Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-175/2025 11.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, Şikayət verən şəxs X1, Mingəçevir Şəhər Polis X8 Xidmətinin inspektoru X3 iştirakı ilə X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından barəsində qərar çıxarılmış şəxs tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası DİN-in Mingəçevir Şəhər Polis X8 Xidmətinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə X2 xx.xx.2025-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə edilmişdir. X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, məhkəmədən həmin qərarın ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini belə əsaslandırmışdır ki, özünə məxsus **-HM-*** dövlət qeydiyyat nişanı, “X6 516” mikroavtobusla sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 100 manat cərimə olunmuş, cərimə olunmağına əsas Mingəçevir şəhəri, H.Əliyev prospekti, 80/25 ünvanında yerləşən yolayrıcını keçmə qaydalarını pozması göstərilmişdir. Bununla bağlı ona hər hansı sübut və digər təsdiqləyici sənəd və ya görüntü təqdim edilməmişdir. “E-polis” mobil tətbiqində özünə məxsus fərdi kabinetə baxarkən inzibati xətanın görüntülərini təsdiq edən şəkil və ya görüntünün əlavə olunmadığını görmüşdür. Onun barəsində qəbul olunan qərarın qərəzli olduğunu və heç bir araşdırılma aparılmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X2 şikayət ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən şikayətin təmin edilməsini, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iclasında iştirak etmiş Mingəçevir Şəhər Polis X8 Xidmətinin inspektoru şəxs X4 inzibati xəta törədilən videogörüntü təqdim etmiş, inzibati tənbeh vermə qərarının qanuni olmasını bildirərək, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin hallarını, tərəflərin izahatlarını və təqdim edilmiş sübutları nəzərdən keçirərək hesab edir ki, X2 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılmalıdır. İşdə olan: xx.xx.2025-ci il tarixli İXP ******* saylı “inzibati xəta haqqında” protokoldan görünür ki, X7 Xidməti tərəfindən X2 barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi əsasında inzibati xəta protokolu tərtib edilmişdir. xx.xx.2025-ci il tarixli TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X2 xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyinə əsasən 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2025-ci il tarixli “AsanPay” ödəniş sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İXP ******* saylı inzibati xəta protokolu üzrə cərimə ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- yüz manat məbləğində cərimə edilir. 127-4.5. Barəsində bu Məcəllənin 127-4.1-ci maddəsində nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında elektron protokol tərtib edilmiş hüquqi şəxs, o cümlədən onun vəzifəli şəxsi burada qeyd olunan inzibati cəriməni həmin protokol ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində ödədikdə protokolla razılaşmış olur və həmin protokol eyni məzmunlu inzibati tənbeh vermə haqqında elektron qərar hesab edilir. Göstərilənlərə əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək tənbeh edilməsi qanuni olmuş, Azərbaycan Respublikası DİN-in Mingəçevir Şəhər Polis X8 Xidməti tərəfindən inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı pozuntuya yol verilməmiş, X2 barəsində qəbul edilmiş inzibati xəta protokolu üzrə cəriməni ödəmişdir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayətçi X1 Azərbaycan Respublikası DİN-in Mingəçevir Şəhər Polis X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* №li inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132,133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati cərimə edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər N xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti geri qaytarılsın. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-175/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-175/2025
11.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver