Məhkəmə qərarları › İş №3(051)-175/2024

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-175/2024

03.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-175/2024 03.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi ilə ünvan 1 ünvanında fəaliyyət göstərən (VÖEN: **********) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra mətndə İXM) 462.1-ci maddəsi ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyndən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, m ü ə y y ə n e t d i m: Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 2022-ci il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə 2023-cü ildə internet səhifəsində və ya mətbu orqanda dərc etdirməmişdir. İnzibati xəta haqqında protokola əlavə olunmuş 16 fevral 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 2022-ci il üzrə illik birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə 2023-cü ildə internet səhifəsində və ya mətbu orqanda dərc etməmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşə əlavə edilmiş "xxxx" MMC ilə Şəxs arasında bağlanmış 12/23 №-li müqavilədən və Audit məktub – öhdəliyindən görünür ki, cari ilin əvvəllərində ondan rəhbərlik etdiyi cəmiyyətin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üzrə maliyyə hesabatlarının düzgünlüyünün auditini keçirməyi xahiş etmişdir. Hazırkı məktub əsasında auditin keçirilməsinə razılıq verdiyini və həmin tapşırığı qəbul etdiklərini bildirir. Audit maliyyə hesabatlarına dair rəyin bildirilməsi məqsədilə aparılacaqdır. Audit prosesi X1 uyğun olaraq aparılacaqdır. Standartlar audit prosesinin maliyyə hesabatlarında əhəmiyyətli səhvlərin olub-olmadığını müəyyən etmək üçün əsaslı təminat əldə etmək məqsədilə planlaşdırılmasını və icrasını tələb edir. Audit işi test əsasında yoxlamadan, hesabatları və maliyyə hesabatlarını təmin edən sübutların əldə edilməsindən ibarət olacaqdır. Eyni zamanda, rəhbərlik tərəfindən istifadə edilən uçot qaydalarının, eləcə də maliyyə hesabatlarının ümumi təqdimatının qiymətləndirilməsi auditə daxildir. Müəyyən mühasibat və daxili nəzarət sisteminin məhdudiyyətləri ilə birlikdə, auditin test mahiyyəti və bir sıra digər daxili məhdudiyyətlərin olması ilə əlaqədar əhəmiyyətli səhvlərin aşkar edilməməsi üzrə labüd risk mövcuddur. Maliyyə hesabatları üzrə hesabatına əlavə olaraq, mühasibat uçotunda və daxili nəzarət sistemlərində diqqətini cəlb edən əhəmiyyətli nöqsanlar barədə (belə nöqsanlar aşkar olunarsa) onu ayrıca məktubla təmin edəcəklər. Nəzərə çatdırır ki, tələblərə cavab verən maliyyə hesabatlarının hazırlanmasının cavabdehliyi müəssisə rəhbərliyinin üzərinə düşür. Buna müvafiq mühasibat qeydlərinin saxlanması, uçot siyasətinin seçilməsi və tətbiqi, eləcə də müəsisə aktivlərinin qorunması daxildir. Audit prosesinin bir hissəsi olaraq, o rəhbərlikdən auditlə bağlı edilmiş təqdimata dair yazılı razılıq tələb edəcəkdir. Onun işçi heyəti ilə əməkdaşlıq etməyə hazırdırlar və onların auditlə bağlı lazım olan bütün hesabatları, sənədləşmələri və sair məlumatı təqdim edəcəklərinə inanırlar. Audit xidmətinin dəyəri bağlanacaq müqavilə üzrə auditə başlamazdan əvvəl və ya audit başa çatdıqdan sonra ödənilə bilər. Məhkəmə işdə olan sənədləri öyrənib sübutlara qiymət verərək aşağıdakılara əsasən hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsinin tələbinə görə Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına, habelə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq mühasibat uçotunun aparılmamasına görə - vəzifəli şəxslər üç yüz manatdan dörd yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi 16 fevral 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda Şəxs Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsini göstərsə də, Şəxs tərəfindən bu xətanın qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi müəyyən olunmamışdır. İlk növbədə məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi mahiyyət etibarilə iqtisadi fəaliyyət sahəsində maliyyə intizamının möhkəmləndirilməsinə yönəldiyindən, maliyyə qaydaları əleyhinə olan inzibati xəta tərkibi kimi sayılmalıdır. Həmin maddənin dispozisiyasından da göründüyü kimi, bu maddə, ilk növbədə, Mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilməli olan digər hesabat və məlumatların hazırlanması, təqdim olunması, dərc edilməsi, o cümlədən hesabatlarda və qanuna əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin əks etdirilməsi, həmçinin uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunla müəyyən edilmiş qaydaların pozulmasına görə hüquqi məsuliyyətin tətbiqi məqsədini daşıyır. İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (İnzibati Xətalar Məcəlləsinin 4 və 5.2-ci maddələri). İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsində təqsirsizlik prezumpsiyası prinsipi öz əksini tapmışdır. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. İş materiallarından, Audit məktub-öhdəliyindən və müqavilədən görünür ki, "xxxx" MMC Şəxs MMC-nin xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr üzrə maliyyə hesabatlarının düzgünlüyünün auditini keçirtməyi və eyni zamanda da internet səhifəsində və ya mətbu orqanda dərc etdirməyi öz öhdəsinə götürmüşdür. Buradan da belə nəticəyə gəlmək olar ki, maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə internet səhifəsində və ya mətbu orqanda dərc etdirmək üzrə məsuliyyət "xxxx" MMC-nin üzərinə düşür. Bu səbəblər işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirilməlidir. Həmçinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti Şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq öz nümayəndəsini məhkəmə iclasında iştirakını təmin etməmiş və inzibati xəta haqqında protokolun əsaslığını məhkəmədə müdafiə etməmişdir. Halbu ki, sübut etmə yükü inzibati xəta protokolu tərtib etmiş vəzifəli şəxsin üzərinə düşür. İş materiallarından da görünür ki, protokolu tərtib etmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Uçot Siyasəti Şöbəsinin vəzifəli şəxsi yuxarıda göstərilən halları "xxxx" MMC ilə Şəxs MMC-i arasında bağlanılmış müqaviləni araşdırmamış, müvafiq şəxslərin izahatları alınmamamış və iş üçün əhəmiyyət kəsb edən və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları və sübutları araşdırmayaraq inzibati xəta haqqında protokol tərtib etmişdir. Odur ki, məhkəmə hesab edir k, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı töbrətməməsində əsaslı şübhələr var və məhkəmədə həmin şübhələri aradan qaldırılması mümkün olmadı. İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə görə, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci və ən mühüm tələbi ondan ibarətdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. Konvensiya tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə legitim məqsəd daşımalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə xas olan “ədalətli balans” prinsipi özlüyündə cəmiyyətin ümumi marağının mövcudluğunu nəzərdə tutur. Mülkiyyətdən maneəsiz istifadə etmək hüququna müdaxilə zamanı cəmiyyətin ümumi maraqları ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında “ədalətli balans” gözlənilməlidir. Konkret olaraq, dövlət istənilən tədbiri tətbiq edərkən, ... tətbiq edilən vasitələrlə qarşıya qoyulan məqsəd arasında ağlabatan mütənasiblik əlaqəsi olmalıdır (Böyük Palatanın Broniowski Polşaya qarşı iş üzrə 2004-cü il 22 iyun, §147-148, 150; Scordino İtaliyaya qarşı iş üzrə 2006-cı il 29 mart, § 93 tarixli Qərarları). Tələb edilən ədalətli balansa nail olmaq üçün müvafiq şəxs fərdi və həddən artıq yükə məruz qalmamalıdır (Böyük Palatanın X2rşı iş üzrə 2016-cı il 13 dekabr tarixli Qərarı, § 115). Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsinə əsasən inzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) hüquqazidd xarakterini dərk etmiş, onun zərərli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, yaxud belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu xəta qəsdən törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 14-cü maddəsinə əsasən İnzibati xəta törətmiş şəxs öz əməlinin (hərəkətinin və ya hərəkətsizliyinin) zərərli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, yaxud bu nəticələrin baş verəcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu xəta ehtiyatsızlıqdan törədilmiş xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 42-ci maddəsinin 1-ci bəndinə görə inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslər bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati tənbehləri yalnız xidməti vəzifələrinin icrası zamanı tətbiq edə bilərlər. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xətanın tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə işin faktiki hallarından çıxış edib bu nəticəyə gəlir ki, Şəxs MMC tərəfindən İnzibati xətanın qəsdən və ehtiyatsızlıqdan törətməsi halları müəyyən olunmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 109.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilir. Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olduğu sübuta yetmədiyindən, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 21, 40, 43, 48- 51, 53, 105.1, 109.2, 128-130-cu maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İXM-nin 462.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığına görə inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar