Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-18/2022 21.01.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, Mingəçevir şəhər İcra və probasiya şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1984-cü ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı vətəndaşı, orta təhsilli, evli, işləməyən, Mingəçevir şəhəri Nizami prospekti ev 4-B, mənzil 40 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə Mingəçevir şəhər İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq müəyyən e t d i m: Şəxs cəmi 2971 manat vurulmuş zərər üçün, fotoşəkillər üçün ödənilən 28 manat və 30 manat dövlət rüsumunun tutularaq X1 ödənilməsinə dair Mingəçevir şəhər məhkəməsinin 20 oktyabr 2015-ci il tarixli 2(051)-3049/2015 saylı icra sənədin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini lazımı qaydada yerinə yetirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir. Məhkəmə iclasında Şəxs verdiyi izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 20 oktyabr 2015-cu il tarixli 2(051)-3049/2015 saylı sənədinə əsasən ondan 2971 manat vurulmuş zərər üçün, fotoşəkillər üçün ödənilən 28 manat və 30 manat dövlət rüsumunun tutularaq X1 ödənilməsi qət edilmişdir. İcra sənədi qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Əvvəllər qətnamə çıxamamışdan öncə qarşı tərəflə razılaşıb qismən 750 manat ödədiyi üçün hesab edir ki, qalan dəymiş ziyanı o, ödəməli deyildir. Buna görə də barəsində tərtib edilmiş protokola xitam verilməsini xahiş edir. Məhkəmə iclasında icra məmuru X3 izahatında göstərmişdir ki, Mingəçevir şəhər məhkəməsinin 20 oktyabr 2015-cu il tarixli 2(051)-3049/2015 saylı sənədinə əsasən ondan 2971 manat vurulmuş zərər üçün, fotoşəkillər üçün ödənilən 28 manat və 30 manat dövlət rüsumunun tutularaq X1 ödənilməsi qət edilmişdir. Lakin Şəxs indiyə kimi icra sənədini lazımi qaydada icra etməmiş və icra sənədi icrasız qalmışdır. Ə.Cəfərov borcundan ödəniş etməmişdir. Şəxs icra qeydi ilə müəyyən olunmuş borcu ödəməkdən qərəzli olaraq boyun qaçırır və onun qanuni tələblərini qərəzli olaraq yerinə yetirmir. Borclu və icra məmurunun izahatlarını dinləyib, təqdim olunmuş sənədləri və icra işi materiallarını araşdırıb məcmu halda qiymət verərək, hesab edirəm ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 12.1-ci maddəsinə görə icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İXM-nin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi var və törətdiyi inzibati xətaya görə ona inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Şəxs heç bir ödəniş etməmişdir. Şəxs yalnız müddət uzatmaqla borcunu ödəməkdən yayınmağa çalışır. Barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs ödəniş etməsi üçün vaxt verilməsinə baxmayaraq heç bir ödəniş etməmişdir. Ona görə də borcun ödənilməsindən yayınma və icra məmurunun bu barədə qanuni tələblərini icra etməməsi göstərilən maddənin tərkibini tam formada yaradır. Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını nəzərə alıb digər cəzanın tətbiqini kifayət saymayaraq hesab edirəm ki, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Belə ki, göstərilən iş pul tələbi ilə bağlı olduğu üçün Şəxs barəsində inzibati cərimə növündə tənbehin tətbiq olunması şəxsin əlavə maliyyə sanksiyasına məruz qalmasına səbəb olar. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İXM-nin 21, 40, 43, 48-51, 114, 128-130-ci maddələrini rəhbər tutaraq qərara aldım: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Qərarın icrası Mingəçevir şəhər Polis Şöbəsinə həvalə edilsin. İnzibati həbs müddətinin əvvəli 21 yanvar 2022-ci il tarixdən, saat 16:00-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Ələkbər Hüseynov. İ
Məhkəmə qərarları › İş №3(051)-18/2022
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-18/2022
21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver