Məhkəmə qərarları › İş №3(051)-180/2020

Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-180/2020

26.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-180/2020 26.08.2020 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Mingəçevir şəhər məhkəməsinin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlu, Ağayeva Aynurə Nizami qızının katibliyi, şikayət vermiş şəxs X2 iştirakı ilə, X2 Ağdaş rayonu Yol patrul xidmətinin inzibati xəta haqqında qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağdaş rayonu Yol patrul xidmətinin xx xxxxx 2020-ci il tarixli TP ******* nömrəli qərarı ilə X3 Azərbaycan Respublikası İXM-nin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 manat miqdarda inzibati cərimə edilmişdir. V.Əmirov həmin qərardan şikayət verərək, qərarın qanunsuz və əsassız olduğunu bildirmiş və ləğv olunmasını xahiş etmişdir. X3 məhkəmə iclasında şikayət ərizəsində göstərdiyi tələbində qaldığını bildirərək izahatında göstərmişdir ki, ölkədə elan olunmuş karantin rejimi ilə əlaqədar rayonlar və şəhərlər arası gedişgəliş, ictimai nəqliyyatla sərnişindaşıma fəaliyyəti dayandırıldığından, hər gün şəxsi avtomobili ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasında həkim kimi fəaliyyət göstərən anası X1 işə aparıb-gətirir. Anası tibb işçisi olduğu üçün və hazırki şəraitdə onların xidmətinə kəskin şəkildə ehtiyac olduğu və həkimlərin fəaliyyətinə icazə verildiyi üçün (iş yeri barədə arayış əsasında) anası müvafiq arayışı göstərməklə hər gün işə gedib-gəlməli olur. Hər dəfə anası yaşadıqları Mingəçevir şəhərindən Ağdaş rayonuna işə gedir. Anasını Ağdaşa apardığı vaxt heç bir yol patrul xidməti əməkdaşı ilə problem yaşamamışdır. Lakin xx xxxxx 2020-ci il tarixdə saat 12 radələrində anasını Mingəçevir şəhərindən Ağdaşa işə apararkən Bakı-Şamaxı-Yevlax yolunun 262 km-də yerləşən Ağdaş rayon DYP postundan keçərkən Ağdaş Yol patrul xidmətinin baş inspektoru, polis leytenantı X4 avtomobili saxlamışdır. İnspektor onları saxlayıb karantin rejimini pozduğuna görə onun barəsində İXM-nin 211-ci maddəsi ilə inzibati protokol tərfib etmiş və 100 manat məbləğində cərimə etmişdir. Protokolun və onun əsasında tərtib edilmiş qərarın heç bir hüquqi əsası yoxdur. Belə ki, qanunun tələbindən də bilindiyi kimi Dövlət Yol Polisinin sözügedən tarixdə 211-ci maddə ilə nəzərdə tutulmuş protokolu tərtib etmək hüququ olmamışdır. Onun əməlində heç bir qanun pozuntusu yoxdur. Ona görə də Ağdaş rayonu Yol patrul xidmətinin xx xxxxx 2020-ci il tarixli TP ******* saylı saylı qərarının ləğv edilməsi haqqında qərar çıxarılmasını xahiş edir. Şikayət vermiş şəxsin izahatlarını dinləyib və təqdim olunmuş sənədləri araşdırıb məcmu halda qiymət verərək hesab edirəm ki, şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə əsasən İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İş materialları, şikayət vermiş şəxsin, Ağdaş rayonu Yol patrul xidmətinin inspektorunun izahatı və iş materiallarından görünür ki, X2 xx xxxxx 2020-ci il tarixdə saat 11:00-da Bakı-Şamaxı Yevlax yolunun 262-ci km ərazidə Mersedes Benz C 200 minik markalı, 54BX015 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Epidemiya əleyhinə rejimin, sanitariyagigiyena və karantin rejimlərini pozması əsasına görə barəsində İXM-in 211-ci maddəsi ilə xx xxxxx 2020-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında qəbul edilmiş xx xxxxx 2020- ci il tarixli, TP-3593661 nömrəli inzibati tənbeh vermə haqqında qərarla X3 İXM-in 211-ci maddəsi ilə 100 manat məbləğində cərimə edilmişdir. ”Azərbaycan respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1256 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.5-ci bəndinə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXMin 157, 209, 211, 212.1, 212.4, 227, 266.3, 266.4, 290.1.1 – 290.1.6, 290.2 (baxılması səlahiyyətlərinə aid edilmiş maddələr üzrə), 306, 357, 358, 443.2, 457-1.1.1, 457-1.1.2, 457-1.2, 510, 513, 514, 517.0.1 – 517.0.6, 517.0.9 – 517.0.13, 520, 521, 523, 524, 563.1, 564, 565, 583 – 586, 588, 589, 590.1, 591 və 593-cü maddələrində, Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq Məcəllənin 517.0.7 və 517.0.8-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 212.5, 243.0.1 (yer təkinin və ətraf mühitin mühafizəsi üzrə standartların (normaların, qaydaların) tələblərini pozmaqla torpaq və ya qum ehtiyatlarının əldə edilməsinə münasibətdə), 252, 272, 276-1, 430.1, 454, 455.2, 457-1.1.3 və 457- 1.1.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə – şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, nəqliyyatda polis idarələrinin, şöbələrinin, xətt bölmələrinin, məntəqələrinin rəisləri, onların müavinləri nəzərdə tutulmuşdur. “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli 1256 nömrəli Fərmanına Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2020-ci il tarixli 987 nömrəli Fərmanı (“Xalq” qəzeti, xx xxxxx 2020-ci il, № 69) ilə edilən dəyişikliyə əsasən “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.2-ci və 2.4-cü bəndlərində “322.0.2” rəqəmlərindən əvvəl “211,” rəqəmləri əlavə edilmişdir. Belə ki, “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.2-ci bəndindəki, həmin dəyişikliyə əsasən Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından İXM-in 211, 322.0.2, 322.0.4 (taksi minik avtomobilində tütün çəkilməsinə münasibətdə), 322.0.8, 323, 326-1, 327.1 – 327.7, 329 – 331, 332.1 – 332.3, 333.1, 334.1, 335.1 – 335.4, 336, 337.1 – 337.4, 338.1 – 338.6, 339.1, 342.1.1 – 342.1.8, 342.1.10, 342.1.11, 342.2 – 342.7, 343.1, 343.4, 344, 345, 347, 350.1 (Nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq), 352.0.1, 352.0.3, 352.0.6, 352.0.11, 352.0.12, 353.1 – 353.4, 353.6, 354.0.1, 354.0.4, 354.0.7, 355, 356, 428.5, 469.1 (ümumi istifadədə olan nəqliyyat vasitələri və taksi minik avtomobilləri sərnişinlərinin icbari fərdi qəza sığortasına münasibətdə) və 469.3-cü (avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə standart sığorta müqaviləsi növünə münasibətdə) maddələrində, Bakı şəhərinin inzibati ərazisi istisna olmaqla, Məcəllənin 346 və 346-1-ci maddələrində, habelə iş üzrə icraat Nazirliyin vəzifəli şəxsləri tərəfindən başlanıldıqda Məcəllənin 322.0.1, 322.0.7, 322.0.9, 322.0.10, 342.1.9, 348, 350.2, 352.0.2, 352.0.4, 352.0.5, 352.0.7 – 352.0.10, 354.0.1 - 354.0.6 və 354.0.8 – 354.0.10-cu maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə (inzibati xəta hadisəsi səlahiyyətli vəzifəli şəxs tərəfindən Məcəllənin 124.3-cü maddəsinə uyğun olaraq bilavasitə aşkar edildikdə) – Baş Dövlət X7 rəisi, onun müavinləri, Baş Dövlət X7 Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət X7 rəisi, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərləri nəzərdə tutulmuşdur. Göründüyü kimi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi adından səlahiyyəti olan vəzifəli şəxslərin İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti həm də, ərazi polis orqanlarının dövlət yol polisi şöbələrinin, bölmələrinin, qruplarının baş dövlət avtomobil müfəttişləri və dövlət avtomobil müfəttişlərinə Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2020-ci il tarixli 987 nömrəli Fərmanı ilə “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 2.2-ci və 2.4-cü bəndlərində edilən dəyişiklikdən sonra yaranmışdır. Həmin Fərman xx xxxxx 2020-ci il tarixdə dərc olunmaqla həmin tarixdən qüvvəyə minmişdir. Qanunun yuxarıda qeyd olunan tələbindən də görünür ki, X6 Şöbəsinin Dövlət Yol Polisi Bölməsi rəisinin X2 barəsində xx xxxxx 2020-ci il tarixli, TP-3593661 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən buna səlahiyyəti olmamışdır. Həmin vaxt X6 Şöbəsinin rəisinin və onun müavinin həmin qərarı qəbul etmək səlahiyyəti olmuşdur. İXM-in 134.1.5-ci maddəsinə görə şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda, qərarın dəyişdirilmədən, şikayət və protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 133 və 134-cü maddələrini rəhbər tutaraq qərar verdim : X6 Şöbəsinin Dövlət Yol Polisi Bölməsi rəisinin X2 barəsində xx xxxxx 2020-ci il tarixli, TP- 3593661 nömrəli inzibati tənbeh vermə haqqında qərarına xitam verilsin. X2 barəsində tərtib edilmiş İXP ******* saylı protokol araşdırılması üçün X6 Şöbəsin göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün müddətində Mingəçevir şəhər məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Mingəçevir şəhər məhkəməsinin hakimi: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar