Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-176/2022 31.03.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs Hətəmov Əlizamin Nadir oğlunun iştirakı ilə xx.xx.1982-ci ildə Bərdə rayonu Nazirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM–nin 227-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq Müəyyən etdim : Mingəçevir şəhər Polis şöbəsindən məhkəməyə göndərilmiş MN1364505 №li 30.03.2022-ci il tarixli inzibati xəta haqqında protokola görə Şəxs 13.02.2022-14.02.2022-ci il tarixə keçən gecə Mingəçevir şəhəri Bozdağ küçəsi 7-ci küçədə yerləşən tikilməkdə olan həyətyanı sahəsindən zərərçəkmiş şəxs Hətəmov Əlizamin Nadir oğluna məxsus 3 ədəd drel, 3 ədəd preparator və içərisində ləvazimatı olan 1 ədəd çantanı oğurlamışdır. X4 Məcəlləsinin 227-ci maddəsi ilə inzibati material tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, ailəsi ilə birlikdə Mingəçevir şəhərində yaşayır. O, 13.02.2022-ci il tarixdən-14.02.2022-ci il tarixə keçən gecə Mingəçevir şəhəri Bozdağ küçəsi 7-ci küçədə yerləşən tikilməkdə olan həyətyanı sahədən 3 ədəd drel, 3 ədəd preparator və içərisində ləvazimatı olan 1 ədəd çantanı oğurlamışdır. Əməlindən peşmandır. Zərərçəkmiş şəxs X3 məhkəmə iclasında izahatında bildirdi ki, o, Mingəçevir şəhəri Bozdağ küçəsi 7-ci küçədə yerləşən özünəməxsus yeni tikilmiş fərdi yaşayış evində təmir işləri aparırdı. 14.02.2022-ci il tarixdə səhər saatlarında o, işə getdikdə həmin evdə ona məxsus 3 ədəd drel, 3 ədəd preparator və içərisində ləvazimatı olan 1 ədəd çanta oğurlanmasını aşkar etmişdir. Sonra Mingəçevir ŞPŞ-nə müraciət etmişdir. Ona dəymiş zərər ödənilməmişdir. Şəxs qanun daxilində cəza verilməsini xahiş edir. İşdə olan "xxxx" MMC-nin 39 №li 23.02.2022-ci il tarixli rəyində göstərilir ki, 3 ədəd drel, 3 ədəd preparator və içərisində ləvazimatı olan 1 ədəd çantanın qiyməti hazırda 94 manatdır. Azərbaycan Respublikası İXM-nin 12-ci maddəsinə görə, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-nin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxsğı oğlunun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsğı oğlunun törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, ona ictimai işlər növündə inzibati tənbehin tətbiq edilməsini tənbehin məqsədlərini təmin edə bilər. Şəxsğı oğlunun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulmalıdır. Qərarın icrasına nəzarət Mingəçevir şəhər icra və probasiya şöbəsinə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48-51, 114, 128-130-cu -ci maddələrini rəhbər tutaraq Qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və ona 240 (iki yüz qırx) saat ictimai işlər növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarəti vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrasına nəzarət Mingəçevir şəhər icra və probasiya şöbəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə və ya birbaşa Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Məhkəmənin hakimi: Məhburə Kərimova
Məhkəmə qərarları › İş №3(051)-176/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-176/2022
31.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver