şəxslərə nəqliyyat vasitəsini müvəqqəti idarə etmək hüququ verən sənəd verilir. 34.3. Şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 54.6. Yetkinlik yaşına çatmayanlar barəsində inzibati xətalar haqqında, habelə öz təşəbbüsü ilə başlanmış inzibati xətalar haqqında işlərin baxılmasının yeri və vaxtı prokurora bildirilir. Həmin işə prokurorun iştirakı olmadan yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın. 63.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. 63.2. Valideynlər, övladlığa götürənlər, himayəçilər və qəyyumlar fiziki şəxsin qanuni nümayəndələri hesab olunurlar. AR İXM-nin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə- beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. AR İXM-nin 329.3-cü maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə- otuz manat məbləğində cərimə edilir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə 27 iyun 2014-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən: "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə 27 iyun 2014-cü il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 2.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi 1) nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; 2) ayaq üstə sərbəst dayana bilmədikdə; 3)özünü idarə edə bilmədikdə həyata keçirilir. 2.3-cü maddəyə əsasən alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. 2.7-ci maddəyə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Məhkəmə hesab edir ki, Şəxs xarici görüşündəki fərqli görüntü sonradan polis əməkdaşları tərəfindən tibbi müayinənin aparılmasına səbəb olmuşdur. Aparılan müayinə qanunla müəyyən olunmuş qaydalara uyğun olaraq aktlaşdırılmışdır. Onun əməlindən peşman olması məsuliyyəti yüngülləşdirən, əməlində ağırlaşdıran hal müəyyən olunmadı. Beləliklə, məhkəmə, inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın mövcudluğunu, məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq

QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İXM-in 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs tətbiq edilmiş inzibati cəriməni dərhal və ya bu qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə, tətbiq olunan cərimənin 10 faizi məbləğində ödənişdən azad edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər.

Sədrlik edən: Elza Cəbrayılzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar