Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-177/2025 03.03.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi, Abbasova Gülşən Elxan qızının katibliyi, Borclu Şəxs iştirakı ilə xx.xx.1988-ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə verilmişdir ona görə ki, o, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)-2183/2024 saylı, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-629/2021 saylı və Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-105/2020 saylı icra vərəqələri üzrə yaranmış borcun ödənilməsini nəzərdə tutan icra sənədinin icrası ilə əlaqədar Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış, borcun ödənilməsindən boyun qaçırmış, bununla da borcunu ödəməkdən qəsdən yayınmışdır. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru iştirak etdiyi məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)- 2183/2024 saylı icra vərəqəsinə əsasən "xxxx" ASC ilə mərhum X1 arasında bağlanmış BPM**********63 nömrəli xx.xx.2022-ci il tarixli X3 müqaviləsinə əsasən, cəmi 4832.85 manat məbləğində borc mirası qəbul etmiş vərəsə olan cavabdeh Şəxs alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi, cavabdeh Şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olan 68.33 manat məbləğində pul və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-629/2021 saylı icra vərəqəsinə əsasən Şəxs 5000 manat pul alınıb Zərərçəkmiş şəxs1 Sığorta Şirkəti ASC-nə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30.40 manat pul cavabdeh Şəxs tutulub Zərərçəkmiş şəxs1 Sığorta Şirkəti ASC-nə ödənilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-105/2020 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs vurduğu maddi ziyana görə ödənilmiş 5000 manat, dövlət rüsumu kimi ödənilmiş 30 manat və bank xidmət haqqı olan 40 (qırx) qəpik pul tutularaq, iddiaçı Zərərçəkmiş şəxs1 Sığorta ASC şirkətinə verilməsi qət edilmişdir. Lakin Şəxs dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Onun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən borclu haqqında qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, "xxxx" ASC-də olan kredit borcu anasının olmuşdur, anası vəfat etdikdən sonra vərəsəlik hüququ əsasında borcun ödənilməsi ona yönəlmişdir. Maddi cəhətdən çətinlik çəkir, ona görə borcunu tam ödəyə bilmir. Bununla belə borcunu ödəməkdən boyun qaçırmır, Zərərçəkmiş şəxs1 Sığorta Şirkəti ASC-yə olan borcundan 3017.14 manat məbləğində pul ödəmişdir. xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 Sığorta Şirkəti ASC-yə olan borcundan 200 manat da ödəniş etmişdir. Qalan borcunu da ödəyəcəkdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuruna və tələbkarlara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun və tələbkarların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2(051)-2183/2024 saylı icra vərəqəsindən görünür ki, "xxxx" ASC ilə mərhum X1 arasında bağlanmış BPM**********63 nömrəli xx.xx.2022-ci il tarixli X3 müqaviləsinə əsasən, 4798.30 (dörd min yeddi yüz doxsan səkkiz manat otuz qəpik) manat əsas, 34.55 (otuz dörd manat, əlli beş qəpik) manat faiz olmaqla, cəmi 4832.85 (dörd min səkkiz yüz otuz iki manat səksən beş qəpik) manat məbləğində borc mirası qəbul etmiş vərəsə olan cavabdeh Şəxs alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi, cavabdeh Şəxs ödənilmiş dövlət rüsumunun əvəzi olan 68.33 (altmış səkkiz manat otuz üç qəpik) manat məbləğində pul və 0,40 (qırx qəpik) manat xidmət haqqı alınıb iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(051)-629/2021 saylı icra vərəqəsindən görünür ki, Şəxs 5000 (beş min) manat pul alınıb Zərərçəkmiş şəxs1 Sığorta Şirkəti ASC-nə verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30.40 (otuz manat qırx qəpik) manat pul cavabdeh Şəxs tutulub Zərərçəkmiş şəxs1 Sığorta Şirkəti ASC-nə ödənilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(051)-105/2020 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs vurduğu maddi ziyana görə ödənilmiş 5000 (beş min) manat, dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manat və bank xidmət haqqı olan 40 (qırx) qəpik pul tutularaq, iddiaçı Zərərçəkmiş şəxs1 Sığorta ASC şirkətinə verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs Zərərçəkmiş şəxs1 Sığorta Şirkəti ASC-yə olan borcundan 50 manat ödəniş etmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Şəxs Zərərçəkmiş şəxs1 Sığorta Şirkəti ASC-yə olan borcundan 200 manat ödəniş etmişdir. Beləliklə, borclunun izahatını, işdə olan sənədlər və digər iş materialları ilə borclu Şəxs icra sənədlərini qəsdən və qərəzli olaraq icra etməməsi, qəsdən yayınması və xüsusən icra məmurunun qanuni tələbinə qəsdən tabe olmaması müəyyən olunmur. Borclunun izahatı və iş materialları ilə müəyyən edilir ki, borclu borcunu ödəməkdən qəsdən boyun qaçırmamışdır. Belə ki, borclu borcunu maddi cəhətdən çətinlik çəkdiyi üçün birdəfəyə ödəyə bilməmiş, hazırda isə mövcud borcundan 200 manat ödəniş etmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi borclunun məsuliyyətini icra məmurunun tələbinə qəsdən tabe olmaması və icra sənədini üzrsüz səbəbdən icra etməməsi ilə şərtləndirmişdir. Hazırki vəziyyətdə isə borclu Şəxs əməlində həmin inzibati xətanın tərkibinin olması iş materialları ilə təkzib olunur. Ona görə də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində borclunun icra məmurunun qanuni tələblərini qəsdən yerinə yetirməməsi müəyyən edilmir. Borclu Şəxs əməlində ona istinad olunan inzibati xətanın tərkibi yoxdur. Həmin Məcəlləninin 75–ci maddəsində inzibati xəta törətməkdə şəxsin təqsirli olması inzibati xətalar haqqında işlərin icraatı üzrə sübut edilməli olan hal kimi müəyyən edilmişdir. Həmin Məcəlləninin 3–cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.2–ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3–cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən borclunun barəsində olan inzibati xəta haqqında işə, əməlində inzibati xəta tərkibinin olmaması əsası ilə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM–in 53.1.2-ci maddəsində göstərilmişdir ki, inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Ona görə də məhkəmə hazırki inzibati xəta haqqında işin icraatına xitam verilməsini qanuni və əsaslı hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48–50, 53, 106, 112, 114, 117 və 128–130–cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə işin icraatına əməlində inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilsin. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-177/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-177/2025
03.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver