Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № 3(051)-181/2024 05.03.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi ilə, Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 borclu Şəxs barəsində xx.xx.2024-cü il tarixli MN saylı ******* nömrəli Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq MÜƏYYƏNETDİ: Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 tərəfindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Mingəçevir Şəhər Məhkəməsinə göndərilmişdir. Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinin icra məmuru X1 ərizə ilə müraciət edərək inzibati xəta haqqında potokolun geri qaytarılmasını xahiş etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru O.Babayev tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol tərtib olunduğu halda, səhvən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuşdur. Odur ki, Şəxs barəsində xx.xx.2024-cü il tarixli MN saylı ******* nömrəli protokolu və ona əlavə edilmiş sənədlərin geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə görə protokol və digər sənədlər düzgün tərtib olunmadıqda inzibati xəta haqqında protokol və ya digər sənədlər geri qaytarılır. 109.1-ci maddəsinə əsasən protokol düzgün tərtib olunmadıqda, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı inzibati haqqında protokolun onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 109, və 114-cü maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Hakim Güləndam Quliyeva
Məhkəmə qərarları › İş №3(051)-181/2024
Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №3(051)-181/2024
05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver