Azərbaycan Respublikası adından QƏRAR Mingəçevir şəhəri İş № 3(051)-182/2025 21.02.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi Borclu : Şəxs Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru X5 iştirakı ilə xx.xx.1985–ci il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokola inzibati xəta haqqında iş üzrə icraatda açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Borclu Qocayev X2 Şəhər Məhkəməsinin 2(051)-533/2020 saylı, xx.xx.2020-ci il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-2054/2021 saylı, xx.xx.2021-ci il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-326/2019 saylı, xx.xx.2019-cu il tarixli, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1411/2021 saylı, xx.xx.2021-ci il tarixli və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2120/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədlərini icra etməsi üçün xəbərdarlıq edilməsinə, həmçinin barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmasına baxmayaraq, həmin qərar qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədlərinə münasibətdə Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamış və eyni icra sənədini təkrar icra etməmişdir. Bu hərəkətləri ilə Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Mingəçevir şəhər İcra və Probasiya Şöbəsinin icra məmuru məhkəmə iclası zamanı inzibati xəta haqqında protokolun dəlillərini müdafiə edərək göstərdi ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-533/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinə əsasən iki uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşaq üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment hər ay cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 14 fevral 2020-ci il tarixdən tutulması və qətnamə alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 43.700 (qırx üç min yeddi yüz) manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməsi, cavabdeh Şəxs 221,1 manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1411/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 2(051)-628/2021 nömrəli qətnaməsi qismən – iddiaçı Zərərçəkmiş şəxs3 kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı Zərərçəkmiş şəxs3 cavabdeh Şəxs qarşı cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyrində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıqda isə onların dəyərinin, həmçinin kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası qismən-onun kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi hissəsində təmin edilmiş, 300 (üç yüz) manat və 3.9 manat dövlət rüsumu cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs3 verilməsi, qətnamə mübahisələndirilən–iddianın təmin olunmamış “cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyərində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıqda isə onların dəyərinin” tutulmasına aid qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-326/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs cəmi 3540,21 manat və ödənilmiş 30 manat və bank xidməti haqqı olan 0,40 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-2054/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə əsasən Şəxs xx.xx.2014-cü il tarixli M-151-AZN saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 6457.31 manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs5 QSC Bank Olmayan Kredit Təşkilatına verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdeh Şəxs alınıb Zərərçəkmiş şəxs5 QSC Bank Olmayan Kredit Təşkilatına verilməsi qət edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2120/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsinə əsasən cavabdehlər Şəxs və X1 müştərək qaydada cəmi 10630 ABŞ dolları kredit borcu qətnamə icra olunduğu gün manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs6 ASC-yə verilməsi qət edilmişdir. Lakin borclu tərəfindən borcun tam ödənilməsi təmin edilməmişdir. Borcluya dəfələrlə bildiriş və xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, o, borclu olduğu məbləği ödəməkdən yayınmışdır. Həmçinin Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-612/2024 saylı qərarı ilə Şəxs AR İXMin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Borclunun davranışı o nəticəyə gəlməyə əsas verir ki, o, borcunu qəsdən ödəmir, bundan yayınır və inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə inzibati xətanı təkrar törətməklə icra məmurunun tələblərinə qəsdən tabe olmur. Ona görə də hazırki protokolla məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Protokolun dəlillərini müdafiə edir və borclu haqqında qanuni tədbir görülməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı borclu Şəxs izahatında göstərdi ki, maddi imkanı olmadığı üçün borcunu bir dəfəyə ödəyə bilmir. Hal-hazırda işləmir. 2665 manat olan aliment borcu ilə razı deyildir. Belə ki, borcundan ödənişlər etmişdir. Odur ki, qərar qəbul edilərkən izahatında göstərilənləri nəzərə almağı məhkəmədən xahiş edir. Tələbkarlara məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqda məhkəməyə məlumat verməmişlər. Məhkəmə tələbkarların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-533/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsindən görünür ki, 06 avqust 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, 24 may 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün 130 manat, cəmi 260 manat sabit pul məbləğində aliment hər ay cavabdeh Şəxs tutularaq, iddiaçı Zərərçəkmiş şəxs1 verilməsi, aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 14 fevral 2020-ci il tarixdən tutulması və qətnamə alimentə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 43.700 manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi, ödənilmiş dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehə aid edilməsi, cavabdeh Şəxs 221,1 manat məbləğində pul alınıb iddiaçı Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. İşdə olan Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1411/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, iddiaçı Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilmiş, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021ci il tarixli, 2(051)-628/2021 nömrəli qətnaməsi qismən – iddiaçı Zərərçəkmiş şəxs3 kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, iddiaçı Zərərçəkmiş şəxs3 cavabdeh Şəxs qarşı cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyrində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıqda isə onların dəyərinin, həmçinin kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində və dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pulun alınıb ona verilməsi tələbinə dair iddiası qismən onun kredit borcu kimi cavabdehin əvəzinə ödədiyi 300 (üç yüz) manat məbləğində pulun alınıb ona verilməsi hissəsində təmin edilmiş, 300 (üç yüz) manat və 3.9 manat dövlət rüsumu cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs3 verilməsi, qətnamə mübahisələndirilən – iddianın təmin olunmamış “cavabdehdən çəkisi 97.8 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 7824 manat dəyərində Bismak sep və çəkisi 61.2 qram, 583 əyyarlı, Rusiya istehsalı olan 4896 manat dəyərində bilərzikdən ibarət qızıl-zinət əşyalarının naturada, mümkün olmadıqda isə onların dəyərinin” tutulmasına aid qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-326/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 1998,98 manat əsas borc və 1541,23 manat faiz borcu olmaqla, cəmi 3540,21 manat və ödənilmiş 30 manat və bank xidməti haqqı olan 0,40 manat pulun tutularaq iddiaçı "xxxx" ASC-yə verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-2054/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Şəxs xx.xx.2014-cü il tarixli M-151-AZN saylı kredit müqaviləsi üzrə əsas kredit borcu 6457.31 manat məbləğində pul alınıb Zərərçəkmiş şəxs5 QSC Bank Olmayan Kredit Təşkilatına verilməsi, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul cavabdeh Şəxs alınıb Zərərçəkmiş şəxs5 QSC Bank Olmayan Kredit Təşkilatına verilməsi qət edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2120/2016 saylı, xx.xx.2016-cı il tarixli icra vərəqəsindən görünür ki, cavabdehlər Şəxs və X1 müştərək qaydada 6366 ABŞ dolları əsas borcu, 4264 ABŞ dolları faiz borcu, cəmi 10630 ABŞ dolları kredit borcu qətnamə icra olunduğu gün manat məzənnəsi ilə və dövlət rüsumu kimi ödənilmiş 30 manat tutularaq iddiaçı Zərərçəkmiş şəxs6 ASC-yə verilməsi qət edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli bir neçə icra sənədi üzrə icraatın birləşdirilməsi barədə qərardan görünür ki, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-533/2020 saylı, xx.xx.2020-ci il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-2054/2021 saylı, xx.xx.2021-ci il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-326/2019 saylı, xx.xx.2019cu il tarixli, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1411/2021 saylı, xx.xx.2021-ci il tarixli və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2120/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədləri ümumi icraatda birləşdirilməsi qərara alınmışdır. İşdə olan izahatlardan görünür ki, icra orqanı borcludan icra sənədində göstərilən tələbi icra etməyi tələb etmiş, əks halda məsuliyyət daşıyacağı barədə ona xəbərdarlıq edilmişdir. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(051)-612/2024 saylı qərarından görünür ki, Şəxs AR İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 08 gün müddətə inzibati qaydada həbs edilmişdir. Beləliklə, məhkəmə icra orqanının nümayəndəsinin, borclunun izahatları, eləcə də icra işinin materialları ilə müəyyən etdi ki, Qocayev X2 Şəhər Məhkəməsinin 2(051)- 533/2020 saylı, xx.xx.2020-ci il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-1603/2022 saylı, xx.xx.2022-ci il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin e-2(051)-2054/2021 saylı, xx.xx.2021-ci il tarixli, Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-326/2019 saylı, xx.xx.2019cu il tarixli, Şəki Apelyasiya Məhkəməsinin 2(107)-1411/2021 saylı, xx.xx.2021-ci il tarixli və Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-2120/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədlərinin icrasından qəsdən boyun qaçırmış, barəsində olan inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədlərinə münasibətdə İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanı təkrar törətmişdir. Bununla da onun əməlində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində göstərilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin inzibati tənbehin məqsədlərini müəyyən edən 21-ci maddəsində qeyd edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31-ci maddəsinin tələblərinə görə fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, icra məmuru tərəfindən Şəxs dəfələrlə borclu olduğu məbləği ödəmək barədə xəbərdarlıq edilməsinə baxmayaraq, yenə də borcunu ödəməməsi onun məsuliyyətini ağırlaşdıran haldır. Onun əməlində məsuliyyəti yüngülləşdirən hal müəyyən edilmədi. Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsində səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsi məsuliyyəti ağırlaşdıran hal kimi müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinin tərkibi vardır və o həmin maddə üzrə inzibati xəta törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh tətbiq edilməlidir. Beləliklə, məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və onun təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların mövcudluğunu, yüngülləşdirən halların olmamasını nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini qanuni, əsaslı, ədalətli və inzibati tənbehin məqsədlərinə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 40, 43, 48-51, 114, 128- 130-cu maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsə almanın əvvəli 21 fevral 2025–ci il tarixdən saat 17:40-dan hesablansın. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. Qərarın icrası Mingəçevir Şəhər Polis Şöbəsinə tapşırılsın. Qərardan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №3(051)-182/2025
Mingəçevir Şəhər Məhkəməsi Qərar — İş №3(051)-182/2025
21.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver